QƏBƏLƏ
Qəbələ və Göygöldə qanunsuz ağac kömürü istehsal edən quyular aşkarlanıb
Qəbələ və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahəsində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonu, Mıxlıqovaq kənd sakinləri İbrahim Süleymanov, Dəyanət Cavadov, Göygöl rayonu, Toğanalı kənd sakinləri Bəxtiyar Verdiyev, Abdal İsmayılov, Nadir Rzayev, Ağa Quluyev və Rəfail Quliyev olduğu müəyyən olunub.
Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.
Digər xəbərlərə də bax
İDMAN
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
“Qəbələ” İdman Klubu və MMA döyüşçüsü Ramin Sultanov arasında müqavilə imzalanıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, idmançı ilə anlaşmanın müddəti 1 ili əhatə edir.
Sultanov yüngül çəkidə “Eagle FC” çempionudur. O, bu kəmərə 2023-cü ilin noyabrında sahib olub.
Peşəkar karyerasına 2019-cu ildə başlayan idmançı indiyədək 10 döyüş keçirib. Onun hesabında 9 qələbə var.
QƏBƏLƏ
Qəbələdə qanunsuz tikili sökülüb – VİDEO
Qəbələ şəhərində qanunsuz tikilini söküb.
Bu barədə Fövqəladə Hallar Nazirliyin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
İDMAN
Nazir müavini Kənan Kərimzadə Qəbələ və İsmayıllı rayonlarında səfərdədir – FOTOLAR
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ və İsmayıllı rayonlarına səfər edib.
ShekiMedia.az xəbər verir ki, martın 6-da nazir müavini əvvəlcə İsmayıllı və Qəbələdə yerləşən dövlət peşə təhsili mərkəzlərinə baş çəkib, onların maddi-texniki bazası ilə tanış olub, müəssisələrin ərazisinə, o cümlədən emalatxanalar, sinif otaqları və yataqxanaya baxış keçirib.
Kənan Kərimzadə eyni zamanda tədris prosesində iştirak edib. Nazir müavininə mərkəzlərdə mövcud olan ixtisaslar barədə də məlumat verilib.
Daha sonra nazir müavini Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində arıçılıq ixtisası üzrə təhsil alan 73 yaşlı Musa Mahmudovla görüşüb və ölkəmizin ən yaşlı tələbəsinə təhsil həyatında uğurlar arzulayıb.
Nazir müavini sözügedən müəssisələrdə peşə hazırlığının əhatəliliyi və səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsili prosesində yaxından iştirakı, ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib və bununla bağlı mərkəz rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, nazir müavininin səfəri davam edir.