ŞƏKİ
Ukraynanın Azərbaycandakı səfiri Şəki şəhərində səfərdə olub
Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Şəki şəhərində səfərdə olub.
Səfər çərçivəsində mart ayının 29-da səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.
Görüş zamanı icra başçısı səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Şəki rayonunda sosial-iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla iki prioritet istiqamətdə aparılır. Bildirib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur.
Səfir Vladislav Kanevski qonaqpərvərliyə görə minnətdarlq edib, Şəkidə olmağından çox məmnun olduğunu bildirib. Qeyd edib ki, bölgəyə səfər etməkdə məqsədi Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığın genişləndirilməsinə töhfə verməkdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilib.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov səfiri Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış edib.
Digər xəbərlərə də bax
ŞƏKİ
Şəkidə 16 yaşlı qız itkin düşüb
Şəki rayonunda 16 yaşlı qız itkin düşüb.
“Report”un məlumatına görə, 2008-ci il təvəllüdlü Aysel Vaqif qızı Mustafayeva aprelin 4-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
AQTA-nın heyvan bazarlarında apardığı monitorinqlər zamanı nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan satışı bazarlarında monitorinqlər həyata keçirilir.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, 24 heyvan satışı bazarını (Naxçıvan MR istisna) əhatə edən monitorinqlər nəticəsində bir sıra heyvan satışı bazarlarında ciddi nöqsanlar müəyyən olunub. Bəzi bazarların ərazisinin hasarla sərhədlənməməsi, giriş və çıxışda dezobaryerlərin olmaması, mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işlərinin aparılmaması, bazara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməməsi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarılması və ixtisaslı mütəxəssis tərəfindən nəzarətin təmin olunmaması halları və sair nöqsanlar aşkar edilib.
Qiymətləndirmənin nəticələrinə görə, monitorinqə cəlb edilən Abşeron, Ağsu, Balakən, Bərdə, Biləsuvar, Cəlilabad, Göygöl, İmişli, Masallı, Qəbələ, Salyan, Şamaxı və Zaqatala rayonlarında fəaliyyət göstərən heyvan satışı bazarlarında ərazinin hasarla sərhədlənməsi təmin edilsə də, bazarlarda mütəmadi olaraq təmizləmə və dezinfeksiya işlərinin aparılmaması, bazarlara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməməsi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarılması kimi nöqsanlar aşkar edilib.
Agentliyin apardığı monitorinqlər zamanı Ağcabədi, Ağdaş, Binəqədi, Beyləqan, Gədəbəy, Göyçay, Sabirabad, Şəki, Tovuz və Xaçmaz rayon və şəhər ərazilərində fəaliyyət göstərən heyvan satışı bazarlarında daha ciddi nöqsanlar aşkarlanıb. Bu bazarların ərazisinin sərhədlənməsi primitiv üsullarla, yəni xəndək qazmaqla və ya məftil hasar çəkməklə təşkil edilib ki, bu da qapalılıq rejiminin qorunmasını təmin etmir. Habelə qazılmış xəndəklərə toplanmış yağış suları tullantılarla zibillənərək antisanitar vəziyyətin yaranmasına səbəb olur. Nəzarət tədbirləri zamanı bazarlarda heyvanların daşınmasının müvafiq təlimatlara uyğun yerinə yetirilmədiyi, ərazidə mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin görülmədiyi aşkarlanıb. Bundan başqa, satış üçün bu bazarlarda uyğun şəraitin yaradılmadığı, baytar həkimin nəzarətinin təmin edilmədiyi və digər nöqsanlar da qeydə alınıb.
Aparılan monitorinqlərin nəticələrinə əsasən, aşkarlanan nöqsanlar nəzərə alınaraq heyvan satışı bazarlarında Agentlik tərəfindən ciddi tədbirlərin görülməsi təmin ediləcək. Belə ki, respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb etdiyinə görə bazarlarda dövlət baytarlıq nəzarətinin təmin edilməsi və bunun üçün müvafiq şəraitin və iş rejiminin formalaşdırılması vacibdir. Göstərilənlər nəzərə alınaraq, bazar rəhbərlərinə məktublar ünvanlanıb, mövcud nöqsanların aradan qaldırılması üçün müddət təyin edilib və müvafiq təlimatlar təqdim olunub. Görüləcək tədbirlər sırasında həmçinin bazarların “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”ndə qeydiyyata götürülməsi, bazara daxil olan və bazardan aparılan heyvanların identikləşdirilməsi və onların sistem üzərindən izlənməsinin təmin edilməsi işləri həyata keçiriləcək.
CƏMİYYƏT
Bu gün 5 rayonun qaz təchizatında fasilə yaranacaq
Bu gün İsmayıllı, Şəki, Ağdaş, Saatlı və Bərdə rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, İsmayıllı rayonunda orta təzyiqli yeraltı qaz xətlərində və Qaz Paylayıcı Stansiyalarda, Ağdaş şəhərinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərində yeni çəkilmiş qaz xəttinin üzərinə sayğacların köçürülməsi, Şəki rayonunun Kiş kəndində qaz xəttinin yerinin dəyişdirilməsi, Saatlı rayonunun Qazanbatan, Əbilkənd, Genişkənd kəndlərində, Bərdə şəhərinin N.Nərimanov, C.Məmmədquluzadə küçələrində təmir-quraşdırma işlərinin görülməsi məqsədilə aprelin 3-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə İsmayıllı rayonunun, Şəki rayonunun Kiş kəndinin, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərinin və rayon mərkəzinin V. Hacıyev, M. Füzuli və İstiqlal küçələrinin, Saatlı rayonunun Qazanbatan, Əbilkənd və Genişkənd kəndlərinin və Bərdə şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.