Oğuz sakini sirkə turşusundan zəhərlənib

Oğuz sakini sirkə turşusundan zəhərlənib

Oğuzda 34 yaşlı kişi sirkə turşusundan zəhərlənib.

1987-ci il təvəllüdlü, Oğuz rayonu Tayıflı kənd sakini Sakit Faiq oğlu İbrahimov zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı S. İbrahimovun bilməyərəkdən sirkə turşusu içib zəhərləndiyi məlum olub. S. İbrahimova xəstəxanada ilkin yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

CƏMİYYƏT OĞUZ