VİDEO
“Caliber”: “Ermənistan Azərbaycanla sülhü pozur” – VİDEO
Ermənistan Azərbaycanla sülhü pozur və regionu yeni qanlı girdaba düçar edir. Münaqişədən sonrakı bütün dövr ərzində (bu, demək olar ki, iki il yarımdır) regionumuzda vəziyyət indiki kimi gərgin olmayıb.
Bu barədə “Caliber”in “YouTube” kanalının təqdim etdiyi videosüjetdə danışılır.
Bildirilir ki, bu müddət ərzində yaxınlaşmalardan tutmuş yeni çətinliklərə (hər dəfə erməni tərəfi üçün acınacaqlı şəkildə başa çatıb) kimi fərqli məqamlar yaşanıb. Bakı dəfələrlə İrəvanı ağılla hərəkət etməyə çağırıb. Bununla belə, Ermənistan rəhbərliyi təkcə daxili “şahin”lərinin deyil, hətta xarici “məsləhətçi”lərin təsiri altında daim küncdə-bucaqda vurnuxub. Bu isə ona gətirib çıxarıb ki, Ermənistanın biabırçı şəkildə təslim olmasından iki il yarım keçməsinə baxmayaraq, sülh müqaviləsi hələ də imzalanmayıb.
Ətraflı videosüjetdə:
Digər xəbərlərə də bax
HƏRBİ
Zakir Həsənov: “Ermənistan 2020-ci il müharibəsindən nəticə çıxarmadı” – VİDEO
“Ermənistan müharibədən əvvəlki dövrlərdə buraxdığı səhvləri təkrarlayır, 2020-ci ildə 44 günlük müharibədən nəticə çıxarmadı”.
Bu sözləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qonağı olduğu CBC-nin “Sənan Rzayevlə bu gün aktual” verilişində deyib.
Müsahibə zamanı 105 illiyə Silahlı Qüvvələrin hansı nailiyyətlərlə daxil olduğu, komando hərbi hissələrinin açılışı, şəraiti, onların Silahlı Qüvvələrdə yeri, 44 günlük müharibədən sonra yeni silahların alınması, Qarabağda erməni separatçıların təxribatları, onların məqsədi, Azərbaycan aviasiyasının müasirləşməsi, Azərbaycan Silahlı Qüvvələrinin amerikalı həmkarları ilə əməkdaşlıqları və s. müzakirə edilib.
Ətraflı süjetdə:
SİYASƏT
Ukraynalı jurnalist və videobloqer Dmitri Qordon Caliber.Az-ın qonağı olub – VİDEO
“Ölkəmin vətənpərvər şəxsi kimi “suyu üfürə-üfürə içirəm” və göz dəyməsindən çəkindiyim üçün hazırda ən az danışmaq istədiyim mövzu əks-hücum barədədir. Amma qeyd edim ki, bütün Ukrayna, bütün dünya bu əməliyyata ümid bağlayıb. Ukraynanın qələbəsindən sonra bütün dünya dəyişəcək”.
Bu sözləri ukraynalı jurnalist və videobloqer Dmitri Qordon Caliber.Az saytına müsahibəsində bildirib.
O, Azərbaycanın Ukrayna üçün dostcanlı və Moskvadan müstəqil siyasət yürütdüyünü vurğulayıb.
Ətraflı süjetdə:
SİYASƏT
Polis Akademiyasında soyqırımı qurbanları anılıb
Martın 31-də Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.
Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının, xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov erməni millətçilərin iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin XXI əsrin əvvəllərinədək davam etdiyini, bu mənfur siyasət nəticəsində on minlərlə insanın həyatına son qoyulduğunu, soyqırımı barədə real faktların uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl həqiqətlərin tarixi ədəbiyyatda öz əksini tapmadığını təəssüflə bildirib.
Soyqırımın bu illər ərzində erməni şovinizminin əsas aparıcı xəttinə çevrildiyini xatırladan Polis Akademiyasının rəisi məhz ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıtdıqdan sonra həmin cinayətkar fəaliyyətə, iki əsr ərzində xalqımıza qarşı törədilmiş vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verdiyini, ulu öndərin tarixi ədaləti bərpa edərək 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini vurğulayıb.
Qeyd olunub ki, məhz bu tarixi sənəddən sonra hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımı ilə əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti pislənilir.
Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı faktlara, arxiv mənbələrinə əsaslanaraq, böyük imperialist güclərin, dairələrin himayədarlığı ilə erməni millətçilər və silahlı birləşmələri tərəfindən nəinki Bakıda, ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın, qocaların, qadınların və uşaqların milli və dini mənsubiyyətə görə sistemli və kütləvi şəkildə, amansız və vəhşi metodlarla məhv edilməsi, həmin qanlı hadisələrin çox geniş coğrafiyaya malik olması barədə ətraflı məruzə ilə çıxış edib.
Sonda soyqırımı barədə real faktlar və həqiqətlərdən bəhs edən sənədli film nümayiş