MANŞET
Azərbaycan icması “Human Rights Watch” təşkilatının Nyu-Yorkdakı qərargahı önündə piket keçirib – FOTOLAR
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının Nyu-Yorkdakı qərargahının önündə ABŞ-da yaşayan Azərbaycan icması fəalları dinc etiraz aksiyası keçirib.
Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan və türk icmaları üzvlərinin iştirakı ilə baş tutan aksiya beynəlxalq təşkilatın yerləşdiyi “Empire State Building”in qarşısında gerçəkləşdirilib.
Ermənistanın hərbi cinayətlərinə, ölkəmizin dövlət sərhədində törətdiyi son hərbi təxribatlara, erməni radikal qüvvələrinin Azərbaycanın ABŞ, Fransa və Livandakı səfirliklərinə hücumlarına etiraz bəyanatı “Human Rigths Watch”un əməkdaşı Cil Kolona (Gil Colon) şəxsən təqdim olunub. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının dalğalandırıldığı aksiyada Ermənistan silahlı qüvvələrinin 30 illik işğal və II Qarabağ müharibəsi dövründə törətdiyi dəhşətli müharibə cinayətlərinə diqqət cəlb edilib.
Ermənistanın hərbi cinayətlərinə son qoyulması tələbinin irəli sürüldüyü aksiya zamanı Gəncə, Bərdə dəhşətlərinin, Xocavənd rayonunun Edilli kəndində tapılmış kütləvi məzarlığın fotomaterialları, “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Ermənistanın təcavüzünü dayandırın!”, “Ermənistanın terroruna son qoyulsun!”, “Mülki vətəndaşlara hücum etməyi dayandırın!”, “Gəncəyə hücum edilib!”, “Ermənistan, Azərbaycana itkin düşmüş şəxslərin taleyi haqda məlumat ver!” və sair şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.
Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından və cəbhə xəttindən onlarla kilometr aralıda yerləşən Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərini ağır artilleriya, ballistik raketlər, fosforlu və kasetli bombalar vasitəsilə bömbardman etməsi nəticəsində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olduğu, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, mülki infrastruktura ciddi ziyan dəydiyi nəzərə çatdırılıb.
Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın hərbi cinayətlərini əks etdirən bukletlər paylanılıb. Aksiya iştirakçılarının təhlükəsizliyi Nyu-York şəhərinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən qorunub. Soydaşlarımız “Human Rigths Watch”dan Azərbaycan icmasının etiraz bəyanatına cavab verməsini tələb edib.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.