Azərbaycandakı xarici şirkətlərin nümayəndəlikləri üzrə təhlillər aparılacaq

Azərbaycandakı xarici şirkətlərin nümayəndəlikləri üzrə təhlillər aparılacaq

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndəlikləri üzrə təhlillər aparılacaq.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu barədə qərar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” İşçi qrupunun iclası zamanı verilib.

Qeyd olunub ki, aparılan təhlillərin nəticələrdən asılı olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq təkliflər hazırlanacaq.

Tədbirdə biznesə başlama, vergi və hesabatlılıq sahələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən kommunikasiya strategiyasının hazırlanması məsələsi də müzakirə edilib.

İclasda hüquqi şəxslərin ləğvi prosesinin sadələşdirilməsi, elektrik avtomobillərin satışında ƏDV problemləri, iri transmilli təşkilatların Azərbaycanda daimi nümayəndəliyin təşkili haqqında məsələlər də müzakirə olunub.

Ekspertlər “Daimi nümanyəndəlik”lə bağlı anlayışın dəqiqləşdirilməsi məsələsini qaldırıblar.

Ədliyyə Nazirliyinin nümayəndəsi qanunvericiliyində distributor və diler fəaliyyətlərinin kəskin fərqləndirilməsinə dair müddəaların olmadığını, uğurlu beynəlxalq təcrübə əsasında qeyd olunan iki anlayışı ayırd edən dəyişikliyin təqdim olunmasını təklif edib.

İQTİSADİYYAT