Azərbaycanda xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılacaq

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması nəzərdə tutulur.

Bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, pandemiya hələ bitməyib.

“Yəqin ki, Operativ Qərargahın bu məsələ ilə bağlı qərarı olacaq”, – deyə Ş. Mövsümov vurğulayıb.

Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatır.

ANA SƏHİFƏ