Ölkəyə qanunsuz yolla tibbi ləvazimatların gətirilməsi cəhdinin qarşısı alınıb

Ölkəyə qanunsuz yolla tibbi ləvazimatların gətirilməsi cəhdinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında tibbi ləvazimatların və siqaretlərin ölkəyə qanunsuz olaraq gətirilməsi cəhdinin qarşısı alınıb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən ShekiMedia.az-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Gömrük baxışı zamanı avtomobilin salonunda, yataq yerinin altında gömrük nəzarətindən gizlədilən 8 ədəd müxtəlif adda olan tibbi ləvazimat, oturacaqların altında isə 600 ədəd “Parliament” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

ANA SƏHİFƏ