Bizə qoşulun

SİYASƏT

Sahibə Qafarova Valentina Matviyenkoya Ermənistanın sərhəddəki təxribatı barədə məlumat verib

MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən ShekiMedia.az-a verilən məlumata görə, Valentina Matviyenko ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluqlarını bildirib.
MDB PA-nın uğurlu fəaliyyətini qeyd edən Federasiya Şurasının sədri Azərbaycanın təşkilatda fəal iştirakçılığına görə, təşəkkürünü bildirib, 53-cü plenar iclasın uğurlu olacağına inamını ifadə edib.
Sahibə Qafarova deyib ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olacaq. Ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını bildirən Milli Məclisin sədri əlaqələrimizin inkişafında iki ölkənin dövlət başçılarının rolunu xüsusi vurğulayıb. O, bildirib ki, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin özünəməxsus rolu var.
Milli Məclisin sədri 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi qələbə barədə məlumat verib. Spiker üçtərəfli bəyanatın icrasının vacibliyini vurğulayıb, Azərbaycanın bəyanatdan irəli gələn bütün məsələləri yerinə yetirdiyini bildirib. zərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazır olduğunu bəyan edib, Ermənistan isə yenə də təxribatlardan əl çəkmir.
Milli Məclisin sədri noyabrın 16-da dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində baş verən döyüş əməliyyatları barədə məlumat verib. Qeyd edib ki, bu təxribat nəticəsində 7 nəfər hərbi qulluqçumuz şəhid olub: “Bu təxribatın məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu günə qədər Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslər də həlak olublar. Həlak olanlar arasında sülhməramlılar da var. Ermənistanın bütün çağırışlara baxmayaraq, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinası beynəlxalq hüquqa və regionda sabitliyin bərpa olunması cəhdlərinə qarşı yönəlib”.
Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova Valentina Matviyenkoya “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib.

Davamına bax
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

SİYASƏT

Türkiyə XİN Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bu barədə Türkiyə XİN-in saytında bildirilib.

“Azərbaycanın Xızı rayonunda “Qaraheybət” poliqonunda təlim uçuşu zamanı hərbi helikopterin qəzaya uğramasını, qəzada şəhid və yaralıların olduğunu dərin kədərlə öyrəndik. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, – qeyd olunub.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Davamına bax

SİYASƏT

Vüqar İskəndərov: “İƏT ölkələri azad edilmiş ərazilərinin yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır”

“Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin bəhrəsini biz beynəlxalq qurumlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) daxili əməkdaşlıqda da görürük. Buna bir misal olaraq İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifinin dəstəklənməsini göstərə bilərik”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan bir çox beynəlxalq təşkilatların, o cümlədən İƏT-in fəal üzvüdür: “Azərbaycanın İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Vüqar İskəndərov diqqətə çatdırıb ki, ölkəmizdə İƏT daxilində böyük hörmətin və dəyərin verildiyini biz təşkilatın Aşqabadda keçirilən 15-ci Zirvə Toplantısında da bir daha müşahidə etdik: “Bildiyimiz kimi Zirvə Görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Xüsusilə qeyd etməliyik ki, təbrik edən ölkələrin 3-ü KTMT üzvüdür. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır”.

Deputat qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapması Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir: “Bütün bunlar İƏT tərəfindən ölkəmizə, Azərbaycanın haqq işinə verilən dəstəyin nümunəsidir”.

Davamına bax

SİYASƏT

Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib

Noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi təsis iclasını Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova açıb.

Açılış çıxışında iclas iştirakçılarını salamlayan spiker Sahibə Qafarova, qeyd edib ki, biz bu gün 60 il ərzində araşdırılmamış qalan bir ölçünün – üzv ölkələr arasında əməkdaşlığın parlament ölçüsünün əsasını qoyuruq. 60 il əvvəl bu forumu yaradan Qoşulmama Hərəkatınını təsisçilərinin məqsədi Bandunq prinsiplərinə tam uyğun olaraq, bütün xalqların dinc yanaşı yaşamasına və davamlı inkişafına töhfə vermək idi. Onların uzaqgörənliyi və məqsədyönlülüyü beynəlxalq ictimaiyyətin həmfikir üzvlərinin birləşməsinə və üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük beynəlxalq təsisatın yaranmasına səbəb olub.

Milli Məclisin sədri qeyd edib ki, hazırda bəşəriyyət son dərəcə çətin günlərdən keçir. Ayrı-seçkiliyin, irqçiliyin və ksenofobiyanın, beynəlxalq hüquqa etinasızlıqla müşayiət olunan siyasi gərginlik və böhranların artması, hələ də davam edən COVID-19 pandemiyası və onun sosial-iqtisadi mühitə mənfi təsirləri, iqlim dəyişikliyi və digər qlobal miqyaslı çağırışlar bütün dünyada səylərin multikulturalizm, beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda səfərbər olunmasını zəruri edir.

İclasda Sahibə Qafarova COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində Qoşulmama Hərəkatı adından qurumun sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu qlobal təşəbbüsləri xatırladıb. Spiker həmin təşəbbüslərin beynəlxalq aləmdə rəğbət və dəstək qazandığını qeyd edib.

O, bildirib ki, COVID-19 böhranı ilə əlaqədar Qoşulmama Hərəkatı Təmas Qrupunun zirvə toplantısının təşkili, pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarına dair vahid məlumat bazasının yaradılması, COVID-19-un müzakirəsi üçün BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması, həmçinin BMT-nin İnsan Hüquqalrı Şurası tərəfindən bütün ölkələr üçün COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi haqqında qətnamənin qəbul edilməsi görülən tədbirlərdən yalnız bir neçə nümunədir. Sahibə Qafarova qeyd edib ki, cari ilin 17 noyabrında Qoşulmama Hərəkatının təşəbbüsü ilə BMT Baş Assambleyasının üçüncü komitəsi səs çoxluğu ilə COVID-19-a qarşı vaksinlərin ədalətsiz paylanmasına dair qətnaməni qəbul edib.

Spiker S.Qafarova vurğulayıb ki, COVID-19 pandemiyasının nəticələri üzləşdiyimiz çağırışların çox sürətlə və dəfələrlə arta bildiyini bir daha nümayiş etdirdi. Qarşılaşdığımız vəziyyət ölkələrimizin icra və qanunvericilik hakimiyyəti qolları arasında həmrəylik və əməkdaşlıq ruhunu qorumağın vacibliyini önə çıxarıb. Parlamentlər COVID-19 pandemiyası yayılandan etibarən onun əhaliyə mənfi təsirlərini aradan qaldırmaq üçün qanunlar qəbul ediblər, beləliklə də hökumətin müvafiq cavab tədbirləri görə bilməsi təmin olunub.

Milli Məclisin sədri hazırkı taleyüklü beynəlxalq vəziyyətdə Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentarlarının öz ölkələrindəki icra hakimiyyətlərinin səylərinə beynəlxalq səviyyədə töhfə vermələrinin vacibliyini qeyd edib. O, Qoşulmama Hərəkatının prinsip və dəyərlərini möhkəmləndirməyin və təşviq etməyin zərurətini vurğulayıb. Sahibə Qafarova tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, təşkilatın 2019-cu ilin 25-26 oktyabr tarixində Bakıda keçirilmiş Zirvə toplantısında dövlət və hökumət başçıları Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentarları ilə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı genişləndirmək və dərinləşdirmək barədə qərar qəbul ediblər. Azərbaycan bu anlayışlara əsaslanan sədrliyi dövründə Hərəkatın fundamental prinsiplərinə tam və səmərəli riayət olunmasında parlamentarların mühüm rol oynaya biləcəyini qəbul edərək, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib.

Azərbaycan parlamentinin rəhbəri bildirib ki, bu gün təsis edilən Parlamentlər Şəbəkəsi Qoşulmama Hərəkatının ideya və prinsipləri barədə məlumatların qurumun üzv dövlətləri və xalqları arasında yayılmasına və təbliğinə töhfə verəcək. Bununla yanaşı, təşkilat üzv dövlətlərin parlamentləri arasında əməkdaşlıq platforması rolunu oynaya bilər. Parlamentlər Şəbəkəsi sülh, təhlükəsizlik, insan hüquqları və inkişafla bağlı parlament təcrübəsinin mübadiləsinə də imkan yaradacaq, qurumun böyük tədbirlərində bəyannamə sənədlərinə uyğun olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin vəzifə və öhdəliklərinin gerçəkləşdirilməsinə parlament dəstəyi verəcək. Bu təsisat hamımızı narahat edən məsələlərin həllinə parlament töhfəsini verməkdə forum rolunu oynayacaq. Çoxtərəfliliyin yayılması üçün Parlamentlər Şəbəkəsi əlavə hərəkətverici qüvvə olacaq. Tədbirdə Sahibə Qafarova vurğulayıb ki, bu Şəbəkə qeyd olunan dəyərlərə və missiyalara xidmət etməklə yanaşı digər beynəlxalq parlament strukturları ilə, o cümlədən Parlamentlərarası İttifaqla davamlı əlaqələr yaradacaq. Qeyd olunub ki, Parlamentlər Şəbəkəsinin növbəti tədbiri gələn il Bakıda keçiriləcək.

Çıxışının yekununda Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin prosedur sənədləri və iş üsulları haqqında məlumat verib, iclasın işinə uğurlar arzulayıb.

Sonra təsis iclası Milli Məclis sədr Sahibə Qafarovanın moderatorluğu ilə davam edib.

İclasda çıxış edən Parlamentlərarası İttifaqın sədri Duarte Poçeko deyib ki, biz təcrübələrimizi bölüşməli, ikitərəfli əlaqələrimizi daha da genişləndirməliyik. Qlobal problemləri birlikdə dəyərləndirilməli və onların həlli yollarını birlikdə tapmalıyıq. Bu baxımdan Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradıması əlavə bir imkandır. Bu, dialoq, əməkdaşlıq, demokartiyann gücləndirilməsi üçün yeni platformadır.

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunkonq isə çıxışında deyib ki, Parlamentlər Şəbəkəsi bəşəriyyətdə sühün və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək. Xüsusilə bütün dünyanın “COVİD – 19” pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda qanunverici orqanlar arasında dialoqun intensivləşdirilməsinə, parlament diplomatiyasının gücündən istifadə edərək ortaq qərarlar qəbul edilməsinə xüsusi ehtiyac var. Bu baxımdan o, Parlamentlər Şəbəkəsinin yaradılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxışında bildirib ki, artıq 60 ildir mövcud olan və üzvlərinin sayı 120-yə çatan Qoşulmama Hərəkatı beynəlxalq ədalətin, sülhün təmin edilməsi baxımından çox böyük bir potensiala malikdir. TBMM sədri Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin təbliği istiqamətində atılan addımların təşkilatı daha da gücləndirəcəyinə inandığını vurğulayıb. Mustafa Şentop davam etməkdə olan COVİD-19 pandemiyasının dünyada hökm sürən ədalətsizlikləri bir daha gözlər önünə sərdiyini bildirib və yeni təsis olunan Parlmentlər Şəbəkəsinin əməkdaşlığı daha da dərinləşdirəcəyinə inandığını söyləyib.

Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər hazırda bütün dünya, o cümlədən demokratik dəyərlərin bir sıra təhdidlərlə üz-üzə qaldığını, bu qlobal propblemlərin həlli üçün parlamentlər arası dialoqun genişləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. O, deyib ki, Qoşulmama Hərəkatının bu gün təsis edilən Parlamentlər Şəbəkəsi bəşəriyyəti təhdid edən çağırışların həlli istiqamətində ən önəmli platformalardan biri olacaqdır.

Daha sonra İndoneziya Nümayəndələr Şurasının sədri Puan Maharani, Namibiya Milli Assambleyasının sədri Peter Katjavivi, Nepal Nümayəndələr Palatasının sədri Aqni Prasad Sapkota, Mərakeş Krallığı Parlamentinin sədri Enaam Mayara, İran parlamentinin vitse-spikeri Əli Nikzad, Yəmən Respublikasının vitse spikeri Məhəmməd Əli Əl-Şadadi, Misir Parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri Kərim Abdelkərim Dərviş, Hindistan Parlamentinin üzvü Sanjay Jaisval, Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev, TURKPA-nın Baş katibi Mehmet Sureyya Er, Ərəb Parlamentinin sədri Adel bin Əbdülrəhman əl-Asumi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasınını baş katibi Asəf Hacıyev və Kuba Milli Assableyası Xarici Əlaqələr komitəsinin rəhbəri Yolanda Ferrer Qomez çıxış edərək, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasının vacibliyini vurğulayıb, təşkilata uğurlar arzulayıblar.

İclasın sonunda Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasına dair Madrid Bəyannaməsi qəbul olunub.

Davamına bax
Advertisement
ANA SƏHİFƏ1 saat

Hakimliyə namizədlər üçün imtahan keçirilib

HƏRBİ1 saat

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının əsas istiqamətləri müzakirə edilib

CƏMİYYƏT1 saat

Bakıya gələn avtobuslarda karantin qaydalarını pozan 40 nəfər cərimələnib

ELM VƏ TƏHSİL1 saat

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 775 nəfər qeydiyyatdan keçib

CƏMİYYƏT5 saat

Dekabr ayının hava proqnozu açıqlanıb

ELM VƏ TƏHSİL6 saat

Məktəb inspektoru üzrə müraciətlərin qəbulu davam edir

CƏMİYYƏT6 saat

Şamaxıda restoran sahibi barəsində cinayət işi başlanıb

CƏMİYYƏT6 saat

DYP işçi qəbulu elan edib

CƏMİYYƏT6 saat

DİN: Ötən gün toylarda 9 nəfər cərimələnib

CƏMİYYƏT6 saat

Ceyhun Bayramov İsveç Krallığına səfər edib

İQTİSADİYYAT6 saat

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb

CƏMİYYƏT6 saat

AMB-nin valyuta məzənnələri

CƏMİYYƏT6 saat

Laçın rayonunda hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib

CƏMİYYƏT6 saat

DİN: Ötən gün axtarışda olan 67 nəfər saxlanılıb

CƏMİYYƏT7 saat

DİN: 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb

CƏMİYYƏT7 saat

Laçının işğaldan azad edilməsinin ildönümüdür

CƏMİYYƏT15 saat

BÜRCLƏR – 1 DEKABR

CƏMİYYƏT24 saat

Sabahın HAVA PROQNOZU

SƏHİYYƏ1 gün

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

CƏMİYYƏT1 gün

Azərbaycanda son sutkada 1678 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib

CƏMİYYƏT1 gün

DSX helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin adlarını açıqlayıb – SİYAHI

CƏMİYYƏT1 gün

DSX: Qəza nətcəsində 14 nəfər ölüb, 2 nəfər yaralanıb

CƏMİYYƏT1 gün

ETSN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib

CƏMİYYƏT1 gün

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib – VİDEO

SİYASƏT1 gün

Türkiyə XİN Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib

BALAKƏN1 gün

Zaqatala və Balakəndə qaz təchizatı dayandırılacaq

CƏMİYYƏT1 gün

DSX-nin hərbi helikopteri Xızıda qəzaya uğrayıb, həlak olanlar və yaralananlar var

CƏMİYYƏT1 gün

Azərbaycan qətl və adam oğurluğunda təqsirləndirilən İran vətəndaşını İnterpol xətti ilə axtarışa verib

HƏRBİ1 gün

Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib – VİDEO

ANA SƏHİFƏ1 gün

“Azəriqaz”ın rəhbərliyi Lənkəranda sahibkarlarla görüşəcək

CƏMİYYƏT3 gün

Qaxda qadın əri tərəfindən bıçaqlanıb

CƏMİYYƏT6 gün

Azərbaycanlı bloger onu pulsuz aparan taksi sürücüsünə maşın hədiyyə etdi – VİDEO

CƏMİYYƏT4 gün

Oğuzda maşın ağaca çırpılıb, sürücü ölüb – FOTOLAR

HƏRBİ1 həftə

Azərbaycan Ordusunun generalı vəfat edib

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 17.11.2021

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 19.11.2021

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 22.11.2021

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 18.11.2021

CƏMİYYƏT1 həftə

Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum saxlanılıb

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 21.11.2021

CƏMİYYƏT4 gün

Zaqatalada vətəndaşların 90 min manatını mənimsəyən qadın saxlanılıb

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 20.11.2021

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 30.11.2021

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 23.11.2021

CƏMİYYƏT5 gün

BÜRCLƏR – 26.11.2021

SİYASƏT1 həftə

Azərbaycanda xidmətdə olan general-polkovniklər – SİYAHI

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 24.11.2021

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 29.11.2021

CƏMİYYƏT4 gün

BÜRCLƏR – 28.11.2021

CƏMİYYƏT1 həftə

Qaxda 64 yaşlı kişi intihar edib

CƏMİYYƏT6 gün

BÜRCLƏR – 25.11.2021

CƏMİYYƏT2 həftə

Qəbələdə qırqovul ovlayan şəxs saxlanılıb

CƏMİYYƏT1 həftə

Zaqatalada bələdiyyə sədrinə cinayət işi açılıb

CƏMİYYƏT3 gün

Qaxda bir nəfər yol qəzası zamanı xəsarət alıb

ELM VƏ TƏHSİL1 həftə

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

CƏMİYYƏT2 həftə

Qaxda evdə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb

HƏRBİ2 həftə

MN: Ermənistanla sərhəddə döyüşlərdə Azərbaycanın 7 hərbçisi şəhid olub, 10 hərbçisi yaralanıb

HƏRBİ2 həftə

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri – VİDEO

CƏMİYYƏT3 gün

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb

CƏMİYYƏT4 gün

Zaqatalada 64 yaşlı kişi intihar edib

CƏMİYYƏT1 gün

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib – VİDEO

HƏRBİ1 gün

Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib – VİDEO

İQTİSADİYYAT1 gün

Yardımlı, Astara və Lerikin elektrik şəbəkələri yenilənir – VİDEO

CƏMİYYƏT1 gün

Kəlbəcərin Qılınclı kəndi – VİDEO

CƏMİYYƏT2 gün

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstibulaq kəndindən videogörüntülər paylaşıb – VİDEO

HƏRBİ3 gün

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

CƏMİYYƏT4 gün

Füzulinin Qoçəhmədli kəndi – VİDEO

CƏMİYYƏT5 gün

Narkotik satışına görə daha 28 nəfər tutulub, 47 kiloqram narkotik götürülüb – VİDEO

HƏRBİ5 gün

Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub – VİDEO

CƏMİYYƏT5 gün

Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb – VİDEO

CƏMİYYƏT6 gün

FHN Kürdəmir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

CƏMİYYƏT1 həftə

Ağdamın İlxıçılar kəndi – VİDEO

CƏMİYYƏT1 həftə

Kəlbəcərin Yellicə kəndi – VİDEO

CƏMİYYƏT1 həftə

Məşhur cizgi filminin yeni versiyasının ilk treyleri yayımlandı – VİDEO

HƏRBİ1 həftə

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO

CƏMİYYƏT1 həftə

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib – VİDEO

HƏRBİ2 həftə

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri – VİDEO

SİYASƏT2 həftə

“Caliber” Ermənistanda məxməri nasizmin çiçəklənməsinin tarixçəsi barədə – VİDEO

CƏMİYYƏT2 həftə

FHN: Şəmkirdə körpüdən asılı qalan avtomobildəki sürücü xilas edilib – VİDEO

HƏRBİ2 həftə

“Caliber” sərhəd döyüşlərinin yekunları barədə… – VİDEO

CƏMİYYƏT2 həftə

AAYDA: Basqal-Sulut avtomobil yolunun inşası rahat gediş-gəlişi təmin edib – VİDEO

HƏRBİ3 həftə

Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub – VİDEO

CƏMİYYƏT4 həftə

Kəlbəcərin Göydərə kəndi – VİDEO

CƏMİYYƏT2 ay

Ermənistan üzərindən ilk uçuş: “Xəbərim yox idi…” – VİDEO

MANŞET2 ay

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır – VİDEO

FOTOQRAFİYA2 ay

Sənət ölür, basdıranı yoxdur… – VİDEO

HƏRBİ2 ay

“Üç qardaş – 2021” beynəlxalq təliminin təntənəli bağlanış mərasimi keçirilib – VİDEO

CƏMİYYƏT2 ay

Övladlarının guya sağ olduğunu deyərək şəhid ailəsini aldadan şəxslər saxlanılıb – VİDEO

FOTOQRAFİYA2 ay

Ekspozisiya nə deməkdir? Fotoqrafiya dərsləri – VİDEO

FOTOQRAFİYA3 ay

Sizi Kəlbəcərə aparıram! – VİDEO




Trend