Bizə qoşulun

GÜNDƏM

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsində Milli Mətbuat Günü qeyd olunub

Azərbaycan xalqının milli şüurunun, azadlıq ideyalarının formalaşmasında şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın müstəsna rolu və xidmətləri olub.

 ShekiMedia.az xəbər verir ki, bu fikir Azərbaycan milli mətbuatının yaranmasının 146-cı ildönümü münasibətilə iyulun 22-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsində keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, mətbuat nümayəndələrini əlamətdar bayram münasibətilə təbrik edib, zəngin tarixi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan söz açıb. Bildirilib ki, milli mətbuatımız bütün dövrlərdə həqiqət carçısı olub, xalqımızın maariflənməsində, milli-bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olmasında jurnalistlərin yaxın dostu, ümummilli lider Heydər Əliyevin böyük tarixi xidmətləri olduğunu vurğulayan idarə rəisi hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə mətbuat və söz azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Rəhman Məmmədov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalibiyyətlə başa çatan 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar zamanı media nümayəndələrinin döyüş bölgələrindən hazırladıqları reportajların erməni terrorizminin mahiyyətinin beynəlxalq aləmə çatdırılmasında, informasiya savaşında ölkəmizin mövqeyinin güclənməsində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Şəki Regional Mədəniyyət İdarəsinin mətbuat orqanı olan “Mədəniyyət qalası” qəzetinin baş redaktoru Yusif Rəhimov milli mətbuatın ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında oynadığı roldan ətraflı bəhs edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Yusif Rəhimova Şəki Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin fəxri fərmanı təqdim olunub.

Davamına bax
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

GÜNDƏM

Şuşada terrorçunun qumbara partlatdığı yerdən yeni görüntülər (VİDEO)

Xəbər verdiyimiz kimi, ötən gün erməni terrorçu Norayr Mirzoyan Şuşa yaxınlığında əl qumbarası ilə təxribat törədərək üç azərbaycanlı hərbçimizi yaralayıb.
 ShekiMedia.az xəbər verir ki, AzTV-nin əməkdaşları hadisənin baş verdiyi ərazidən süjet hazırlayıblar.
Süjetdə təxribat törədilmiş yerdən son məlumatlar çatdırılıb.

Davamına bax

CƏMİYYƏT

Zəfər tarixinin xronikası: 14 oktyabr 2020-ci il

 

Həmin gün:

–Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayo­nunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

–Prezidentin köməkçisi- Prezident Ad­ministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin Mətbuat Katibi İbrahim Kalın ilə telefon danışığında bildirib: “Daim təmasda olduğum yaxşı dostum İbrahim Kalınla tele­fon danışığımdan məmnunam. Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin ATƏT-in və Minsk Qrupunun üzvü və regionun lider ölkəsi kimi vacib rolunu bir daha təsdiq etdik”.

– Prezidentin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 14-də xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə deyib: “Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq Ağdam, Tərtər, Goranboy və digər şəhərləri atəşə tutur, gərginliyi daha da artırır. Hazırda münaqişə öz ərazisindən kənara çıxır. Çünki Ermənistan münaqişə zona­sından uzaqda yerləşən şəhərləri də atəşə tutur. Ermənistan öz ərazisindən Azərbaycanı atəşə tutur. Bu gün Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini vurmaq üçün raketləri hazır vəziyyətə gətirib. Biz Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həmin raket komplekslərinin neytrallaşdırılması istiqamətində tədbirlər gördük…”.

– Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə deyib: “Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək üçün lazımi qabaqlayıcı addımlar atmağa hazırdır. Ermənistan atəşkəs rejiminə əməl etməli, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişə sülh yolu ilə öz həllini tapacaq. Sülh yolu ilə də olmasa, Azərbaycan hərbi yollar öz ərazisini işğaldan azad edəcək”.

–Azərbaycan Xarici İşlər naziri Cey­hun Bayramov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon danışığı zamanı vəziyyətin gərginləşməsi ilə bağ­lı məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

***

Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə bas­qın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.

Oktyabrın 13-dən 14-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası sıradan çıxarılıb.

Səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi ar­tilleriya atəşinə tutulub. Ordumuz tərəfindən adekvat tədbirlər görülüb.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayır.

***

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHM) Qərargah rəisi general-mayor İkram Əliyev ölkəmizdə akkreditə olunan diplomatik korpusun rəhbərləri və hərbi attaşelərin iştira­kı ilə keçirilən brifinqdə deyib: “Mingəçevir və Gəncə şəhərlərinə Ermənistan ərazisindən raket zərbələri endirilib. Dünən Ermənistan silahlı qüvvələrinin növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib. Dinc əhali arasın­da tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raket kompleksi Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənib. Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılıb”.

General-mayor İkram Əliyev qeyd edib ki, əgər həmin raket kompleksləri məhv edilməsəydi, onlar Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, atış məsafəsi Bakını da ötə bilərdi. Mülki yaşayış məntəqələrini hədəfə alan raketlər hərbi hava qüvvələrimiz tərəfindən vaxtında aşkarlanaraq məhv edilib.

***

Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib.

Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılıb.

***

Azərbaycan Respublikasının Baş Proku­rorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 14-ü saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 43 nəfər həlak olub, 214 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşüb.

“Xalq qəzeti”

Davamına bax

CƏMİYYƏT

Zəfər tarixinin xronikası: 13 oktyabr 2020-ci il

Həmin gün:

– Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi “İnstag­ram” səhifəsində etdiyi paylaşımda deyilir: “Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Uca Tanrı Vətən naminə bu müqəddəs mübarizədə onlara yar olsun! Qarabağ Azərbaycandır!”;

– İtaliyalı deputatlar tərəfindən kütləvi in­formasiya vasitələrində və sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin humani­tar atəşkəslə bağlı razılığı kobud şəkildə pozaraq Azərbaycanın müxtəlif yaşayış məntəqələrini çoxsaylı mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnmiş raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanat yayılıb;

– Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədrləri Va­leri Kolyux və Vladimir Kreydenko tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə Gəncə şəhərində baş verən hadisələrdən və atəşkəs rejiminin pozulmasından dərindən narahatlıq ifadə edən məktub ünvanlanıb;

– dünyanın bir sıra ölkələrinin si­yasi partiyaları, parlament üzvləri və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə edilib. Bu bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunub, həmçinin Ermənistan silah­lı qüvvələrinin törətdiyi hərbi təcavüz və təxribatlar pislənilib.

***

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən yenidən qruplaşma və yerdəyişmə aparılaraq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 12-dən 13-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 hau­bitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.

Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.

Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayıb.

***

Azərbaycan Respublikasının Baş Proku­rorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 13-ü saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 42 nəfər həlak olub, 206 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1479 ev, 66 çoxmənzilli yaşayış binası və 241 mül­ki obyekt yararsız vəziyyətə düşüb.

***

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Departamentinin Ermənistan Xarici İşlər Nazirinin Moskvadakı brifinq zamanı verdiyi açıqlamanı şərh edib.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti departamentindən məlumat verilib. Bildirilib ki, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində verdiyi açıqlamada ənənəvi olaraq həqiqətə uyğun olmayan bir sıra məqamlar əksini tapıb. Həmin açıqlama­da Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək və beləliklə, beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədini güdülüb.

Bununla əlaqədar olaraq Azərbaycan XİN-i xatırladıb ki, Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyi son 2 ildə münaqişə ətrafında vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü şəkildə addımlar atır. Bu addımlar danışıqlar prosesinə ciddi xələl gətirən, onu çıxılmaz vəziyyətə salan təxribat xarakterli bəyanatlar və digər tədbirlərdən ibarətdir. Bunlar arasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qanunsuz nəticələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davamlı hərbi işğalını möhkəmləndirmək üçün çoxsaylı praktik addımlar yer alır. Bunun ən bariz nümunələri “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi, “yeni ərazilər üçün yeni müharibə” hərbi konsepsiyası, 2020-ci ilin iyul ayında Azərbaycan–Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribat, işğal olunmuş ərazilərdə Livan ermənilərinin məskunlaşdırılması fəaliyyətidir.

Xoşməramlı niyyətini nümayiş etdirən Azərbaycan tərəfi Rusiya Federasiyasının müraciətlərinə müsbət reaksiya göstərdi, 3 nazirin Moskva görüşünə qatıldı və ora­da konstruktiv şəkildə danışıqlar apardı. Azərbaycan tərəfi iclasda razılaşdırılmış humanitar atəşkəsə sadiqliyini elan etdi və silahlı qüvvələrinə müvafiq təlimat verdi.

Lakin Ermənistan tərəfi çox fərqli bir yol seçdi. Onun silahlı qüvvələri Azərbaycanın Tərtər rayonu, Suqovuşan ərazisi yaxınlığın­da erməni hərbçilərinin cəsədlərini toplayan Azərbaycan həkim qrupuna minaatandan atəş açdı. Nəticədə Azərbaycanın bir tibbi personalı ağır yaralandı. Bundan əlavə, oktyabrın 11-də gecə saat 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raket atdı. Raket çoxmərtəbəli yaşayış binasını yerlə yeksan etdi, 10 mülki şəxs həyatını itirdi və uşaqlar da daxil olmaqla çox sayda xəsarət alanlar oldu.

 

Davamına bax
Advertisement
ANA SƏHİFƏ38 dəqiqə

Hakimliyə namizədlər üçün imtahan keçirilib

HƏRBİ40 dəqiqə

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının əsas istiqamətləri müzakirə edilib

CƏMİYYƏT57 dəqiqə

Bakıya gələn avtobuslarda karantin qaydalarını pozan 40 nəfər cərimələnib

ELM VƏ TƏHSİL1 saat

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 775 nəfər qeydiyyatdan keçib

CƏMİYYƏT5 saat

Dekabr ayının hava proqnozu açıqlanıb

ELM VƏ TƏHSİL5 saat

Məktəb inspektoru üzrə müraciətlərin qəbulu davam edir

CƏMİYYƏT5 saat

Şamaxıda restoran sahibi barəsində cinayət işi başlanıb

CƏMİYYƏT5 saat

DYP işçi qəbulu elan edib

CƏMİYYƏT5 saat

DİN: Ötən gün toylarda 9 nəfər cərimələnib

CƏMİYYƏT5 saat

Ceyhun Bayramov İsveç Krallığına səfər edib

İQTİSADİYYAT6 saat

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb

CƏMİYYƏT6 saat

AMB-nin valyuta məzənnələri

CƏMİYYƏT6 saat

Laçın rayonunda hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib

CƏMİYYƏT6 saat

DİN: Ötən gün axtarışda olan 67 nəfər saxlanılıb

CƏMİYYƏT6 saat

DİN: 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb

CƏMİYYƏT6 saat

Laçının işğaldan azad edilməsinin ildönümüdür

CƏMİYYƏT15 saat

BÜRCLƏR – 1 DEKABR

CƏMİYYƏT24 saat

Sabahın HAVA PROQNOZU

SƏHİYYƏ24 saat

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

CƏMİYYƏT24 saat

Azərbaycanda son sutkada 1678 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib

CƏMİYYƏT1 gün

DSX helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin adlarını açıqlayıb – SİYAHI

CƏMİYYƏT1 gün

DSX: Qəza nətcəsində 14 nəfər ölüb, 2 nəfər yaralanıb

CƏMİYYƏT1 gün

ETSN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib

CƏMİYYƏT1 gün

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib – VİDEO

SİYASƏT1 gün

Türkiyə XİN Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib

BALAKƏN1 gün

Zaqatala və Balakəndə qaz təchizatı dayandırılacaq

CƏMİYYƏT1 gün

DSX-nin hərbi helikopteri Xızıda qəzaya uğrayıb, həlak olanlar və yaralananlar var

CƏMİYYƏT1 gün

Azərbaycan qətl və adam oğurluğunda təqsirləndirilən İran vətəndaşını İnterpol xətti ilə axtarışa verib

HƏRBİ1 gün

Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib – VİDEO

ANA SƏHİFƏ1 gün

“Azəriqaz”ın rəhbərliyi Lənkəranda sahibkarlarla görüşəcək

CƏMİYYƏT3 gün

Qaxda qadın əri tərəfindən bıçaqlanıb

CƏMİYYƏT6 gün

Azərbaycanlı bloger onu pulsuz aparan taksi sürücüsünə maşın hədiyyə etdi – VİDEO

CƏMİYYƏT4 gün

Oğuzda maşın ağaca çırpılıb, sürücü ölüb – FOTOLAR

HƏRBİ1 həftə

Azərbaycan Ordusunun generalı vəfat edib

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 17.11.2021

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 19.11.2021

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 22.11.2021

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 18.11.2021

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 21.11.2021

CƏMİYYƏT1 həftə

Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum saxlanılıb

CƏMİYYƏT4 gün

Zaqatalada vətəndaşların 90 min manatını mənimsəyən qadın saxlanılıb

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 20.11.2021

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 23.11.2021

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 30.11.2021

CƏMİYYƏT5 gün

BÜRCLƏR – 26.11.2021

SİYASƏT1 həftə

Azərbaycanda xidmətdə olan general-polkovniklər – SİYAHI

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 24.11.2021

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 29.11.2021

CƏMİYYƏT4 gün

BÜRCLƏR – 28.11.2021

CƏMİYYƏT1 həftə

Qaxda 64 yaşlı kişi intihar edib

CƏMİYYƏT6 gün

BÜRCLƏR – 25.11.2021

CƏMİYYƏT2 həftə

Qəbələdə qırqovul ovlayan şəxs saxlanılıb

CƏMİYYƏT1 həftə

Zaqatalada bələdiyyə sədrinə cinayət işi açılıb

CƏMİYYƏT3 gün

Qaxda bir nəfər yol qəzası zamanı xəsarət alıb

ELM VƏ TƏHSİL1 həftə

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

CƏMİYYƏT2 həftə

Qaxda evdə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb

HƏRBİ2 həftə

MN: Ermənistanla sərhəddə döyüşlərdə Azərbaycanın 7 hərbçisi şəhid olub, 10 hərbçisi yaralanıb

HƏRBİ2 həftə

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri – VİDEO

CƏMİYYƏT3 gün

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb

CƏMİYYƏT4 gün

Zaqatalada 64 yaşlı kişi intihar edib

CƏMİYYƏT1 gün

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib – VİDEO

HƏRBİ1 gün

Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib – VİDEO

İQTİSADİYYAT1 gün

Yardımlı, Astara və Lerikin elektrik şəbəkələri yenilənir – VİDEO

CƏMİYYƏT1 gün

Kəlbəcərin Qılınclı kəndi – VİDEO

CƏMİYYƏT2 gün

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstibulaq kəndindən videogörüntülər paylaşıb – VİDEO

HƏRBİ3 gün

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

CƏMİYYƏT4 gün

Füzulinin Qoçəhmədli kəndi – VİDEO

CƏMİYYƏT5 gün

Narkotik satışına görə daha 28 nəfər tutulub, 47 kiloqram narkotik götürülüb – VİDEO

HƏRBİ5 gün

Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub – VİDEO

CƏMİYYƏT5 gün

Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb – VİDEO

CƏMİYYƏT6 gün

FHN Kürdəmir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

CƏMİYYƏT1 həftə

Ağdamın İlxıçılar kəndi – VİDEO

CƏMİYYƏT1 həftə

Kəlbəcərin Yellicə kəndi – VİDEO

CƏMİYYƏT1 həftə

Məşhur cizgi filminin yeni versiyasının ilk treyleri yayımlandı – VİDEO

HƏRBİ1 həftə

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO

CƏMİYYƏT1 həftə

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib – VİDEO

HƏRBİ2 həftə

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri – VİDEO

SİYASƏT2 həftə

“Caliber” Ermənistanda məxməri nasizmin çiçəklənməsinin tarixçəsi barədə – VİDEO

CƏMİYYƏT2 həftə

FHN: Şəmkirdə körpüdən asılı qalan avtomobildəki sürücü xilas edilib – VİDEO

HƏRBİ2 həftə

“Caliber” sərhəd döyüşlərinin yekunları barədə… – VİDEO

CƏMİYYƏT2 həftə

AAYDA: Basqal-Sulut avtomobil yolunun inşası rahat gediş-gəlişi təmin edib – VİDEO

HƏRBİ3 həftə

Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub – VİDEO

CƏMİYYƏT4 həftə

Kəlbəcərin Göydərə kəndi – VİDEO

CƏMİYYƏT2 ay

Ermənistan üzərindən ilk uçuş: “Xəbərim yox idi…” – VİDEO

MANŞET2 ay

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır – VİDEO

FOTOQRAFİYA2 ay

Sənət ölür, basdıranı yoxdur… – VİDEO

HƏRBİ2 ay

“Üç qardaş – 2021” beynəlxalq təliminin təntənəli bağlanış mərasimi keçirilib – VİDEO

CƏMİYYƏT2 ay

Övladlarının guya sağ olduğunu deyərək şəhid ailəsini aldadan şəxslər saxlanılıb – VİDEO

FOTOQRAFİYA2 ay

Ekspozisiya nə deməkdir? Fotoqrafiya dərsləri – VİDEO

FOTOQRAFİYA3 ay

Sizi Kəlbəcərə aparıram! – VİDEO




Trend