Bizə qoşulun

HƏRBİ

Ruslar Qarabağ müharibəsinə aid yeni grüntülər yayıb – FOTOLAR

Rusiya mediası 44 günlük Qarabağ müharibəsində Ermənistanın təkcə bir döyüşdə itirdiyi hərbi texnikalarla bağlı peykdən çəkilmiş görüntüləri yayıb.

ShekiMedia.az milli.az-a istinadən xəbər verir ki, həmin görüntülərdə xeyli sayda hərbi texnikanın məhv edildiyi diqqəti çəkir.

Məlumatda deyilir ki, mövcud görüntülər Füzuli istiqamətində gedən döyüşlərdə çəkilib. Və yalnız bir döyüş səhnəsini əhatə edir. Belə ki, həyata keçirilən hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun 50 hərbi texnikasının məhv edilidiyi görüntülərdə əks olunub.

Rusiya mediası yazır ki, Füzuli istiqamətində cəmləşmiş erməni ordusu Azərbaycanın hücumları qarşısında dayana bilməyib. Elə bu səbəbdən də qısa zamanda 50 hərbi texnikası məhv edilib. Azərbaycan tərəfi erməni hərbi texnikalarını İsrail istehsalı olan “Spike NLOS” raket kompleklsi vasitəsi ilə məhv edib:

“Təqdim olunan peyk görüntülərində erməni ordusunun hansı böyük itkilər verdiyini aydın görmək olar. Həmçinin digər mənbələr də təsdiq edirlər ki, həmin görüntülərin əks etdirdiyi döyüş cəmi bir saat çəkib. Nəticədə, ermənilərin nəinki bütün hərbi texnikası, həmçinin həmin döyüşdə iştirak edən canlı qüvvəsi də tamamilə məhv edilib”.

“Armenian Military Portal” isə bu döyüşlərin konkret olaraq harada baş verdiyini dəqiqləşdirib. “Telegram” kanalı da təsdiq edir ki, 44 günlük müharibədə ən dəhşətli döyüşlər Füzuli istiqamətində olub:

“Həmin peyk görüntüləri təkcə bir döyüşdəndir. Bu döyüş Nüzgar kəndi yaxınlığında baş verib. Orada 50-yə yaxın hərbi texnikanın vurulduğu aydın görünür. Ermənilər bu döyüşdə bütün qüvvələrini atıb qaçıblar”.

Sözügedən “Telegram” kanalı daha sonra bildirir ki, “Spike NLOS” raket kompleksləri müharibədə Ermənistan ordsusunun darmadağın edilməsində həlledici rol oynayıb:

“Məhz bu raket kompleksləri sayəsində Ermənistan ordusunun çoxlu sayda hərbi texnikası və Havadan Müdafiə Sistemləri məhv edilib”.

Davamına bax
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

HƏRBİ

Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin abidəsi önünə əklil qoyularaq xatirələri hörmət və ehtiramla anılıb.
Müdafiə naziri beretlərin təqdim edilmə mərasiminə dəvət olunan Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri və istəkləri ilə maraqlanıb.
Sonra şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.

Mərasimin açılışında ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

“Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirənlərə beretlər təqdim olunduqdan sonra şəxsi heyət “Komando andı”-nı qəbul edib.

Mərasimdə çıxış edən Müdafiə naziri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının əhəmiyyətini xüsusi vurğulayaraq şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb. Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirdiyini bildirib.

Komandolar üçün hazırlanmış xüsusi idman şəhərciyi ilə tanış olan Müdafiə naziri əməliyyat qruplarının fiziki hazırlıq üzrə nümunəvi çıxışlarını izləyib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.

Davamına bax

HƏRBİ

Media nümayəndələrinin Kəlbəcər rayonuna səfəri təşkil edilib – FOTOLAR

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Kəlbəcər rayonuna mediatur təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mediatur zamanı ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulardan müsahibələr götürülüb. Müsahibələrdə hərbi qulluqçularımız Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, döyüşlərdəki xatirələrindən danışıblar.

Kütləvi informasiya vasitələrinin nümayəndələri Kəlbəcər rayonunda döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə də tanış olublar. Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

Davamına bax

HƏRBİ

Müdafiə naziri ASELSAN şirkətinin idarə heyətinin sədri ilə görüşüb

Noyabrın 23-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ASELSAN şirkətinin idarə heyətinin sədri və baş direktoru Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ShekiMedia.az-a bildiriblər ki, görüşdə general-polkovnik Zakir Həsənov ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində müsbət addımlar atıldığını, dövlətlərimizin başçılarının dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan-Türkiyə əlaqələrinin bütün istiqamətlərdə genişlənməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Nazir Vətən müharibəsində istifadə edilən ASELSAN şirkətinin istehsalı olan texniki avadanlığın yüksək keyfiyyətə malik olduğunu xüsusi vurğulayıb.

Görüşdə müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, həmçinin qoşunlarımızın texniki təchizatının daha da gücləndirilməsi məqsədilə iki qardaş ölkənin həyata keçirdiyi birgə layihələr müzakirə edilib.

Bildirilib ki, Azərbaycan Ordusunun dünyanın ən müasir silah və hərbi texnikası, o cümlədən qabaqcıl informasiya texnologiyaları ilə təchiz edilmiş, geniş rabitə sistemlərinə malik peşəkar ordu kimi inkişaf etdirilməsi qoşunlarımızın gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümumilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.

Davamına bax
Advertisement
MANŞET8 saat

Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər

MANŞET8 saat

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib

MANŞET9 saat

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

MANŞET14 saat

Soçidə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb

CƏMİYYƏT15 saat

Sabahın HAVA PROQNOZU

SOSİAL15 saat

“Məşğulluq marafonu” çərçivəsində 1178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

ELM VƏ TƏHSİL16 saat

Təhsil Nazirliyi təhsil tələbə krediti ilə bağlı sualları cavablandırmaq üçün xidmətlər təqdim edir

CƏMİYYƏT16 saat

ANAMA tərəfindən “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin koordinatorları üçün maarifləndirmə təlimi keçirilib

RƏSMİ XRONİKA16 saat

Soçidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb

SƏHİYYƏ16 saat

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

SƏHİYYƏ16 saat

Azərbaycanda son sutkada 1997 nəfər COVID-19-a yoluxub

CƏMİYYƏT17 saat

DİN: Sosial şəbəkələrdə onlayn narkotik satan narkotacirlərin yalan vədlərinə inanmayın

CƏMİYYƏT17 saat

Narkotik satışına görə daha 28 nəfər tutulub, 47 kiloqram narkotik götürülüb – VİDEO

ELM VƏ TƏHSİL17 saat

Ədliyyə orqanlarına qəbul üzrə test imtаhаnı keçirilib

MƏDƏNİYYƏT19 saat

Milli Xalça Muzeyində gürcü rəssamın sərgisi olacaq

CƏMİYYƏT19 saat

DİN: Ötən gün toylarda 7 nəfər cərimələnib, 219 nəfər şənliyə buraxılmayıb

HƏRBİ19 saat

Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub – VİDEO

CƏMİYYƏT19 saat

Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb – VİDEO

MANŞET19 saat

İlham Əliyev Paşinyanla görüşə GETDİ – FOTOLAR

CƏMİYYƏT19 saat

Pomidor turşusundan zəhərlənərək iki dəfə kliniki ölüm keçirən 10 yaşlı qız sağalıb

CƏMİYYƏT20 saat

BÜRCLƏR – 26.11.2021

MANŞET20 saat

Azərbaycan erməni əsilli iki nəfəri Ermənistana təhvil verib

CƏMİYYƏT20 saat

DİN: Ötən gün baş verən yol qəzalarında 5 nəfər ölüb

CƏMİYYƏT20 saat

Dünən ictimai yerlərdə 2 koronavirus xəstəsi saxlanılıb

SİYASƏT20 saat

Sahibə Qafarova Sankt-Peterburqda ÜST-ün Avropa regional bürosunun direktoru ilə görüşüb

SİYASƏT21 saat

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

İQTİSADİYYAT21 saat

AMB-nin valyuta məzənnələri

SİYASƏT1 gün

Türk dünyasının siyasi təşkilatlanmasında yeni mərhələ

SƏHİYYƏ2 gün

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

SƏHİYYƏ2 gün

Azərbaycanda son sutkada 1880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

CƏMİYYƏT2 gün

Azərbaycanlı bloger onu pulsuz aparan taksi sürücüsünə maşın hədiyyə etdi – VİDEO

HƏRBİ5 gün

Azərbaycan Ordusunun generalı vəfat edib

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 17.11.2021

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 19.11.2021

CƏMİYYƏT5 gün

BÜRCLƏR – 22.11.2021

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 18.11.2021

CƏMİYYƏT6 gün

BÜRCLƏR – 21.11.2021

CƏMİYYƏT6 gün

Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum saxlanılıb

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 20.11.2021

CƏMİYYƏT4 gün

BÜRCLƏR – 23.11.2021

SİYASƏT3 gün

Azərbaycanda xidmətdə olan general-polkovniklər – SİYAHI

CƏMİYYƏT3 gün

BÜRCLƏR – 24.11.2021

CƏMİYYƏT4 gün

Qaxda 64 yaşlı kişi intihar edib

CƏMİYYƏT20 saat

BÜRCLƏR – 26.11.2021

CƏMİYYƏT1 həftə

Qəbələdə qırqovul ovlayan şəxs saxlanılıb

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 25.11.2021

CƏMİYYƏT3 gün

Zaqatalada bələdiyyə sədrinə cinayət işi açılıb

ELM VƏ TƏHSİL4 gün

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

CƏMİYYƏT1 həftə

Qaxda evdə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb

HƏRBİ1 həftə

MN: Ermənistanla sərhəddə döyüşlərdə Azərbaycanın 7 hərbçisi şəhid olub, 10 hərbçisi yaralanıb

HƏRBİ7 gün

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri – VİDEO

HƏRBİ1 həftə

Erməni hərbçilərin atıb qaçdıqları döyüş texnikası – VİDEO

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 16.11.2021

HƏRBİ1 həftə

Dünənki döyüşdə şəhid olan İGİDLƏRİMİZ

CƏMİYYƏT1 həftə

Zaqatalada 16 heyvan kəsimi məntəqəsində nöqsanlar aşkar olunub

CƏMİYYƏT4 gün

“Azərişıq” ASC-nin əməkdaşı Laçında minaya düşüb

HƏRBİ2 həftə

Azərbaycan MN: Erməni hərbçilər tərksilah edilərək saxlanılıb, xeyli silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib

CƏMİYYƏT1 həftə

Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

BALAKƏN2 həftə

Bəzi rayonlarda qar yağıb – FAKTİKİ HAVA

CƏMİYYƏT3 gün

Vətən müharibəsi iştirakçısı olan tanınmış neyrocərrah vəfat edib

CƏMİYYƏT17 saat

Narkotik satışına görə daha 28 nəfər tutulub, 47 kiloqram narkotik götürülüb – VİDEO

HƏRBİ19 saat

Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub – VİDEO

CƏMİYYƏT19 saat

Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb – VİDEO

CƏMİYYƏT2 gün

FHN Kürdəmir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

CƏMİYYƏT3 gün

Ağdamın İlxıçılar kəndi – VİDEO

CƏMİYYƏT5 gün

Kəlbəcərin Yellicə kəndi – VİDEO

CƏMİYYƏT5 gün

Məşhur cizgi filminin yeni versiyasının ilk treyleri yayımlandı – VİDEO

HƏRBİ6 gün

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO

CƏMİYYƏT6 gün

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib – VİDEO

HƏRBİ7 gün

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri – VİDEO

SİYASƏT1 həftə

“Caliber” Ermənistanda məxməri nasizmin çiçəklənməsinin tarixçəsi barədə – VİDEO

CƏMİYYƏT1 həftə

FHN: Şəmkirdə körpüdən asılı qalan avtomobildəki sürücü xilas edilib – VİDEO

HƏRBİ1 həftə

“Caliber” sərhəd döyüşlərinin yekunları barədə… – VİDEO

CƏMİYYƏT2 həftə

AAYDA: Basqal-Sulut avtomobil yolunun inşası rahat gediş-gəlişi təmin edib – VİDEO

HƏRBİ3 həftə

Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub – VİDEO

CƏMİYYƏT4 həftə

Kəlbəcərin Göydərə kəndi – VİDEO

CƏMİYYƏT2 ay

Ermənistan üzərindən ilk uçuş: “Xəbərim yox idi…” – VİDEO

MANŞET2 ay

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır – VİDEO

FOTOQRAFİYA2 ay

Sənət ölür, basdıranı yoxdur… – VİDEO

HƏRBİ2 ay

“Üç qardaş – 2021” beynəlxalq təliminin təntənəli bağlanış mərasimi keçirilib – VİDEO

CƏMİYYƏT2 ay

Övladlarının guya sağ olduğunu deyərək şəhid ailəsini aldadan şəxslər saxlanılıb – VİDEO

FOTOQRAFİYA2 ay

Ekspozisiya nə deməkdir? Fotoqrafiya dərsləri – VİDEO

FOTOQRAFİYA2 ay

Sizi Kəlbəcərə aparıram! – VİDEO

HƏRBİ2 ay

“Üç qardaş – 2021” beynəlxalq təlimi davam edir – VİDEO

HƏRBİ2 ay

“TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib – VİDEO

HƏRBİ2 ay

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimi davam edir – VİDEO

HƏRBİ3 ay

“TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir – VİDEO

CƏMİYYƏT3 ay

Füzulinin Mollavəli kəndi – VİDEO

CƏMİYYƏT3 ay

Ağdamın Şirvanlı kəndi – VİDEO

HƏRBİ3 ay

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib – VİDEO




Trend