XARİCİ XƏBƏRLƏR
“The Beatles” qrupunun son mahnısı yayımlandı
İngiltərənin “The Beatles” rok qrupunun son mahnısı rəsmi olaraq yayımlanıb. 45 il öncə yazılmış “Now and Then” kompozisiyası qrupun tarixində bütün üzvlərin bu və ya digər şəkildə iştirakı ilə ərsəyə gəlmiş son əsər olub.
Dörd dəqiqə səkkiz saniyəlik mahnı BBC radiosunda yayımlanıb və eyni vaxtda dünyanın bütün aparıcı yayım platformalarında peyda olub.
Noyabrın 3-də mahnının nüsxələri CD, vinil və kasetdə satışa çıxarılacaq.
Qeyd edək ki, “Now and Then” Con Lennon tərəfindən 1978-ci ildə bəstələnib.
Mənbə: TASS
Digər xəbərlərə də bax
XARİCİ XƏBƏRLƏR
Tayvanda zəlzələdə azı 4 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb
Çərşənbə günü səhər saatlarında Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.
Bu barədə Tayvanın “Çjunşi Sinvenyan” informasiya portalı məlumat yayıb.
Daha əvvəl “Reuters” adanın yanğınsöndürmə idarəsinə istinadən 1 ölü və 50-dən çox yaralı haqqında məlumat yayıb.
Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.
XARİCİ XƏBƏRLƏR
III Çarlz ölümü ilə bağlı şayiələrdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Böyük Britaniyanın kralı III Çarlz ölümü ilə bağlı şayiələrdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
“Daily Mail” qəzeti öz saytında kralın bu gün çəkilmiş fotoşəkillərini dərc edib.
Qeyd edək ki, onun şəkilləri Vindzor qəsrini tərk edərək “Clarence House”a gedərkən çəkilib.
SİYASƏT
İrəvanda “Azadlıq” meydanında etiraz mitinqi keçirilir
Ermənistanın paytaxtı İrəvanda “Azadlıq” meydanında etiraz mitinqi keçirilir.
Bu barədə “Aysor” məlumat yayıb.
Bildirilib ki, aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Mitinqin təşkilatçısı “Miatsum” (Birləşək) hərəkatıdır.