DİN: Ötən gün 147 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb

DİN: Ötən gün 147 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 12-də Bakı şəhərində və respublikanın digər ərazilərində 84 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən ShekiMedia.az-a verilən məlumata görə, monitorinqlər 64 şadlıq sarayında, 20 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 24 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib.

COVID-19 pasportu olmadığına görə 147 nəfər toy şənliklərinə buraxılmayıb.

CƏMİYYƏT