ŞƏKİ
Axund Fərəcullah Pişnamazzadəyə həsr olunmuş elmi-praktik konfrans keçirilib – FOTOLAR
Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə dini-ictimai xadim Axund Fərəcullah Pişnamazzadəyə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Qoruğun direktoru Məmməd Əhmədovun açılıış nitqindən sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi katibi Elşən Abdurahmanov “XX əsrin əvvəllərində Şəkidə ictimai-siyasi vəziyyət” mövzusunda mühazirə söyləyib.
Mərkəzin əməkdaşı, Şəki Xan məscidinin imam naibi Habil Xəlilovun “Axund Fərəcullah Pişnamazzadə irsi milli-mənəvi sərvətimizdir” mövzusunda çıxışı iştiakçılar tərəfindən maraqla qarşılanıb.
Şəki-Oğuz rayonları üzrə bölgə qazisi Kamran Əfəndi çıxışında Azərbaycanın tolerant ölkə kimi tanındığını, ölkəmizdə yaşayan insanların tolerant dəyərlərə bağlılığının həyat tərzinə çevrildiyini bildirib.
Qoruğun elmi işçisi Z.Rəsulova tarixi Pişnamazzadələrlə bağlı olan, ölkə əhəmiyyətli abidə İmam Əli məscidinin memarlığından bəhs edib.
Konfransda həmçinin ŞREM-in aparıcı elmi işçisi Kamil Adışirinov “XX əsrin əvvəllərində Şəki ədəbi mühiti” mövzusunda çıxış etmişdir. Elmi-praktik konfransın sonunda Axund Fərəcullah Pişnamazzadəyə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Şəkidə yol qəzası olub, xəsarət alanlar var
Şəkidə yol qəzası olub, xəsarət alanlar var.
Hadisə rayonun Baş Göynük kəndində baş verib.
Belə ki, “Mercedes” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 1991-ci il təvəllüdlü Nöbərov Taleh Mustafa oğlu, sərnişinlər – 1995-ci il təvəllüdlü Hacıəliyev Asim Bəxtiyar oğlu və 1990-cı il təvəllüdlü Ağasıyev Elzamin Qüdrət oğlu xəsarət alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
Şəkidə avtomobil iaşə obyektinə çırpılıb, beş nəfər xəsarət alıb
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Aşağı Göynük kəndində qeydə alınıb.
Mingəçevir şəhər sakini, 30 yaşlı Elvin Abdullayev idarə etdiyi minik avtomobili ilə sükana nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq iaşə obyektinə çırpılıb.
Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü Elvin Abdullayev, anası Gülarə Abdullayeva (56 yaş), həyat yoldaşı Mətanət Abdullayeva (22 yaş), yaxın qohumu Raziyyat Abdullayeva (63 yaş) və onun qızı Şəhanə Abdullayeva (34 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
Şəkidə çaqqal kişiyə hücum etdi
Şəkidə örüşdə çaqqal 64 yaşlı kişiyə hücum edib.
Hadisə axşam saatlarında rayonun Böyük Dəhnə kəndinin inzibati ərazisində mal-qara üçün ayrılmış örüşdə baş verib.
1960-cı il təvəllüdlü, Böyük Dəhnə kənd sakini Nəsir Nurməmməd oğlu İsmayılov ailəsinə məxsus mal-qaranı örüşdən evə aparmaq istəyən zaman ona çaqqal hücum edərək sağ ayağın baldır nahiyəsindən xəsarət yetirib.
N. İsmayılov özünü müdafiə etmək üçün çaqqalla mübarizə apararaq vəhşi heyvanı öldürüb.
Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edən N. İsmayılova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.