Şəkidə avtomobil yanıb

Şəkidə avtomobil yanıb

Şəki rayonunda minik avtomobili yanıb.

ShekiMedia.az xəbər verir ki, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində qeydə alınıb.

Şəki şəhər sakini Tural Nazim oğlu Üzeyirova məxsus “VAZ 2115” markalı, 55-BR-047 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

CƏMİYYƏT ŞƏKİ