Bizə qoşulun

YAZARLAR

Mən uşaqlığımı unutmuşam

Dostum, fərqli həyatlar və talelər yaşamışıq, bəzən hissizlik, bəzən də ürəyimizə çəkilib susmaq olub ümidlərimizin gizləndiyi yer. Bəzən doğrularımızın qana boyanmasının, bəzən də ruhumuzun kimsəsiz ölməsinin şahidi olmuşuq. …Və beləcə ömrümüzün gözəl anlarını hardasa dəfn etmişik. Bunlar uşaqlığımızda olub, çox şey silinib yaddaşımızdan və ya bilərəkdən silmişik. İndi isə ömrümüzün gözəl anlarını harda dəfn etdiyimizi belə xatırlamır və ya xatırlamaq istəmirik!

 

***

…Bu yerlər hardansa tanış gəlirdi mənə.  Lakin hardan tanış gəldiyini tam olaraq yəqinləşdirə bilmirdim. Günəşin batması və ardınca gündüzün özünü gecəyə təslim etməsinin şahidi olmaqdan düzünü desəm, yorulmuşam. Artıq gecələrə nifrət edirəm. Bütün ağrı-acılarımı, əzablarımı xatırladır, keçmişimi vurur üzümə, rahat yatmağa belə qoymur. Hər gecə ümidsiz gecələrin əlindən gündüzlərə qaçmağa tələsirəm: böyük şəhərlərdə insanların harasa tələsdiyi kimi.

Ətrafa boylanırdım. Elə bu andaca sol səmtimdən uzanmış geniş yoldan başqa bir şey gözlərimə dəymirdi. Yeyin addımlarla geniş yolun qoynuna yön aldım.  Nədənsə tikanlı fikirlər dolaşırdı beynimin ən dərin künclərində. Sanki ətrafdakı külək içimdə əsirdi. Saflığa bürünən adam kimi xeyli yol qət eləmişdim. Get-gedə yollar dağ yamaclarına sarı qalxır, enli yollar darlaşır və burula-burula sıldırım qayalara aparırdı məni. Yolları arxada qoyduqca qəribə darıxmaq bədənimin hər yerinə hopurdu. Yolboyu təbiətin əsrarəngiz mənzərəsi olmasaydı, bəlkə də, çoxdan tükənər və geri qayıdardım. Bəzən də yanaqlarımı qıdıqlayan xəfif mehin verdiyi hisslər içimdəki adsız boşluğu unutdurmağa çalışdırırdı.

Nəhayət tikanlı məftillərlə bürünmüş düşüncələrimlə birgə dar keçidləri də arxada qoyub təbiətin başqa bir ünvanına, dağlar arxasındakı kiçik yamaclara çatmışdım. Ətraf çox sakit idi ki, bu da qəlbimin toranlıq səthinin aydınlanmağına kömək edirdi müəyyən qədər. Digər yandan da sərin küləyin yanaqlarıma sığal çəkməsi göylərdən enib gələn dua kimi ruhumu oxşayırdı. Lakin bu hüzn dolu mənzərə çox davam etmədi, hardansa gələn bir səs məni özünə tərəf çəkib apardı.

Bu uşaq səsi idi, qarşımda yerə dikilmiş daş qayacığının arxasından gəlirdi. Heç tərəddüd etmədən həmin səmtə addımladım. O idi, həmin uşaq, bir aydan çox olardı ki, yuxularıma qənim kəsilmiş, hardasa gizlənmiş, xəyallarla çarpışan, bəzən də gələcəyi üçün ağlayan həmin uşaq. Onu izləyirdim, nə danışırdı, nə edirdi, nə düşünürdü, niyə ağlayırdı deyə.

Hərbi formada olan əsgər kuklası, odun parçalarından ərsəyə gətirdiyi universiteti xatırladan bina, palçıqdan düzəltdiyi ev və evin içərisində ərsəyə xətirdiyi xoşbəxtlik saçan ailə görüntüsü və daha başqa nələr. Yan tərəfində içərisində əyləşmiş bəylə gəlin olan gəlin maşınına xüsusi diqqət ayırırdı. Ara-sıra səssizlik içərisində qıvrılan ətrafa da nəzər salır, sanki o da gecənin düşməsini istəmirdi. Susmuş duyğularım gördüyüm mənzərə qarşısında səssizliyin ən dərinliyinə batmışdı. Bəlkə də düzəltdiyi oyuncaqlar onun dünyada sahib olduğu ən dəyərli varlıqları idi, əvəzolunmaz önəm kəsb edirdi.

Qaranlığın artması səbəbilə yavaş-yavaş oyuncaqlarını daşların arasında düzəltdiyi oyuğa yığmağa başlayan uşaq axşamın düşməsi səbəbilə evlərinə sarı yollanacaqdı. Amma o, tələsmirdi və hətta bir az da oynamaq istəyirdi. Oyuncaqlarını elə bir ağırlıqda oyuğa toplayırdı ki, sanki qucağındakı ümidlərini yerə səpir, daşlar arxasında gizlədirdi. Ən son daha çox sevdiyi gəlin maşınını əlinə götürüb dikəldi. Vecsiz və ruhsuz baxışlarla ayağa qalxdı. Elə bu an balaca ilə göz-gözə gəldik.

Susqun duruşumuz davam edirdi. Balacanın gözlərindən yaş axmağa başladı və o anlarda özümü saxlaya bilmədim. O, dərin bir kədərlə qucaqlaşmış sönük ümidləri ilə birgə üstümə atıldı. Aşağı əyilib onu qollarıma aldım. Qollarım sanki iyirmi dörd ilimin əzab və ağrıları ilə yüklənmişdi. İnana bilmirdim, bu, MƏN idim. İçimdəki ÖZÜMü tapmışdım, bu mənim öz uşaqlığım idi, özümü öz qollarıma yıxmışdım. Balaca MƏN ümidlərini MƏNdə, mən isə ümidlərimi onun əlindəki oyuncaq gəlin maşınının içərisində tapmışdım.

Sıxdıqca sıxırdım uşaqlığımı qəlbimə. Keçirdiyim bütün ağrılı-acılı illərimi qucaqlamışdım sanki. Anlamağa çalışırdım ki, əslində məni üzən şey xəyal qırıqları deyilmiş, yaşaması mümkün  ikən yaşaya bilmədiyim xoşbəxtlik imiş, dəyərini bilmədiyim varlıqlar imiş. Halbuki onları əldə etmək üçün nələrdən keçmişdim, necə və nə tez də itirmişdim. O anlarda iki hissəyə bölünmüşdüm:biri iyirmi dörd yaşında həyatda müxtəlif statuslar qazanmış MƏN, digəri isə yeddi yaşında çarəsiz, xəyallarla yaşayan və ən dəyərli varlılğı əlindəki gəlin maşını olan yoxsul uşaqlığım. Bəlkə də uşaqlığım daha imkanlı idi, amma o anlarda o mənə çox yoxsul kimi gəlirdi. Çox çətin idi uşaqlığımla qarşılaşmaq və ona bu şəkildə sarılmaq. Həm də təhlükəli idi. Qorxulu yuxu kimi gəlirdi. Mən həmin uşaqlığımın ruhunda keçilməz məzarlıq qarşısında idim sanki. O anda düşündüyüm heç bir gələcək yox idi: hazırki MƏN və keçmişdəki MƏN.  İlahi, necə yollar keçmişəm, nələr görmüşəm bu həyatda. Necə ağrılar çəkmişəm, necə acılar yaşamışam.  Çox incidirdi uşaqlığımın qarşıma çıxmağı. O balaca MƏN indiki MƏNə çatmaq üçün daha on yeddi il yaşayacaqdı, necə sınaqlar keçməli idi. Hələ çox olacaqdı ağrı-acıları, özündən bezimələri, sızıltıları, hıcqırtıları, çarəsizlikləri…

Biz xeyli qucaqlaşdıq. Körpə barmaqlarına kimi öpürdüm. Gözlərimiz, göz yaşlarımız danışırdı ancaq. Gözlərindən gilələnib tökülən göz yaşları yanaqlarımda cığır açmışdı, qəlbimə axırdı.

…Mən onu astaca yerə qoydum və heç nə olmamış kimi geri çevirilib gəldiyim yola sarı qayıtmağı düşündüm. Bəli, bu yerlər idi, uşaqlığımın keçdiyi yerlər. Çox çətin mənzərə idi məhv olmuş uşaqlığımla yenidən burda qarşılaşmaq. Balaca MƏN ağlamağında idi, həmin an üçün onun bir istəyi var idi: oyuncaqlarını da götürüb mənimlə ordan getmək. YOX, əsla! Mən bunu bacara bilməzdim, uşaqlığımı özümlə apara bilməzdim. Balaca MƏNi buraxmağa məcbur idim, kabusları, çarəsizliyi, məyusluğu daşıya bilməzdim özümlə. O daha da ağlayır, onu da özümlə aparmağım üçün yalvarır, göz yaşları tökürdü. Mən daha geriyə baxmadan iti addımlarla yoluma davam etməkdə idim. Başqa yolum yox idi, uşaqlığıma yenidən isnişə bilməzdim. Həyatın çoxillik, dərin, əlacsız və kəskin məyusluğundan azad olmaq üçün sürətimi artırırdım. Balaca MƏN bilməsə də mən onun bu on yeddi ildə nələr yaşayacağını, üzünə hansı qapıların çırpılacağını, nələr çəkəcəyini çox yaxşı bilirdim. Balaca MƏN, bağışla məni, bilirəm çox pisdir: Oyuncağın ola, bəxtin olmaya. Elə sən əslində ən xoşbəxt və qayğısız illərini yaşayırsan. İti addımlarla daha da qaçır, sürətimi artırırdım. O isə arxamca daha möhkəm qaça bilsin deyə əlindəki gəlin maşınını qayalara çırpdı. Maşın hissələrə ayrıldı və içərisindəki bəylə gəlin diyirlənərək kiçik quyuda birləşdilər. Bəlkə də bu mənim iyirmi dörd yaşımdan sonrakı bəxtim idi, amma nə olursa belə dayanmaq olmazdı. Qaçdıqca qaçırdım.

 

Xeyli yol qət etmişdim, elə sürətimi yavaşıdacaqım ki, sağ ayağım daş parçasına ilişdi. Sağ dizim daşlar arasında necə möhkəm əzildisə belə dayanmaq əzmimə təsir etmirdi. Mən uşaqlığımdan öz keçmişimdən qaçmaq üçün deyil, məni ön yeedi il gözləyən haqsızlıqlardan qurtulmaq üçün imtina etmişdim.

Elə bu an telefonumun zəngi çaldı, yuxudan ayıldım. Tər-su içərisində idim, saata baxdım ki, işə xeyli gecikmişəm. Xəyalım hələ də gördüyüm yuxunun təsirində idi. Bilmirəm, bəlkə də qırx bir yaşımda hardasa iyirmi dörd yaşımdakı – indiki MƏNlə qarşılaşacağam. Bəlkə də o zaman üçün qırx bir yaşımdakı MƏN indiki MƏNi qəbul etməyəcək, ya da əksinə. Axı Allah yaşatdıqlarımızı yaşatmadıqca öldürmür bizi…

23 dekabr 2020 – Qarabağ ilində

Rizvan FİKRƏTOĞLU

 

Davamına bax
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

SİYASƏT

Türk dünyasının siyasi təşkilatlanmasında yeni mərhələ

Vətən müharibəsindəki Qələbənin birinci ildönümü, Şuşada Türkiyə və Azərbaycan Respublikaları arasında Müttəfiqlik Bəyannaməsinin imzalanması və Türk Şurasının Türk Dövlətləri Təşkilatı statusu qazanması ölkəmizdə 2021-ci ilin böyük tarixi hadisələri sırasında yer aldı. Bu hadisələrin hər biri ayrı-ayrılıqda nə qədər tarixi önəm daşısa da, bir-birinə “siyasi pillə” olmaq baxımından da onların əhəmiyyəti böyükdür.

Müasir dünya siyasətinin mühüm seqmentini təşkil etməyə başlayan türk dövlətləri məhz pillə-pillə, mərhələ-mərhələ müttəfiqlik strategiyasını həyata keçirməklə qloballaşma prosesində türk sivilizasiyasının yerini və rolunu, eləcə də mütərəqqi inkişaf istiqamətlərini müəyyən edir. Türk dünyasının həyatında dönüş yaradan bu yeni siyasi mərhələyə doğru uzun bir yol gəlir. Bu yolun siyasi fəlsəfəsi isə Türk Dövlətləri Birliyi ideyasıdır.

Bu ideyanın kökündə həmin dövlətləri yaratmış türk xalqlarının etnogenetik təməli, ulu sivilizasiya qaynaqları, böyük dövlətçilik təcrübəsi və ənənəsi, bütün tarix boyu davam etmiş etnomədəni əlaqələri, tarixi diferensiasiya proseslərində itirmədikləri, qoruyub saxladıqları və daim inkişaf etdirdikləri ortaq dəyərləri dayanır.

Bu tarixi-siyasi əsaslar elə bir möhkəm özüldür ki, ötənlərin ən mürəkkəb dövrlərində belə sarsılmamış, məqam düşdükcə bərkimiş, hazırda isə güclü inteqrasiya proseslərinə istiqamət verməkdədir. 2009-cu ildən bu ilə qədər fəaliyyət göstərmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və ya Türk Şurası da həmin təşkilatlanma prosesinin çox mühüm tərkib hissəsi idi.

Türk Şurasının tarixi fəaliyyətinə qısaca nəzər salsaq deyə bilərik ki, onun təsis edilməsi türk dünyasının cazibə mərkəzi olan Azərbaycanla bağlıdır. Belə ki, 1992-ci ildən etibarən mütəmadi olaraq keçirilən və hələ rəsmi-təşkilati forma almamış türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşləri Türk Şurasının yaradılmasını siyasi zərurətə çevirmişdi. Türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilmiş Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə uyğun olaraq Türk Şurası yaradıldı. O zaman Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləri olmuşdular.

Təşkilat yarandıqdan sonra keçirilmiş 7 Zirvə Görüşü (Almatı–2011, Bişkek–2012, Qəbələ–2013, Bodrum–2014, Astana–2015, ÇolponAta–2018, Bakı–2019) iqtisadiyyat, təhsil, elm və mədəniyyət, nəqliyyat, turizm, media və s. sahələr üzrə əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuşdu. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da qurumun video-konfrans vasitəsilə Fövqəladə Zirvə Görüşü keçirilmişdi. Bu zirvə görüşlərində tərəfdaş ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasətdə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiya, təhsil və mədəniyyət sahəsində qarşılıqlı işbirliyinin artırılması, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşkil edilməsi, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələlər üzərində fikir mübadiləsi aparmışdır.

Beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verən Türk Şurası bu müddət ərzində İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə sıx əməkdaşlıq münasibətləri qurmuşdur. Son 2 ildə Türk Şurasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sədrlik etmişdir.

Azərbaycan xalqının Vətən müharibəsindəki böyük zəfəri də məhz bu dövrə təsadüf edir. Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsi ilə öz ərazi bütövlüyünü təmin etməsindən sonra baş tutan sonuncu – VIII Zirvə Görüşü 12 noyabr 2021-ci ildə Türkiyənin İstanbul şəhəri yaxınlığındakı “Demokratiya və azadlıqlar adası”nda keçirildi. Məhz bu toplantıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bundan sonra Türk Dövlətləri Təşkilatı (TDT) kimi təsbit edilməsi qərara alındı.

Eyni zamanda, daha 2 respublikanın – Özbəkistan və Türkmənistanın Türk Dövlətləri Təşkilatına qatılması ilə müstəqil türk dövlətlərinin eyni təşkilat tərkibində inteqrasiyası başa çatdı. Baş Nazir Viktor Orban səviyyəsində Macarıstanın toplantıda müşahidəçi qismində iştirak etməsinin ardınca 10-dan çox dövlətin TDT-yə qoşulma maraqları da diqqətə çatdırıldı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqları arasında münasibətlərin dərinləşməsi və genişlənməsi istiqamətində fəaliyyətləri TDT-nin əsas strateji hədəfləri kimi müəyyənləşdirdi: “Yeni addım və mövqeyimiz olan Türk Dövlətləri Təşkilatı ilə bundan sonra daha sürətli, xüsusi israrla kök salacaq, böyüyəcək, inkişaf edəcək və səpələnəcəyik… Mədəniyyətin beşiyi olan Türküstan coğrafiyası yenidən bütün bəşəriyyətin cazibə və işıqlanma mərkəzi olacaq.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VIII Zirvə Görüşündəki çıxışında cənab R.T.Ərdoğanın Altaylardan Balkanlaradək azman türk dünyasının intibah epoxasını yaratmaq məramı daşıyan mövqeyini dəstəkləyərək söylədi: “Bugünkü Zirvə Görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə, ona görə ki, biz şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər dayanır və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz bu birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik”.

VIII Zirvə Görüşündə çıxış edən Qazaxıstanın Birinci Prezidenti– Elbaşı Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın Vətən Müharibəsində qazandığı qələbə, son illərdə əldə etdiyi nailiyyətlər, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına iki illik uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik etdilər

Azərbaycan Prezidenti bu sammitdə “Azərbaycanın qələbəsi türk dünyasının coğrafiyasını bütövləşdirir” – paradiqmasını irəli sürdü. Bu paradiqmanın başlanğıc addımı isə məhz türkdilli ölkələrin funksional inteqrasiyasını nəzərdə tutur. Bu baxımdan Türk Dövlətləri Təşkilatının yaradılması türk dünyasının çağdaş inteqrasiya meyillərini özündə əks etdirən böyük siyasi hadisədir. Bununla da biz son 300 ildə böyük imperiyalardan kiçik xanlıqlara qədər xırdalanaraq nəhəng güclər tərəfindən udulan türk dünyasının XXI əsrdə yenidən bütövləşməsi prosesinin şahidi və iştirakçısı oluruq.

Bu gün Türk Şurasından Türk Dövlətləri Təşkilatına çevrilən, gələcəkdə isə Türk Dövlətləri Təşkilatından Türk Dövlətləri Birliyinə yüksələcək siyasi təsisatın yaranacağı isə dünya siyasi tarixinin qanunauyğunluğu və dünya türklüyünün tarixi taleyidir.

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı, fəlsəfə doktoru

Davamına bax

CƏMİYYƏT

Şəhid Xəyal Cəbrayılov – Snayper Cəbi

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi.
Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilər bu zirvəyə. Bu zirvəni fəth edib adını əbədi yaddaşlara yazanlardan biri də Şəhid Xəyal Cəbrayılovdur.

Şəhid Xəyal Cəbrayılov 01.09.1998-ci ildə Ucar rayon Lək kəndində anadan olub.
2005-ci ildə Ucar rayon Lək kənd R.Abbasov adına 1 saylı tam orta məktəbinə gedib.
2016-ci ildə həmin məktəbi bitirib və vətən qarşısında vəzifəsini  yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Hərbi xidmətdə qumbaraatan vəzifəsində xidmət edib.
2018-ci ildə hərbi xidməti bitirib və 29 sentyabr 2020-ci ildə müharibənin başlanması ilə əlaqədar hərbi xidmətə çağrılıb. Ehtiyyat taqımda saxlandığına görə komandirə etiraz edib və könüllü kəşfiyyat taboruna yazılıb və kəşfiyyatçı kimi fəaliyyət göstərib.
Şəhid Xəyal Rafiq oğlu Cəbrayılov mərd, qorxmaz, mübariz olduğunu döyüşlərdə də göstərir. Hətta onu “Snayper Cəbi” kimi də tanıyırlar.
Bütün əsgərlər kimi onun da arzusu torpaqlarımızı düşmənlərdən təmizləmək və yeri gələrsə. bu yolda Şəhadət zirvəsinə ucalmaq idi.
Hətta sonuncu dəfə anasından danışanda: “Şəhid olsam ağlamayın demişdi” – Xəyal Rafiq oğlu Cəbrayılov.
Füzuli, Cəbrayıl, Xocavənd,Qubadlı və Daşaltının azad olunmasında fəal iştirak edib.
Son döyüşü də elə noyabrın 5-də Daşaltı uğrunda olub.
Şəhid Rafiq oğlu Cəbrayılov noyabrın 5-də minaya düşərək, 22 yaşında Şəhidlik zirvəsinə ucalıb.
22 noyabr doğulduğu Ucar rayon Lək kənd qəbirsanlığında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Hal-hazırda Arif Hüseynzadə adına məktəb-liseyin “6X” sinifi Şəhidimiz Xəyal Cəbrayılovun adını daşıyır.
Vətəni torpağı canından artıq sevən Şəhidimiz yaddaşlarda cəsur, mübariz, qorxmaz kimi qalacaq. Zirvəsiylə ölməzliyi qazanan Xəyal, hər zaman adı kimi xəyallarda yaşayacaq.

Şəhidin Atası Rafiq Cəbrayılov: Füzulidən Şuşanın Daşaltısına kimi vuruşub. Kəşfiyyatda olub, onu orda snayper Cəbi kimi tanıyıblar. Böyük şücaətləri olub. Mən özüm də 1-ci Qarabağ müharibəsində iştirak etmişəm, 1992-1993 cü illərdə bizim ala bilmədiymiz torpaqları bizim övladlarımız aldı.

Şəhidin Anası Səbinə Cəbrayılova: Mən pis oldum, dedim: “Xəyal özünü gözlə, özün bilirsən ki, mən sənsiz yaşaya bilmərəm”.
Dedi ki, ana, qorxma, əlimdə bayraq üstünə qaça-qaça gələcəm, mənə erməni gülləsi dəyə bilməz”.

Zülfiyyə BABAYEVA

ShekiMedia.az

Davamına bax

SİYASƏT

Qubadlının zəngin turizm potensialı var

Kəlbəcər–Laçın iqtisadi rayonuna daxil olan Qubadlı qərbdə Ermənistanla sərhəd olmaqla dağlıq əraziyə malikdir. İnzibati bölgəyə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi vahidi daxildir. Ən böyük kəndləri Xanlıq, Dondarlı, Dəmirçilər, Mahmudludur. Bu kəndlərin hər birində 200-250 təsərrüfat var idi. Rayon ərazisindən Həkəri və Bazarçay çayları keçir. Kifayət qədər iqtisadi potensiala malik olan rayon mineral resurslar, faydalı qazıntılarla da məşhurdur. Bütün bunlar rayonda turizmin müxtəlif sahələrinin inkişafı üçün geniş imkanlar açır.

 

Bir neçə gün əvvəl Prezident İlham Əliyev və Birinci vitse -prezident Mehriban xanım Əliyeva yenə Qubadlıya səfər etmişlər. Rayon ictimaiyyəti ilə görüş zamanı dövlət başçısı demişdir: “Qubadlı böyük potensiala malikdir, zəngin təbiəti, təbii sərvətləri var. Qubadlı rayonu ərazisindən iki böyük çay keçir, Bazarçay düz şəhərin ortasından keçir. Həkəri çayı nəinki Qubadlının, bütün Azərbaycanın, bizim böyük sərvətimizdir. Çünki biz bu çaylardan məhrum idik. Həkəridən də, Bazarçaydan da, Bəsitçaydan da, Tərtər çayından da məhrum idik”.

Qubadlının gözəl təbiəti, meşələri, dağları, sərin bulaqları göz oxşayır. Bura səfər edənlər Qubadlının gözəl təbiətindən ürəkdolusu danışırlar. Bu yerlər yaxın gələcəkdə turistlər üçün cazibədar olacaq.

28 il ərzində erməni vanda­lizmi nəticəsində burada bir çox turistik məkanlarımız viran edilib. Onlar tezliklə bərpa ediləcək. Cənab Prezident də bildirdi ki, biz Qubadlı rayonunun bütün kəndlərini yenidən quracağıq. Qu­badlı şəhərinin baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim olunacaq. O cümlədən, Qubadlı ictimaiyyətinə təqdim olunacaqdır. Əlbəttə ki, bu baş plan ən müa­sir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda, artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır.

Qubadlıda turizmin inkişafı üçün kifayət qədər tarixi-mədəni obyekt var. XIX əsrə aid olan məşhur Hacı Bədəl körpüsü, 1867-ci ildə Bərgüşad çayının üzərində altı oval, üstü düz bir for­mada inşa edilən Laləzar körpüsü, Məmər kəndində ХVIII əsrə aid ta­rixi məscid, Dondarlı və Dəmirçilər kəndlərindəki məscidlər, Azərbaycanın səkkizguşəli türbələri arasında unikal formaya malik Gürcülü türbəsi, Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşhədi Allahverdi bulağı kimi müalicəvi bulaqları, VI və VII əsrlərə aid al­ban abidələri, Qubadlının simvolu hesab edilən qoç heykəllər və qəbir daşları, V əsrə aid Göy qala, Qalalı kimi qədim tikililər mövcud­dur. Baxmayaraq ki, onların böyük bir qismi ermənilər tərəfindən dağıdılıb, tezliklə bərpa edilib, istifadəyə veriləcək.

XIX əsrə aid Hacı Bədəl kör­püsü Dəmirçilər kəndində yerləşir. Yaz aylarında Ağa çayının güclü axınının körpünü dağıtmaması üçün tikili tağbənd formasında inşa edilib. Körpünün inşasında tuf daşdan (xüsusi bəzək vurmaq­la), əhəng və yumurta sarısından istifadə olunub.

Məmər kəndindəki XVIII əsrə aid edilən tarixi memarlıq abidəsi sovet dövründə anbara çevrilsə də, Azərbaycanın müstəqilliyinin ilk illərində bərpa edilərək əhalinin ibadəti üçün istifadəyə verilib.

XVIII əsrin memarlıq abidəsi olan Gürcülü türbəsi Qubadlı rayonunun memarlıq incilərindən sayılır. Bir sıra xüsusiyyətlərinə görə Azərbaycanın səkkizguşəli türbələri arasında unikallığı ilə diqqəti cəlb edir.

Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşədi Allahverdi bulağı insanların da çox ziyarət etdiyi yerlərdəndir. Məsələn, Sarıbula­ğın suyundan sarılıq xəstəliyinin müalicəsində istifadə olunur.

Qubadlının çox guşələri yaşıl tu­rizm üçün əhəmiyyətlidir. Bərgüşad çayı boyunca Gorus rayonuna qədər kəndlərimiz meşəlik zonada yerləşir. Seytas, Qayalı, Qədili, Təmir Müskanlı, Eyvazlı kəndlərinin əsrarəngiz mənzərələri var. Kənd yaşıl turizm həvəskarlarının bu yerlərə səyahətini təşkil etmək çox faydalı olacaq.

Qubadlıda meşə zonalarının, çayların mövcudluğu çadır turiz­minin inkişafına da imkan yara­dacaq. Eyni zamanda, burada to­xunan xalçaları, ipək məhsullarını da turistlərə hədiyyə etməklə onlarda rayon haqqında təsəvvürü genişləndirmək mümkündür.

İnanırıq ki, dövlət başçımı­zın turizmə göstərdiyi qayğı nəticəsində Qubadlıda da turizm sahəsi inkişaf edəcək, bu rayon turistlərin ən çox səyahət etdiyi bölgələrdən birinə çevriləcək.

Eldəniz SƏFƏROV,

“Qlobus” Turizm Şirkətinin baş direktoru

Davamına bax
Advertisement
CƏMİYYƏT3 dəqiqə

Bakıya gələn avtobuslarda karantin qaydalarını pozan 40 nəfər cərimələnib

ELM VƏ TƏHSİL6 dəqiqə

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 775 nəfər qeydiyyatdan keçib

CƏMİYYƏT4 saat

Dekabr ayının hava proqnozu açıqlanıb

ELM VƏ TƏHSİL4 saat

Məktəb inspektoru üzrə müraciətlərin qəbulu davam edir

CƏMİYYƏT4 saat

Şamaxıda restoran sahibi barəsində cinayət işi başlanıb

CƏMİYYƏT4 saat

DYP işçi qəbulu elan edib

CƏMİYYƏT4 saat

DİN: Ötən gün toylarda 9 nəfər cərimələnib

CƏMİYYƏT5 saat

Ceyhun Bayramov İsveç Krallığına səfər edib

İQTİSADİYYAT5 saat

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb

CƏMİYYƏT5 saat

AMB-nin valyuta məzənnələri

CƏMİYYƏT5 saat

Laçın rayonunda hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib

CƏMİYYƏT5 saat

DİN: Ötən gün axtarışda olan 67 nəfər saxlanılıb

CƏMİYYƏT5 saat

DİN: 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb

CƏMİYYƏT5 saat

Laçının işğaldan azad edilməsinin ildönümüdür

CƏMİYYƏT14 saat

BÜRCLƏR – 1 DEKABR

CƏMİYYƏT23 saat

Sabahın HAVA PROQNOZU

SƏHİYYƏ23 saat

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

CƏMİYYƏT23 saat

Azərbaycanda son sutkada 1678 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib

CƏMİYYƏT23 saat

DSX helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin adlarını açıqlayıb – SİYAHI

CƏMİYYƏT23 saat

DSX: Qəza nətcəsində 14 nəfər ölüb, 2 nəfər yaralanıb

CƏMİYYƏT24 saat

ETSN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib

CƏMİYYƏT24 saat

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib – VİDEO

SİYASƏT1 gün

Türkiyə XİN Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib

BALAKƏN1 gün

Zaqatala və Balakəndə qaz təchizatı dayandırılacaq

CƏMİYYƏT1 gün

DSX-nin hərbi helikopteri Xızıda qəzaya uğrayıb, həlak olanlar və yaralananlar var

CƏMİYYƏT1 gün

Azərbaycan qətl və adam oğurluğunda təqsirləndirilən İran vətəndaşını İnterpol xətti ilə axtarışa verib

HƏRBİ1 gün

Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib – VİDEO

ANA SƏHİFƏ1 gün

“Azəriqaz”ın rəhbərliyi Lənkəranda sahibkarlarla görüşəcək

CƏMİYYƏT1 gün

Prokurorluğa işə qəbul müsabiqəsinin yazılı imtahan mərhələsi yekunlaşıb

CƏMİYYƏT1 gün

Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanıb

CƏMİYYƏT3 gün

Qaxda qadın əri tərəfindən bıçaqlanıb

CƏMİYYƏT6 gün

Azərbaycanlı bloger onu pulsuz aparan taksi sürücüsünə maşın hədiyyə etdi – VİDEO

CƏMİYYƏT4 gün

Oğuzda maşın ağaca çırpılıb, sürücü ölüb – FOTOLAR

HƏRBİ1 həftə

Azərbaycan Ordusunun generalı vəfat edib

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 17.11.2021

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 19.11.2021

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 22.11.2021

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 18.11.2021

CƏMİYYƏT1 həftə

Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum saxlanılıb

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 21.11.2021

CƏMİYYƏT4 gün

Zaqatalada vətəndaşların 90 min manatını mənimsəyən qadın saxlanılıb

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 20.11.2021

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 23.11.2021

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 30.11.2021

CƏMİYYƏT5 gün

BÜRCLƏR – 26.11.2021

SİYASƏT1 həftə

Azərbaycanda xidmətdə olan general-polkovniklər – SİYAHI

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 24.11.2021

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 29.11.2021

CƏMİYYƏT4 gün

BÜRCLƏR – 28.11.2021

CƏMİYYƏT1 həftə

Qaxda 64 yaşlı kişi intihar edib

CƏMİYYƏT6 gün

BÜRCLƏR – 25.11.2021

CƏMİYYƏT2 həftə

Qəbələdə qırqovul ovlayan şəxs saxlanılıb

CƏMİYYƏT1 həftə

Zaqatalada bələdiyyə sədrinə cinayət işi açılıb

CƏMİYYƏT3 gün

Qaxda bir nəfər yol qəzası zamanı xəsarət alıb

ELM VƏ TƏHSİL1 həftə

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

CƏMİYYƏT2 həftə

Qaxda evdə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb

HƏRBİ2 həftə

MN: Ermənistanla sərhəddə döyüşlərdə Azərbaycanın 7 hərbçisi şəhid olub, 10 hərbçisi yaralanıb

HƏRBİ2 həftə

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri – VİDEO

CƏMİYYƏT3 gün

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb

CƏMİYYƏT4 gün

Zaqatalada 64 yaşlı kişi intihar edib

CƏMİYYƏT24 saat

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib – VİDEO

HƏRBİ1 gün

Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib – VİDEO

İQTİSADİYYAT1 gün

Yardımlı, Astara və Lerikin elektrik şəbəkələri yenilənir – VİDEO

CƏMİYYƏT1 gün

Kəlbəcərin Qılınclı kəndi – VİDEO

CƏMİYYƏT2 gün

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstibulaq kəndindən videogörüntülər paylaşıb – VİDEO

HƏRBİ3 gün

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

CƏMİYYƏT4 gün

Füzulinin Qoçəhmədli kəndi – VİDEO

CƏMİYYƏT5 gün

Narkotik satışına görə daha 28 nəfər tutulub, 47 kiloqram narkotik götürülüb – VİDEO

HƏRBİ5 gün

Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub – VİDEO

CƏMİYYƏT5 gün

Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb – VİDEO

CƏMİYYƏT6 gün

FHN Kürdəmir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

CƏMİYYƏT7 gün

Ağdamın İlxıçılar kəndi – VİDEO

CƏMİYYƏT1 həftə

Kəlbəcərin Yellicə kəndi – VİDEO

CƏMİYYƏT1 həftə

Məşhur cizgi filminin yeni versiyasının ilk treyleri yayımlandı – VİDEO

HƏRBİ1 həftə

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO

CƏMİYYƏT1 həftə

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib – VİDEO

HƏRBİ2 həftə

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri – VİDEO

SİYASƏT2 həftə

“Caliber” Ermənistanda məxməri nasizmin çiçəklənməsinin tarixçəsi barədə – VİDEO

CƏMİYYƏT2 həftə

FHN: Şəmkirdə körpüdən asılı qalan avtomobildəki sürücü xilas edilib – VİDEO

HƏRBİ2 həftə

“Caliber” sərhəd döyüşlərinin yekunları barədə… – VİDEO

CƏMİYYƏT2 həftə

AAYDA: Basqal-Sulut avtomobil yolunun inşası rahat gediş-gəlişi təmin edib – VİDEO

HƏRBİ3 həftə

Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub – VİDEO

CƏMİYYƏT4 həftə

Kəlbəcərin Göydərə kəndi – VİDEO

CƏMİYYƏT2 ay

Ermənistan üzərindən ilk uçuş: “Xəbərim yox idi…” – VİDEO

MANŞET2 ay

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır – VİDEO

FOTOQRAFİYA2 ay

Sənət ölür, basdıranı yoxdur… – VİDEO

HƏRBİ2 ay

“Üç qardaş – 2021” beynəlxalq təliminin təntənəli bağlanış mərasimi keçirilib – VİDEO

CƏMİYYƏT2 ay

Övladlarının guya sağ olduğunu deyərək şəhid ailəsini aldadan şəxslər saxlanılıb – VİDEO

FOTOQRAFİYA2 ay

Ekspozisiya nə deməkdir? Fotoqrafiya dərsləri – VİDEO

FOTOQRAFİYA3 ay

Sizi Kəlbəcərə aparıram! – VİDEO




Trend