Millimiz Serbiyaya uduzub

Millimiz Serbiyaya uduzub

Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Canni de Byazinin rəhbərlik etdiyi yığmamız A qrupunun 8-ci turunda Serbiyanın qonağı olub və 1:3 hesabı ilə uduzub.

Aktivində cəmi 1 xal olan millimizi qrupda sonuncu pillədə qərarlaşıb.

A qrupunun digər matçında Portuqaliya Lüksemburqu qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.

12 oktyabr

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu, 8-ci tur

22:45. Serbiya – Azərbaycan – 3:1

Qol: Vlahoviç, 31-pen. (1:0), Emin Mahmudov, 45+2 (1:1), Vlahoviç, 53 (2:1), Duşan Tadiç, 83-pen (3:1)
Baş hakim: Erik Lambrexts (Belçika)
Belqrad, “Rayko Mitiç” stadionu

22:45. Portuqaliya – Lüksemburq – 5:0

Qol: Ronaldo, 7-pen. 13-pen, 87, Fernandeş, 17, Palhinha, 69

1 Serbiya 7 5 2 0 16 8 17
2 Portuqaliya 6 5 1 0 16 4 16
3 Lüksemburq 6 2 0 4 5 14 6
4 İrlandiya Respublikası 6 1 2 3 8 8 5
5 Azərbaycan 7 0 1 6 4 15 1

İDMAN