Bizə qoşulun

MANŞET

Nizami Gəncəvi üçün milliyyətin, dinin, irqin heç bir fərqi yoxdur – MÜSAHİBƏ

2021-ci il Prezident İlham Əliyevin sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunub. Bu, həm Nizami Gəncəvi yaradıcılığına dövlətin xüsusi yanaşması, həm də bu sahədə olan tədqiqatların artması üçün atılmış addım idi. Xüsusilə, gənclər bu addımı nəzərə alaraq Nizami yaradıcılığında yeniliklərə imza ata bilərlər. Bununla bağlı, Şəki Regional Mədəniyyət İdarəsinin  məsləhətçisi Elvin Qarayev  ilə “Nizami İli”nin elan edilməsinin gənc nəslə milli – mənəvi dəyərlərin təbliğində təsiri, eləcə də Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın dünyaya bəxş etdiyi  mədəni sərvəti  haqqında danışdıq.

   Elvin müəllim, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsinin əhəmiyyətli hadisədir. Mədəniyyət işçisi  kimi bu barədə fikirləriniz nədən ibarətdir?

-Bildiyimiz kimi, Nizami Gəncəvinin 880 illik yubileyi bu ilə təsadüf edir. Məhz bu əlamətdar tarixlə bağlı olaraq möhtərəm Prezidentimiz İlham Əliyev 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması haqqında sərəncam imzaladı. Sərəncam   tarixi əhəmiyyətə malikdir. Hal-hazırda daim tədqiqat obyekti olan Nizami Gəncəvi yaradıcılığının istiqamətlərində yenidən tədqiq və təhlillər aparılır.Deyə bilərəm ki,   Nizami Gəncəvi nəinki Azərbaycan xalqına, ümumən bəşəriyyətin mədəniyyət xəzinəsinə öz töhfəsini vermiş mütəfəkkirdir.

   Nizami yaradıcılığının  mədəniyyətimizə təsiri haqqında nə deyə biləriniz?

-Nizami Gəncəvi bu gün də bir müasirimiz kimi ədəbiyyat və mədəniyyətimizə öndərlik edir, yüzilləri keçib gələn ölməz ideyaları ilə yolumuza işıq salır. Şairin yaradıcılığından bəhrələrək  bəstəkarlarımız XX əsrdə dəyərli əsərlərni mədəniyyətimizə bəxş etmişlər. Onun sözlərinə xor-poemalar, qarışıq xor ilə fortepiano üçün əsərlər, solist, xor və simfonik orkestr üçün poemalar, səs və kamera orkestri üçün lirik mahnılar yazılmışdır. Onlarla yanaşı, Nizami Gəncəvi qəzəllərinə çoxlu sayda mahnı və romanslar da bəstələnib.

Səadət Abdullayeva yazır ki, “Üzeyir Hacıbəyovun “Sənsiz” və “Sevgili canan” əsərləri ilə Azərbaycan milli musiqisində yeni — “musiqili qəzəl” və ya “qəzəl-romans” janrının əsası qoyulub. Maraqlıdır ki, şairin qəzəlləri onlara musiqi qoşulandan sonra daha çox populyar olub.

Həmçinin qeyd etmək yerinə düşər ki, 1939-cu ildə bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən yazılmış, şair Nizami Gəncəvinin həyatından bəhs edən tarixi operanın musiqisi və librettosu Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının süjet və motivləri əsasında Əfrasiyab Bədəlbəyli tərəfindən qələmə alınmışdır. Operanın premyerası 12 dekabr 1948-ci il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur.Həmçinin  Qara Qarayev tərəfindən  dahi şairin eyni adlı əsəri əsasında yazılan “Yeddi gözəl” baleti 1949-1952-ci illərdə bəstələnmişdir. Maestro Niyazinin şairin eyniadlı əsəri əsasında 1942-ci ildə yazdığı “Xosrov və Şirin” operası da Nizami Gəncəviyə verilən dəyərlərdən biri idi.

   Nizami Gəncəvi yaradıcılığına önəm verilməsi  hər zaman dövlətin qayğılarından sayılıb. Bu istiqamətdə aparılan işləri necə qiymətləndirirsiniz?

–  Əlbəttə, milli-mənəvi dəyərlərimizə göstərilən qayğı tarix boyu  dövlət siyasətimizin başlıca prinsiplərindən olub. Hələ Azərbaycan SSR-nin zamanında 1979-cu ildə Ümummilli liderimiz Heydər Əliyevin  “Azərbaycanın böyük şairi və  mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” imzaladığı qərarı bu günlərədək dahi şairlə bağlı aparılmış işlərin  əsasını təşkil edir.

Hesab edirəm ki, “Nizami Gəncəvi ili” ilə bağlı istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda təşkil olunacaq tədbirlərin şairin yaradıcılığının dünyaya yenidən tanıdılmasında müstəsna təsiri olacaq. Ali baş komandan cənab İlham Əlieyvin bu ili “Nizami Gəncəvi ili” elan etməsi təkcə Nizami yaradıcılığına deyil, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, tarixi keçmişinə dövlət tərəfindən verilən dəyərin təzahürüdür.
  Dahi mütəfəkkirin  yaradıcılığının  dünya ədəbiyyatına və mədəniyyətinə təsirini necə izah edə bilərsiniz?

Düşünürəm ki, Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə filosof-şair Nizaminin yaradıcılığının və dünyada yenidən tanıdılması sahəsində mühüm addımların atılmasına şərait yaradıb.

Nizami Gəncəvi milliyyətcə azərbaycanlı olsa da, düşüncə və təfəkkürü baxımından bütün bəşəriyyətin şairidir. İstər Şərq, istərsə də Qərb dünyasında Nizami Gəncəvi yaradıcılığından mədəniyyət və ədəbiyyatın müxtəlif sahələrində bəhrələniblər.  Nizami sənəti Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir edib. Şərq miniatür sənətində tarix boyu rəssamların, nəqqaşların ən çox müraciət etdiyi süjetlər məhz Nizami “Xəmsə”sindən götürülən süjetlərdir. Şairin xatirəsinə hörmət əlaməti kimi dünyanın bir çox ölkələrində heykəl və büstləri qoyulub, əsərləri bir sıra dillərə tərcümə olunub.

Ümumiyyətlə, Nizami Gəncəvi üçün milliyyətin, dinin, irqin heç bir fərqi yoxdur. Humanist şair bütün xalqlara eyni məhəbbət və hörmətlə yanaşıb. “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarında fars, yunan, ərəb, hind, slavyan xalqlarından məhəbbətlə danışması buna əyani sübutdur.

Bir faktı qeyd etmək istəyirəm ki. 20 Aprel 2012-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı olub. Abidənin açılışında Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini çıxış edərək Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirib və Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb. Professor bildirmişdir ki, dahi Nizami Gəncəvinin yaradıcılığı Azərbaycan xalqına xidmət etməklə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır. “Nizamini İtaliyada da yaxşı tanıyırlar”, – deyən alim xalqımızın dahi oğlunun əsərlərinin italyan dilinə tərcümə edildiyini və sevildiyini, onun bütün yaradıcılığının bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Təsadüfi deyil ki, Nizami Gəncəvinin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən “Nizami Gəncəvi İli” elan olunub, şairin yubiley təntənələri beynəlxalq səviyyədə qeyd olunub.2012-ci ildə isə  YUNESKO-nun sabiq baş direktoru İrina Bokova dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə bəyanat vermişdi. Bəyanatda deyilirdi ki, Nizami yaradıcılığı bəşəriyyətin müxtəlifliyini, bilik və kamillik yolu ilə zamanın axarını dəyişməyə çalışmasını təbliğ edir, ləyaqətli, ədalətli və ahəngdar bir cəmiyyətə səsləyir. Onun əsərləri mədəniyyətin xalqlar arasında körpü salmasını və ictimai şüuru təcəssüm etdirir.

 Dünya ədəbiyyatında Azərbaycanın klassik ədəbiyyatının görkəmli nümayəndəsi Nizaminin türkçülüklə bağlı görüşləri haqqında nə deyə bilərisz?

-Nizami Gəncəvi ədəbiyyatımızın milli  və mənəvi kimliyidir. Türk olmağı ilə hər zaman fəxr edən şair yaradıcılığı boyu  türkləri yüksək qiymətləndirib. Əsərlərinə nəzər salsaq görərik ki, böyük fateh İsgəndəri Bərdəyə “gətirdən” şairin onu türk qadın hökmdarı Nüşabənin yanında çıxılmaz vəziyyətə salması, qadın hökmdarın ağlı, cəsarəti qarşısında heyran qoyması, yaxud “Sultan Səncər və qarı” hekayəsində Sultan Səncərin ədalətsizliyini türklərin ədaləti ilə qarşılaşdıraraq “sən ki hindli quldursan, türk olmağın yalandır” kimi fikri şairin bütün dünyaya türk olduğunu sübut edən mesajıdır. Düşünürəm ki, Prezidentimizin bu sərəncamı həmçinin Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bir daha təsdiq edən sənəd kimi şanlı tariximizdə qalacaq.

 

Nizami Gəncəvinin dünya ədəbiyyatında yeri necə müəyyənləşir?

– Nizami Gəncəvimilliyyətcə azərbaycanlı olsa da, düşüncə və təfəkkürü baxımından bütün bəşəriyyətin şairidir. İstər Şərq, istərsə də Qərb dünyasında Nizami Gəncəvi yaradıcılığından mədəniyyət və ədəbiyyatın müxtəlif sahələrində bəhrələniblər.  Nizami Gəncəvi sənəti Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir edib. Şərq miniatür sənətində tarix boyu rəssamların, nəqqaşların ən çox müraciət etdiyi süjetlər məhz Nizami “Xəmsə”sindən götürülən süjetlərdir. Şairin xatirəsinə hörmət əlaməti kimi dünyanın bir çox ölkələrində heykəl və büstləri qoyulub, əsərləri bir sıra dillərə tərcümə olunub. 20 Aprel 2012-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı olub. Abidənin açılışında Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini çıxış edərək Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirib və Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairinin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb. Bundan başqa Özbəkistanın Daşkənd şəhərində, Rusiyanın Moskva, Sankt-Peterburq, Çeboksarı şəhərlərində, Moldova və Çinin paytaxtında şairin abidəsi ucaldılmışdır.  Akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının nəşr olunması tarixi əhəmiyyətli tədqiqat əsərlərindəndir.

Hesab edirəm ki, “Nizami Gəncəvi ili” Nizami Gəncəvi kimi dünya miqyaslı söz ustadının yenidən xatırlanması, tanıdılması sahəsində ədəbiyyat və mədəniyyət xadimlərinin gördüyü uğurlu işlərlə yadda qalacaqdır.

 

Müsahibə üçün təşəkkür edirik.

Tərlan YUSİF

ShekiMedia.az

 

Davamına bax
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

Bakıya gələn avtobuslarda karantin qaydalarını pozan 40 nəfər cərimələnib

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq Baş İdarə və İdarələrinin əməkdaşları tərəfindən bölgələrdən, habelə Sumqayıt şəhər və Abşeron rayonunun kənd və qəsəbələrindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında reydlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün keçirilən tədbirlər zamanı paytaxt istiqamətində hərəkət edən 40-dan artıq sürücü və sərnişin sanitar-karantin rejiminə əməl etmədiyi üçün barələrində inzibati tədbir görülüb və onlar cərimə ediliblər.

Qeyd edək ki, avtobuslarda yalnız polis əməkdaşını görən zaman tənəffüs yollarını qoruyan maskalardan istifadə edən bununla da virusun yayılmasına şərait yaradan sürücü və sərnişinlərin aşkar edilməsi üçün tədbirə mülki geyimli əməkdaşlar da cəlb olunub.

Bir daha vətəndaşları qayda və tələblərə əməl etməyə çağırır və bildirirk ki, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Davamına bax

CƏMİYYƏT

Dekabr ayının hava proqnozu açıqlanıb

Dekabr ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, son 20 ilin dekabr ayında olan hava şəraiti təhlil edilib. Bütün meteoroloji: “Belə halları son 10 ildə də müşahidə etmək olar. Misal üçün, 2012-ci ildə havanın orta temperaturu iqlim normasından aşağı, növbəti 2013-cü ildə yüksək, 2015-də yenidən mülayim isti, 2016-cı il isə həmişəkindən soyuq, hətta Bakı üçün nadir hadisə kimi havanın temperaturu 4.2° şaxta olub. Ardınca 2017, 2018, 2019-cu illər müsbət anomaliya ilə fərqlənib. Keçən il isə havanın temperaturu iqlim normasından aşağı olub”.

U. tağıyevanın sözlərinə görə, daha uzunsıralı dövrlərin təhlili göstərir ki, 1961-1990-cı illərlə müqayisədə 2002-ci ili nəzərə almasaq, son onilliklərdə dekabr ayında orta temperatur artıb və şaxtalı günlərin sayı azalıb: “2019-cu il dekabrın 2-də şimal-qərb küləyinin maksimal sürəti Sumqayıtda 40 m/s, Bakıda 38 m/s-ə çatıb. Dunyada son illərin meteoroloji tədqiqatları göstərir ki, ildən-ilə qış aylarında soyuq günlərin sayı azalır, normadan yüksək isti günlərin sayı isə artır. Ölkəmizdə də şaxtalı, qarlı günlərin sayı azalaraq, qışın daha mülayim keçməsi müşahidə olunur. Lakin iqlim dəyişmələri nəticəsində atmosfer sirkulyasiyasında baş verən transformasiyalar fəsildən asılı olmayaraq qısamüddəti və ya daha davamlı kəskin hava-iqlim anomaliyaları ilə özünü biruzə verir.

Məsələn, bütün çoxillik müşahidələrə görə Bakıda ən çox sutkalıq cəm yağıntı 2002-cı il dekabrın 10-da gündüz və 11-nə keçən gecə müşahidə olunub, sutka ərzində rekord miqdarda 48 mm yağıntı (qar) düşüb. Dekabrın 11-də səhər Bakıda və Abşeronun qərbində qar örtüyünün hündürlüyü 50 sm olub. Ən çox aylıq yağıntı da 2002-ci ilin dekabrında müşahidə olunub, ay ərzində 183.9 mm yağıntı düşüb ki, bu da aylıq normadan 5.7 dəfə çoxdur.

Adətən bu kimi prosesləri aylıq proqnozlarda nəzərə almaq mümkün olmadığı üçün, dünya təcrübəsinə əsaslanaraq uzunmüddətli proqnozlarda yalnız gözlənilən temperatur və yağıntı iqlim norması ilə müqayisəli şəkildə təqdim edilir”.

U. tağıyeva bildirib ki, bu ilin dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

Davamına bax

CƏMİYYƏT

Laçının işğaldan azad edilməsinin ildönümüdür

Laçının işğaldan azad edilməsindən 1 il ötür.

Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatıb.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb.

Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Lakin bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər – 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törədib, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb.

Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”, – deyə dövlət başçısı bəyan edib.

Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Laçının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Ermənistan işğal müddətində Laçın şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.

Davamına bax
Advertisement
ANA SƏHİFƏ40 dəqiqə

Hakimliyə namizədlər üçün imtahan keçirilib

HƏRBİ42 dəqiqə

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının əsas istiqamətləri müzakirə edilib

CƏMİYYƏT59 dəqiqə

Bakıya gələn avtobuslarda karantin qaydalarını pozan 40 nəfər cərimələnib

ELM VƏ TƏHSİL1 saat

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 775 nəfər qeydiyyatdan keçib

CƏMİYYƏT5 saat

Dekabr ayının hava proqnozu açıqlanıb

ELM VƏ TƏHSİL5 saat

Məktəb inspektoru üzrə müraciətlərin qəbulu davam edir

CƏMİYYƏT5 saat

Şamaxıda restoran sahibi barəsində cinayət işi başlanıb

CƏMİYYƏT5 saat

DYP işçi qəbulu elan edib

CƏMİYYƏT5 saat

DİN: Ötən gün toylarda 9 nəfər cərimələnib

CƏMİYYƏT5 saat

Ceyhun Bayramov İsveç Krallığına səfər edib

İQTİSADİYYAT6 saat

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb

CƏMİYYƏT6 saat

AMB-nin valyuta məzənnələri

CƏMİYYƏT6 saat

Laçın rayonunda hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib

CƏMİYYƏT6 saat

DİN: Ötən gün axtarışda olan 67 nəfər saxlanılıb

CƏMİYYƏT6 saat

DİN: 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb

CƏMİYYƏT6 saat

Laçının işğaldan azad edilməsinin ildönümüdür

CƏMİYYƏT15 saat

BÜRCLƏR – 1 DEKABR

CƏMİYYƏT24 saat

Sabahın HAVA PROQNOZU

SƏHİYYƏ24 saat

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

CƏMİYYƏT24 saat

Azərbaycanda son sutkada 1678 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib

CƏMİYYƏT1 gün

DSX helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin adlarını açıqlayıb – SİYAHI

CƏMİYYƏT1 gün

DSX: Qəza nətcəsində 14 nəfər ölüb, 2 nəfər yaralanıb

CƏMİYYƏT1 gün

ETSN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib

CƏMİYYƏT1 gün

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib – VİDEO

SİYASƏT1 gün

Türkiyə XİN Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib

BALAKƏN1 gün

Zaqatala və Balakəndə qaz təchizatı dayandırılacaq

CƏMİYYƏT1 gün

DSX-nin hərbi helikopteri Xızıda qəzaya uğrayıb, həlak olanlar və yaralananlar var

CƏMİYYƏT1 gün

Azərbaycan qətl və adam oğurluğunda təqsirləndirilən İran vətəndaşını İnterpol xətti ilə axtarışa verib

HƏRBİ1 gün

Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib – VİDEO

ANA SƏHİFƏ1 gün

“Azəriqaz”ın rəhbərliyi Lənkəranda sahibkarlarla görüşəcək

CƏMİYYƏT3 gün

Qaxda qadın əri tərəfindən bıçaqlanıb

CƏMİYYƏT6 gün

Azərbaycanlı bloger onu pulsuz aparan taksi sürücüsünə maşın hədiyyə etdi – VİDEO

CƏMİYYƏT4 gün

Oğuzda maşın ağaca çırpılıb, sürücü ölüb – FOTOLAR

HƏRBİ1 həftə

Azərbaycan Ordusunun generalı vəfat edib

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 17.11.2021

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 19.11.2021

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 22.11.2021

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 18.11.2021

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 21.11.2021

CƏMİYYƏT1 həftə

Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum saxlanılıb

CƏMİYYƏT4 gün

Zaqatalada vətəndaşların 90 min manatını mənimsəyən qadın saxlanılıb

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 20.11.2021

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 23.11.2021

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 30.11.2021

CƏMİYYƏT5 gün

BÜRCLƏR – 26.11.2021

SİYASƏT1 həftə

Azərbaycanda xidmətdə olan general-polkovniklər – SİYAHI

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 24.11.2021

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 29.11.2021

CƏMİYYƏT4 gün

BÜRCLƏR – 28.11.2021

CƏMİYYƏT1 həftə

Qaxda 64 yaşlı kişi intihar edib

CƏMİYYƏT6 gün

BÜRCLƏR – 25.11.2021

CƏMİYYƏT2 həftə

Qəbələdə qırqovul ovlayan şəxs saxlanılıb

CƏMİYYƏT1 həftə

Zaqatalada bələdiyyə sədrinə cinayət işi açılıb

CƏMİYYƏT3 gün

Qaxda bir nəfər yol qəzası zamanı xəsarət alıb

ELM VƏ TƏHSİL1 həftə

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

CƏMİYYƏT2 həftə

Qaxda evdə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb

HƏRBİ2 həftə

MN: Ermənistanla sərhəddə döyüşlərdə Azərbaycanın 7 hərbçisi şəhid olub, 10 hərbçisi yaralanıb

HƏRBİ2 həftə

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri – VİDEO

CƏMİYYƏT3 gün

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb

CƏMİYYƏT4 gün

Zaqatalada 64 yaşlı kişi intihar edib

CƏMİYYƏT1 gün

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib – VİDEO

HƏRBİ1 gün

Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib – VİDEO

İQTİSADİYYAT1 gün

Yardımlı, Astara və Lerikin elektrik şəbəkələri yenilənir – VİDEO

CƏMİYYƏT1 gün

Kəlbəcərin Qılınclı kəndi – VİDEO

CƏMİYYƏT2 gün

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstibulaq kəndindən videogörüntülər paylaşıb – VİDEO

HƏRBİ3 gün

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

CƏMİYYƏT4 gün

Füzulinin Qoçəhmədli kəndi – VİDEO

CƏMİYYƏT5 gün

Narkotik satışına görə daha 28 nəfər tutulub, 47 kiloqram narkotik götürülüb – VİDEO

HƏRBİ5 gün

Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub – VİDEO

CƏMİYYƏT5 gün

Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb – VİDEO

CƏMİYYƏT6 gün

FHN Kürdəmir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

CƏMİYYƏT1 həftə

Ağdamın İlxıçılar kəndi – VİDEO

CƏMİYYƏT1 həftə

Kəlbəcərin Yellicə kəndi – VİDEO

CƏMİYYƏT1 həftə

Məşhur cizgi filminin yeni versiyasının ilk treyleri yayımlandı – VİDEO

HƏRBİ1 həftə

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO

CƏMİYYƏT1 həftə

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib – VİDEO

HƏRBİ2 həftə

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri – VİDEO

SİYASƏT2 həftə

“Caliber” Ermənistanda məxməri nasizmin çiçəklənməsinin tarixçəsi barədə – VİDEO

CƏMİYYƏT2 həftə

FHN: Şəmkirdə körpüdən asılı qalan avtomobildəki sürücü xilas edilib – VİDEO

HƏRBİ2 həftə

“Caliber” sərhəd döyüşlərinin yekunları barədə… – VİDEO

CƏMİYYƏT2 həftə

AAYDA: Basqal-Sulut avtomobil yolunun inşası rahat gediş-gəlişi təmin edib – VİDEO

HƏRBİ3 həftə

Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub – VİDEO

CƏMİYYƏT4 həftə

Kəlbəcərin Göydərə kəndi – VİDEO

CƏMİYYƏT2 ay

Ermənistan üzərindən ilk uçuş: “Xəbərim yox idi…” – VİDEO

MANŞET2 ay

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır – VİDEO

FOTOQRAFİYA2 ay

Sənət ölür, basdıranı yoxdur… – VİDEO

HƏRBİ2 ay

“Üç qardaş – 2021” beynəlxalq təliminin təntənəli bağlanış mərasimi keçirilib – VİDEO

CƏMİYYƏT2 ay

Övladlarının guya sağ olduğunu deyərək şəhid ailəsini aldadan şəxslər saxlanılıb – VİDEO

FOTOQRAFİYA2 ay

Ekspozisiya nə deməkdir? Fotoqrafiya dərsləri – VİDEO

FOTOQRAFİYA3 ay

Sizi Kəlbəcərə aparıram! – VİDEO




Trend