MANŞET
Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək
Təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğluna şəhid statusu veriləcək.
Bunu “Report”un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
O bildirib ki, şəhidlik statusunun verilməsi qərarı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həlak olanın xidmət keçdiyi hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilir.
Qeyd edək ki, aprelin 5-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölüb. Fakt üzrə Qubadlı hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 07.04.2024
Aprelin 7-də Azərbaycanda hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Bu barədə ShekiMedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Aprelin 7-də Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
CƏMİYYƏT
Kəlbəcərdə zəlzələ olub
Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 3.2 olub.
Yeraltı təkanın dərinliyi 10 kilometrdir.
CƏMİYYƏT
Azad edilmiş ərazilərdə peşə hazırlığı kursları təşkil olunur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Nazirlikdən bildirilib ki, bu proqramların bir istiqaməti olaraq Agentlik:
– Laçın şəhəri və Laçının Zabux, Sus, Bəylik, Giləbird kəndləri,
– Şuşa şəhəri və Şuşanın Turşsu qəsəbəsi,
– Füzuli şəhəri və Füzulinin Dövlətyarlı kəndi,
– Zəngilan şəhəri və Zəngilanın Ağalı, Cahangirbəyli kəndləri,
– Cəbrayıl şəhəri və Cəbrayılın Horovlu, Şükürbəyli kəndləri,
– Kəlbəcər şəhəri,
– Xocalı şəhəri və Xocalının Malıbəyli kəndi,
– Xankəndinin Kərkicahan qəsəbəsi,
– Qubadlının Mahruzlu, Zilanlı kəndləri,
– Ağdərənin Talış, Suqovuşan, Umudlu kəndləri,
– Ağdamın Xıdırlı, Kəngərli,Sarıcalı kəndləri,
– Xocavəndin Xocavənd kəndi
üzrə peşə hazırlığı kursları təşkil edir.
Peşə kurslarına həmin yaşayış məntəqələrinə artıq köçürülmüş, habelə bu il ərzində köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilər.
Kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid peşələr üzrə təşkil olunan kurslarda iştirak etməklə əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək və həmin peşələr üzrə işlə təmin olunmaq imkanı qazanılacaq.
Peşə hazırlığı kurslarına:
DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək,
və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçmək olar.
Kursların müddəti 6 aya qədərdir və iştirak ödənişsizdir.
Məlumatda vurğulanıb ki, peşə hazırlığı kursları işğaldan azad edilmiş digər ərazilərin sakinləri üçün də təşkil ediləcək.