Bizə qoşulun

RƏSMİ XRONİKA

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan rayonundan foto paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan rayonundan foto paylaşıb.

Davamına bax
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MANŞET

Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər

Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.

Rusiya Prezidenti Vladimir Putinin
bəyanatı

-Bizim üçtərəfli görüşün yekununda mən öz həmkarlarım – Azərbaycan Prezidentinə və Ermənistanın baş nazirinə bir daha təşəkkür etmək istərdim ki, onlar Rusiyaya gəlməyə və Qarabağ problemi ətrafında və bütövlükdə, hazırda regionda nizamlama məsələlərində yaranan vəziyyəti müzakirə etməyə razılaşıblar. Əvvəlcədən deməliyəm ki, bu gün biz çox konstruktiv şəkildə işləmişik. Bu gün üçün yaranmış vəziyyət dərindən təhlil edilib. Biz Rusiya sülhməramlılarının, sərhədçilərin, ərazilərin minalardan təmizlənməsi ilə məşğul olan, insanların daimi yaşayış yerlərinə qayıtmalarını təmin edən mütəxəssislərin işini yüksək qiymətləndirdik.

Onu da qeyd etmək istərdim ki, mənim fikrimcə biz mühüm olan bir sıra məsələlər barədə razılığa gəldik. Onlardan birincisi bu ilin sonuna qədər mexanizmlər yaradılmasıdır. Biz iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəldik. Ümidvaram ki, bu, tezliklə baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur.

Diqqəti cəlb etmək istədiyim ikinci məsələ humanitar xarakterli məsələlərlə bağlı çox mühüm, həssas məqamdır. Biz burada da nəzərəçarpacaq dərəcədə irəlilədik.

Nəhayət, üçüncü məsələ ondan ibarətdir ki, biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Düşünürəm ki, biz artıq xeyli müddət ərzində bu məsələ üzərində işləyən baş nazirlərimizin müavinlərinə təşəkkür etməliyik. Gələn həftə, – bu, bizim növbəti razılaşmadır, – onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar. Bugünkü işə görə bir daha çox sağ olun. Həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə təşəkkürlərimi bildirmək istəyirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı

-Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, icazə verin, bugünkü görüşə görə, həmçinin Azərbaycan ilə Ermənistan arasında mövcud məsələlərin həlli işində əlverişli şərait yaradılması üçün səylərinizə görə Sizə bir daha təşəkkürümü bildirim. İki ölkə arasında müharibəyə son qoymuş məlum üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və biz bu ili bütövlükdə, müsbət səciyyələndirə bilərik.

Vladimir Vladimiroviç, fürsətdən istifadə edib Sizə, habelə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə Qarabağda sülhməramlı fəaliyyətə görə bir daha təşəkkür etmək istərdim. Bu bir ildə Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Əlbəttə, bu il ərzində çox mühüm hadisələr baş verib. Biz bu formatda artıq ikinci dəfə görüşürük – ilin əvvəlində və ilin sonunda. Sərhədlərin delimitasiyası, demarkasiyası, nəqliyyat arteriyalarının bərpası ilə bağlı məsələlər barədə Vladimir Vladimiroviçin dediklərini təkrar etmək istəmirəm. Bu gün bu məsələlər barədə çox ətraflı, mən deyərdim, səmimi söhbət oldu. Biz öz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq müzakirə etdik. Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, humanitar xarakterli məsələlər də müzakirə edilib. Azərbaycan həmişə, – istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, – bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib, bir nəfər mülki şəxs yolu azaraq bizim əraziyə keçib. Yəni, biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük. Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq.

Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşdan da artıqdır. Azərbaycan ilə Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq.

Vladimir Vladimiroviç, dəvətə və bugünkü görüşə görə Sizə bir daha təşəkkür edirəm.

Ermənistanın baş naziri Nikol Paşinyanın
bəyanatı

-Vladimir Vladimiroviç, icazə verin, dəvətə görə və əlbəttə, pozitiv iş şəraiti yaradılmasına görə Sizə bir daha təşəkkür edim. Mən təsdiqləmək istəyirəm ki, bizim çox müsbət görüşümüz, müsbət söhbətimiz oldu. Biz faktiki olaraq, gündəlikdəki bütün məsələləri müzakirə etdik. Bu görüş problemi gizlətmək üçün deyildi. Bu görüşdə biz bütün məsələləri açıq müzakirə etdik. Qeyd etmək istəyirəm ki, bir çox məsələlər üzrə mövqelərimizi çox pozitiv dəqiqləşdirdik və məlum oldu ki, bəzi məsələlər barədə bu görüşə qədər güman edildiyi kimi, bizdə heç bir fikir ayrılığı yoxdur. Demək istəyirəm ki, biz regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması məsələsi barədə həqiqətən qeyd etdik ki, bu kommunikasiyaların necə işləyəcəyi barədə təsəvvürümüz ortaqdır. Delimitasiya və demarkasiya prosesinə başlamaq mövzusu təzə deyil. Biz bu məsələni müzakirə etdik. Biz həm də üçtərəfli Bəyanat qəbul etdik, orada qeyd etdik ki, bundan əvvəl zəruri şərait yaratmaq, yəni Ermənistan ilə Azərbaycan arasında sərhəddə müəyyən təhlükəsizlik və sabitlik mexanizmləri yaratmaq lazımdır.

Əlbəttə, humanitar məsələlərə də toxunuldu. Bugünkü söhbətləri, bugünkü görüşü mən də bütövlükdə çox müsbət qiymətləndirirəm. Bizim strateji müttəfiqimiz olan Rusiya Federasiyasına bu təşəbbüsə görə bir daha təşəkkür etmək istəyirəm. Fikrimcə, əgər bu görüşün bazasında bizim söhbətimizin müəyyən dinamikasını yarada bilsək, onda konkret nəticələr də gözləmək olar. Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm və bizim hədəfimiz budur. Əlbəttə, bugünkü görüşümüz bu gündəliyin reallaşmasının xeyrinə oldu. Sağ olun.

Prezident Vladimir Putin: Son olaraq bir daha vurğulamaq istəyirəm ki, görüş yüksək dərəcədə faydalı və vaxtında oldu. Artıq deyildiyi kimi, biz bugünkü birgə işimizin nəticələrinə əsasən Bəyanat imzaladıq. İctimaiyyət və kütləvi informasiya vasitələri bu bəyanatla tanış ola bilərlər. Orada bizim məşğul olduğumuz və razılığa gəldiyimiz bütün məsələlər ətraflı şərh edilib.

Məndən sol tərəfdə bizim həm erməni dostlarımıza, həm də azərbaycanlı dostlarımıza hədiyyəmizi – sülhün və əmin-amanlığın rəmzi olan zeytun budağını görürsünüz. Mən çox ümid edirəm ki, bugünkü razılaşmalar yerinə yetiriləcək və bütövlükdə Cənubi Qafqazda münasibətlərin normallaşması işində növbəti addımlar üçün şərait yaradacaq. Sağ olun.

Davamına bax

MANŞET

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

-Hörmətli həmkarlar, dostlar.

İlk növbədə, sizə təşəkkür etmək istərdim ki, mənim dəvətimə cavab verməyi və atəşkəs haqqında bəyanat qəbul ediləndən sonra bir il ərzində görülmüş işə müəyyən yekun vurmaq üçün Rusiyaya gəlməyi mümkün hesab etmisiniz. Sonra biz artıq cari ilin yanvarında atəşkəs və normal həyatın bərpa edilməsi haqqında razılaşmalarımızı təsdiq etdik. Bu müddətdə həqiqətən az iş görülməyib.

Əfsuslar olsun ki, məsələlərin hamısı hələ də nizamlanmayıb. Sərhəddə baş verən insidentlərdən, faciəli insidentlərdən, hər iki tərəfdən insanların həlak olmasından və yaralanmasından xəbərim var. Bütün bunlar bizim tərəfimizdən xüsusi diqqət tələb edir. Əslində, biz sizinlə bu gün onun üçün toplaşmışıq ki, gələcəkdə buna bənzər insidentlər baş verməsin.

Lakin bütövlükdə il ərzində az iş görülməyib. Birincisi, heç bir irimiqyaslı döyüş əməliyyatları baş vermir, bu da özlüyündə çox yaxşı haldır. Bu müddət ərzində və bizim tərəfin köməyi ilə qaçqınların qaytarılması ilə bağlı böyük iş aparılıb, 53 min insan daimi yaşayış yerlərinə qayıdıb. Yaxşı monitorinq qrupu yaradılıb, bizim kontingent fəaliyyət göstərir, hər iki tərəfin dəyərləndirməsindən belə başa düşürəm ki, layiqincə işləyir, insanların həyatı üçün təhlükəsiz şərait təmin edir. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəaliyyət göstərir. Ən əsası odur ki, gələcəkdə normal dinc həyat üçün şərait yaradılır. Bu, çox vacibdir.

Ermənistan, Azərbaycan və Rusiya hökumətlərinin Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiya yaradılıb. Mənim həmkarlarım işin necə getməsi barədə məruzə etdilər. Asan deyil. Lakin buna baxmayaraq, bu iş irəliləmə vəziyyətindədir və elə düşünməyə əsas var ki, yaxın vaxtlarda biz nəqliyyat kommunikasiyalarının işə salınması üzrə müvafiq qrupun işini nəinki təsdiqləyəcək, həm də hamı üçün uyğun zəruri tədbirlər görəcəyik.

Mənə elə gəlir ki, bütün səylərimizin məqsədi bundan ibarətdir, yəni regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təhlükəsiz hiss etmələri və təsərrüfat fəaliyyəti ilə normal məşğul olmaları, iqtisadiyyatı inkişaf etdirə bilmələri üçün bütün bunlar, sözsüz ki, hər iki ölkənin vətəndaşlarının həyat səviyyəsində ən əlverişli şəkildə əksini tapmalıdır.

Ermənistan və Azərbaycan ilə münasibətlərin xüsusi xarakterini nəzərə alsaq, bu, Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Biz yüzilliklər boyu vahid dövlətin tərkibində olmuşuq, bizim çox dərin tarixi əlaqələrimiz var. Bu əlaqələrin kəsilməsini istəməzdik. Əksinə, biz onları bərpa etməyə və gələcəkdə də dəstəkləməyə səy göstərməliyik.

Əvvəldə mənim demək istədiklərim bunlardır.

Biz indi İlham Heydər oğlu ilə birgə işlərin gedişində razılaşdırmalı olacağımız məsələləri qabaqcadan müzakirə etdik. Ermənistan tərəfi ilə biz bunu qabaqcadan, vaxtında etmişik, Ermənistanın baş naziri ilə son vaxtlar dəfələrlə bu barədə danışmışıq. İndi, görüş yerinə gələndə də bu barədə fikirlərimizi bölüşdük. Bizim üçtərəfli görüşümüzdən sonra Nikol Vovayeviç qalacaq, biz hələ onunla ikitərəfli görüş də keçirəcəyik.

Görüşümüzün əvvəlində mənim demək istədiklərim bunlardır. Əgər görüşümüzün əvvəlində həmkarlarımın deməyə sözü və istəyi varsa, buyursunlar.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev: Dəvət üçün çox sağ olun, Vladimir Vladimiroviç. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsində Sizin şəxsi iştirakınızı və əlbəttə, keçən il Bəyanatın mətninin razılaşdırılması işində fəal iştirakınızı Azərbaycanda yüksək qiymətləndiririk. Siz qeyd etdiyiniz kimi, biz ilin əvvəlində bu formatda görüşmüşdük, indi artıq ilin sonunda görüşürük. Yekun vurmaq olar. Əlbəttə, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət bütövlükdə sabitdir. Ciddi insidentlər olmayıb. Qəsdən törədilmiş təxribatlar olmayıb. Müşahidə olunan ayrı-ayrı hallar sistemli xarakter daşımırdı. Buna görə də Rusiya sülhməramlı kontingentinin yaxşı xidmətinə görə, uzun illər boyu dondurulmuş münaqişə, keçən il tammiqyaslı müharibə vəziyyətində olan regionda təhlükəsizliyi təmin etmələrinə görə təşəkkürümü bildirmək istərdim.

Bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib. Buna görə düşünürəm ki, – bu gün biz Sizinlə təbii ki, bu barədə əvvəlcə söhbət etmişik, – bu mövzu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməsi mövzusu müzakirə ediləcək. Biz, bu məsələdə Rusiya tərəfinin dəstəyini, o cümlədən məsləhət dəstəyini də çox yüksək qiymətləndiririk.

Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq.

Əlbəttə, bir sıra başqa məsələlər də qarşıya çıxır, lakin onlar operativ şəkildə, o cümlədən Rusiya tərəfinin, şəxsən Sizin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, hökumətin və digər strukturların fəal iştirakı ilə həll edilir.

Dəvət üçün, yenidən belə bir görüş keçirmək imkanı üçün bir daha təşəkkür edirəm.

X X X

Ermənistanın baş naziri Nikol Paşinyan: Vladimir Vladimiroviç, icazə verin, əvvəlcə dəvətə, bu görüşün təşkilinə görə Sizə təşəkkür edim. Bugünkü görüşün gündəliyinə keçməzdən əvvəl icazə verin, Kuzbasda çoxsaylı insanın həlak olması ilə nəticələnmiş partlayışla əlaqədar öz adımdan, erməni xalqı adından Sizə başsağlığı verim. Həlak olmuş şaxtaçıların bütün doğmalarına və yaxınlarına başsağlığı vermək istəyirəm.

Prezident Vladimir Putin: Sağ olun.

Nikol Paşinyan: Keçən il müharibənin dayandırılmasında Sizin rolunuz və Rusiya Federasiyasının rolu aşkardır. Noyabrın 9-dan sonra Dağlıq Qarabağda, Laçın dəhlizi boyunca Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Aşkardır ki, Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşməsində Rusiya sülhməramlıları, Rusiya Federasiyası mühüm rol oynayır. Lakin təəssüflə vurğulamaq istəyirəm ki, vəziyyət istənilən qədər sabit deyil. Keçən il noyabrın 9-dan sonra hər iki tərəfdən onlarca insan həlak olub və hadisələr Dağlıq Qarabağda da baş verir. Bu il mayın 12-dən bəri Ermənistan-Azərbaycan sərhədində faktiki olaraq böhranlı vəziyyətdir və bizim rəyimiz belədir ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulub. Əlbəttə, Ermənistan və Azərbaycan arasında sərhədlər delimitasiya və demarkasiya edilməyib, lakin dövlət sərhədi mövcuddur və bu, Ermənistan Respublikasının suveren ərazisidir.

Mən Azərbaycan Prezidentinin bu fikri ilə razılaşmıram ki, kommunikasiyaların bərpasından başqa Bəyanatın faktiki olaraq bütün bəndləri yerinə yetirilib. Bilirsiniz ki, biz bu məsələni Sizinlə dəfələrlə, həm əyani şəkildə, həm də telefonla müzakirə etmişik ki, girovlar və digər saxlanılan şəxslər, hərbi əsirlər problemi də var. Bu, çox mühüm humanitar məsələdir. Lakin demək istəyirəm ki, mənim fikrimcə bu gün biz təkcə problemləri səsləndirmək üçün deyil, söhbət etmək, məsələləri müzakirə etmək və mövcud problemləri həll etmək üçün toplaşmışıq. Mən də dəfələrlə elan etmişəm ki, Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır. Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılması mövzusu da bizim üçün çox vacibdir. Biz bu məsələlərin həll edilməsində həqiqətən maraqlıyıq. Ümid edirəm ki, bu gün biz bütün bu məsələləri müzakirə edəcəyik. Mən gördüm, Siz Azərbaycan Prezidenti ilə ikitərəfli görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini də xatırlatdınız. Azərbaycan Prezidenti də indicə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları məsələsini xatırlatdı. Əlbəttə, biz də bunda maraqlıyıq və hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmalıdır. Düşünürəm ki, çox məsələləri üçtərəfli formatda, ikitərəfli formatda müzakirə və həll etmək lazımdır və mümkündür.

Deməliyəm ki, Azərbaycanın və Ermənistanın rəsmi şəxsləri arasında birbaşa əlaqələr də nəzərdə tutulur. Mənim fikrimcə, o qədər də yaxşı və pozitiv olmayan nüanslar fonunda bu müsbət nüansları da vurğulamaq lazımdır. Ən başlıcası, təkrar etmək istəyirəm, üzr istəyirəm, düşünürəm ki, bugünkü görüşün əsas mənası hansısa problemlərin mövcud olmasını və ya mövcud olmamasını, sadəcə, səsləndirmək deyil. Əsas odur ki, bu gün biz regionda, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə dair konkret və ya mümkün qədər konkret qərarlara gələ bilək. Buna görə bizim məsuliyyətimiz, sülh, sabitlik və insanların təhlükəsizliyidir. Sağ olun.

X X X

Prezident Vladimir Putin: Mənə belə gəlir ki, sizin indicə dedikləriniz – həm Azərbaycan Prezidenti tərəfindən, həm də Ermənistanın baş naziri tərəfindən deyilənlər, əslində, çox vacibdir. Vəziyyətin normallaşdırılmasının inkişafında, vəziyyətin müsbət həllinin inkişafında hər iki tərəfin marağı var. Siz indicə kommunikasiyalar barədə, kommunikasiyaların açılması barədə xatırlatdınız. İlham Heydər oğlu da bu barədə danışıb. Bu məsələdə hamı maraqlıdır. O cümlədən Rusiya da. Mən onu nəzərdə tuturam ki, biz bütün yaxın ölkələr, – biz qonşuyuq, biz böyük əmtəə dövriyyəsinə malikik, – hamımız bu məsələdə maraqlıyıq. Birincisi də, ikincisi də, biz yenə də o barədə razılığa gəlirik ki, yaxın vaxtlarda sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri, əvvəlcə delimitasiya, daha sonra demarkasiya işlərini sahmana salaq. Əlbəttə, biz bu barədə də bu gün danışacağıq. Baxmayaraq ki, məsələnin mürəkkəb olması aydındır. O, hələ Sovet İttifaqından qalıb. Orada dəqiq sərhədlər olmayıb. Lakin bütün bunlar barədə danışmaq imkanı var. Həmkarlarımla razıyam ki, nə qədər çox əlaqə, o cümlədən birbaşa əlaqələr olarsa, daha yaxşıdır. Birbaşa ikitərəfli əlaqələr ümumiyyətlə prioritetdir. Mən bilirəm ki, yaxın vaxtlarda sizin Brüsseldə görüşünüz nəzərdə tutulub. Siz oraya getməyə və orada görüş keçirməyə razılıq vermisiniz. Biz bunu da alqışlayırıq. Nə qədər birbaşa ünsiyyət olarsa, bir o qədər yaxşıdır. Mən bu yaxınlarda bu barədə Avropa İttifaqı Şurasının Prezidenti cənab Mişellə də danışmışam. O, sizi gözləyir. Ümidvaram ki, biz irəliyə doğru hansısa addım atacağıq. Bundan sonrakı addımları digər platformalarda da atmaq mümkün olacaq. Bir daha təkrar edirəm, tərəfdaşlarımızın bu dialoqa cəlb edilməsini biz yalnız alqışlayırıq. Əsas odur ki, bu dialoq faydalı olsun. Çox sağ olun.

Davamına bax

MANŞET

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.

Davamına bax
Advertisement
MANŞET8 saat

Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər

MANŞET8 saat

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib

MANŞET9 saat

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

MANŞET14 saat

Soçidə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb

CƏMİYYƏT15 saat

Sabahın HAVA PROQNOZU

SOSİAL15 saat

“Məşğulluq marafonu” çərçivəsində 1178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

ELM VƏ TƏHSİL16 saat

Təhsil Nazirliyi təhsil tələbə krediti ilə bağlı sualları cavablandırmaq üçün xidmətlər təqdim edir

CƏMİYYƏT16 saat

ANAMA tərəfindən “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin koordinatorları üçün maarifləndirmə təlimi keçirilib

RƏSMİ XRONİKA16 saat

Soçidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb

SƏHİYYƏ16 saat

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

SƏHİYYƏ16 saat

Azərbaycanda son sutkada 1997 nəfər COVID-19-a yoluxub

CƏMİYYƏT17 saat

DİN: Sosial şəbəkələrdə onlayn narkotik satan narkotacirlərin yalan vədlərinə inanmayın

CƏMİYYƏT17 saat

Narkotik satışına görə daha 28 nəfər tutulub, 47 kiloqram narkotik götürülüb – VİDEO

ELM VƏ TƏHSİL17 saat

Ədliyyə orqanlarına qəbul üzrə test imtаhаnı keçirilib

MƏDƏNİYYƏT19 saat

Milli Xalça Muzeyində gürcü rəssamın sərgisi olacaq

CƏMİYYƏT19 saat

DİN: Ötən gün toylarda 7 nəfər cərimələnib, 219 nəfər şənliyə buraxılmayıb

HƏRBİ19 saat

Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub – VİDEO

CƏMİYYƏT19 saat

Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb – VİDEO

MANŞET19 saat

İlham Əliyev Paşinyanla görüşə GETDİ – FOTOLAR

CƏMİYYƏT19 saat

Pomidor turşusundan zəhərlənərək iki dəfə kliniki ölüm keçirən 10 yaşlı qız sağalıb

CƏMİYYƏT20 saat

BÜRCLƏR – 26.11.2021

MANŞET20 saat

Azərbaycan erməni əsilli iki nəfəri Ermənistana təhvil verib

CƏMİYYƏT20 saat

DİN: Ötən gün baş verən yol qəzalarında 5 nəfər ölüb

CƏMİYYƏT20 saat

Dünən ictimai yerlərdə 2 koronavirus xəstəsi saxlanılıb

SİYASƏT20 saat

Sahibə Qafarova Sankt-Peterburqda ÜST-ün Avropa regional bürosunun direktoru ilə görüşüb

SİYASƏT21 saat

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

İQTİSADİYYAT21 saat

AMB-nin valyuta məzənnələri

SİYASƏT1 gün

Türk dünyasının siyasi təşkilatlanmasında yeni mərhələ

SƏHİYYƏ2 gün

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

SƏHİYYƏ2 gün

Azərbaycanda son sutkada 1880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

CƏMİYYƏT2 gün

Azərbaycanlı bloger onu pulsuz aparan taksi sürücüsünə maşın hədiyyə etdi – VİDEO

HƏRBİ5 gün

Azərbaycan Ordusunun generalı vəfat edib

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 17.11.2021

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 19.11.2021

CƏMİYYƏT5 gün

BÜRCLƏR – 22.11.2021

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 18.11.2021

CƏMİYYƏT6 gün

BÜRCLƏR – 21.11.2021

CƏMİYYƏT6 gün

Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum saxlanılıb

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 20.11.2021

CƏMİYYƏT4 gün

BÜRCLƏR – 23.11.2021

SİYASƏT3 gün

Azərbaycanda xidmətdə olan general-polkovniklər – SİYAHI

CƏMİYYƏT3 gün

BÜRCLƏR – 24.11.2021

CƏMİYYƏT4 gün

Qaxda 64 yaşlı kişi intihar edib

CƏMİYYƏT20 saat

BÜRCLƏR – 26.11.2021

CƏMİYYƏT1 həftə

Qəbələdə qırqovul ovlayan şəxs saxlanılıb

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 25.11.2021

CƏMİYYƏT3 gün

Zaqatalada bələdiyyə sədrinə cinayət işi açılıb

ELM VƏ TƏHSİL4 gün

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

CƏMİYYƏT1 həftə

Qaxda evdə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb

HƏRBİ1 həftə

MN: Ermənistanla sərhəddə döyüşlərdə Azərbaycanın 7 hərbçisi şəhid olub, 10 hərbçisi yaralanıb

HƏRBİ7 gün

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri – VİDEO

HƏRBİ1 həftə

Erməni hərbçilərin atıb qaçdıqları döyüş texnikası – VİDEO

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 16.11.2021

HƏRBİ1 həftə

Dünənki döyüşdə şəhid olan İGİDLƏRİMİZ

CƏMİYYƏT1 həftə

Zaqatalada 16 heyvan kəsimi məntəqəsində nöqsanlar aşkar olunub

CƏMİYYƏT4 gün

“Azərişıq” ASC-nin əməkdaşı Laçında minaya düşüb

HƏRBİ2 həftə

Azərbaycan MN: Erməni hərbçilər tərksilah edilərək saxlanılıb, xeyli silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib

CƏMİYYƏT1 həftə

Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

BALAKƏN2 həftə

Bəzi rayonlarda qar yağıb – FAKTİKİ HAVA

CƏMİYYƏT3 gün

Vətən müharibəsi iştirakçısı olan tanınmış neyrocərrah vəfat edib

CƏMİYYƏT17 saat

Narkotik satışına görə daha 28 nəfər tutulub, 47 kiloqram narkotik götürülüb – VİDEO

HƏRBİ19 saat

Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub – VİDEO

CƏMİYYƏT19 saat

Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb – VİDEO

CƏMİYYƏT2 gün

FHN Kürdəmir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

CƏMİYYƏT3 gün

Ağdamın İlxıçılar kəndi – VİDEO

CƏMİYYƏT5 gün

Kəlbəcərin Yellicə kəndi – VİDEO

CƏMİYYƏT5 gün

Məşhur cizgi filminin yeni versiyasının ilk treyleri yayımlandı – VİDEO

HƏRBİ6 gün

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO

CƏMİYYƏT6 gün

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib – VİDEO

HƏRBİ7 gün

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri – VİDEO

SİYASƏT1 həftə

“Caliber” Ermənistanda məxməri nasizmin çiçəklənməsinin tarixçəsi barədə – VİDEO

CƏMİYYƏT1 həftə

FHN: Şəmkirdə körpüdən asılı qalan avtomobildəki sürücü xilas edilib – VİDEO

HƏRBİ1 həftə

“Caliber” sərhəd döyüşlərinin yekunları barədə… – VİDEO

CƏMİYYƏT2 həftə

AAYDA: Basqal-Sulut avtomobil yolunun inşası rahat gediş-gəlişi təmin edib – VİDEO

HƏRBİ3 həftə

Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub – VİDEO

CƏMİYYƏT4 həftə

Kəlbəcərin Göydərə kəndi – VİDEO

CƏMİYYƏT2 ay

Ermənistan üzərindən ilk uçuş: “Xəbərim yox idi…” – VİDEO

MANŞET2 ay

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır – VİDEO

FOTOQRAFİYA2 ay

Sənət ölür, basdıranı yoxdur… – VİDEO

HƏRBİ2 ay

“Üç qardaş – 2021” beynəlxalq təliminin təntənəli bağlanış mərasimi keçirilib – VİDEO

CƏMİYYƏT2 ay

Övladlarının guya sağ olduğunu deyərək şəhid ailəsini aldadan şəxslər saxlanılıb – VİDEO

FOTOQRAFİYA2 ay

Ekspozisiya nə deməkdir? Fotoqrafiya dərsləri – VİDEO

FOTOQRAFİYA2 ay

Sizi Kəlbəcərə aparıram! – VİDEO

HƏRBİ2 ay

“Üç qardaş – 2021” beynəlxalq təlimi davam edir – VİDEO

HƏRBİ2 ay

“TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib – VİDEO

HƏRBİ2 ay

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimi davam edir – VİDEO

HƏRBİ3 ay

“TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir – VİDEO

CƏMİYYƏT3 ay

Füzulinin Mollavəli kəndi – VİDEO

CƏMİYYƏT3 ay

Ağdamın Şirvanlı kəndi – VİDEO

HƏRBİ3 ay

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib – VİDEO




Trend