Azərbaycanın bəzi ərazilərində sel və daşqınlar müşahidə olunur

Azərbaycanın bəzi ərazilərində sel və daşqınlar müşahidə olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 23-ü saat 13:00-a olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub.

 ShekiMedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki,  güclü yağış nəticəsində Balakənçay (Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala) hazırda sel və daşqın hadisəsi müşahidə olunur.

Balakənçay məntəqəsində 144.0 mm, Balakəndə 137.0 mm (aylıq normanın 161 %-i), Əlibəydə 12.0 mm (aylıq normanın 100%-i), Zaqatalada 94.0 mm (aylıq normanın 110 %-i), Sarıbaşda (Qax) 3.0 mm, Qusar, Göygöldə 2.0 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1.0 mm-dək olub.

Sentyabrın 22-də cənub-şərq küləyi Ağstafada 20 m/s, Cəfərxan, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib.

BALAKƏN CƏMİYYƏT ZAQATALA