RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Avropa Olimpiya Komitələrinin prezidenti və Yunanıstan Olimpiya Komitəsinin Prezidenti Spiros Kapralosu qəbul edib.
Dövlət başçısı ilk növbədə Spiros Kapralosu Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb, Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirakına görə minnətdarlığını bildirib.
Birinci Avropa Oyunlarını məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu mötəbər tədbirin önəmini vurğulayıb, oyunların təşkilində Spiros Kapralosun rolunu yüksək qiymətləndirib.
Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq ilk növbədə Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan Spiros Kapralos bu beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkil olunduğunu və bu işdə dövlət başçısının rolunu xüsusi qeyd edib. O bildirib ki, ölkəmizin bu tədbirə layiqincə ev sahibliyi etməsi Avropa Olimpiya ailəsində həmrəyliyə böyük töhfə verib. Spiros Kapralos ötən dövr ərzində Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə qazandıqları böyük uğurları məmnunluqla vurğulayıb.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycanla Avropa Olimpiya Komitələri arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Spiros Kapralos dövlət başçısına Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə xatirəsi hədiyyəsi təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
Digər xəbərlərə də bax
MANŞET
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında 12 ölkə və təşkilat lideri ilə görüşüb.
Bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib.
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev cibutili həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd edilib:
“Hörmətli cənab Prezident,
Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan-Cibuti dostluq əlaqələri xoş ənənələrə əsaslanır. Bu gün ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişafı üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək xalqlarımızın mənafeləri naminə dövlətlərarası münasibətlərimizin genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.