Bizə qoşulun

FOTO

Üzeyir Hacıbəyovun vida mərasimindən REPORTAJ

ShekiMedia.az 1948-ci il, noyabrın 26-da “Kommunist” qəzetinin Üzeyir Hacıbəyovun vida mərasimi ilə bağlı yayımladığı reportajı təqdim edir.

Noyabrın 24-də Bakı zəhmətkeşləri görkəmli bəstəkar, alim, müəllim və ictimai xadim Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyovla vidalaşdılar.

Xalqın çox sevdiyi gözəl əsərlər müəllifi, böyük musiqi nəzəriyyəçisi və gənc bəstəkarların həssas tərbiyəçisi, bolşevik partiyasının sədaqətli oğlu Üzeyir Hacıbəyovla görüşmək üçün səhər tezdən axın-axın adamlar Azərbaycan SSR Elmlər Akademiyası binasına tərəf gedirdilər.

Əhalinin bütün təbəqələrinin nümayəndələri, müxtəlif millətlərdən, müxtəlif yaşda və müxtəlif peşə sahibi olan adamlar dərin sükut içində tabutun yanından keçirdilər. Bunların çoxu Üzeyir Hacıbəyovu şəxsən tanıyırlar. Bəziləri Azərbaycan operasının bu böyük ustadı tərəfindən yazılmış əsərlərdəki surətlərini səhnədə canlandırmış, bəziləri bəstəkarlıq sənətini ondan öyrənmiş, bəziləri Ü.Hacıbəyovun elmi əsərlərini öyrənməklə musiqi yaradıcılığının dərinliklərini dərk etmiş, bəziləri SSRİ Ali Sovetinin deputatı kimi onunla görüşmüşlər. Üzeyir Hacıbəyovun gözəl əsərləri, opera və musiqili komediyaları, vətənpərvərlik ruhunda yazdığı səmimi lirik mahnıları Bakı zəhmətkeşlərinə yaxşı məlumdur.

Mədənçilərin və neftayıranların, teatr və elmi-tədqiqat idarələrinin, ali və orta məktəblərin, Bakı qarnizonu və Qırmızıbayraqlı Xəzər donanması hissələrinin nümayəndələri, bayraqlarını əyərək salona daxil olur, gətirdikləri əklilləri tabutun yanında düzürdülər.

Respublikanın kəndlərindən onlarla nümayəndə heyəti gəlmişdi. Azərbaycanın sosialist tarlaları zəhmətkeşlərinin bu nümayəndələri sevimli bəstəkarla vidalaşdılar.

Üzeyir Hacıbəyov “Barviha” sanatoroyasında. 1948-ci il

Gözəl bolşevik sənətkarın vəfatı münasibətilə qardaş xalqların hüznünü bildirmək üçün Dağıstan və Türkmənistan zəhmətkeşlərinin nümayəndə heyətləri salona daxil oldular. Onlar, Dağıstan və Türkmənistanın partiya və sovet təşkilatları, ədəbiyyat və incəsənət işçiləri adından Üzeyir Hacıbəyovun tabutu üzərinə əklillər qoydular. Dağıstan vilayət komitəsinin katibi S.M.Aydınbəyov yoldaş, Dağıstan MSSR Nazirlər Soveti sədrinin müavini M.Arbuliev yoldaş, Türkmənistan SSR Naizrlər Soveti yanında İncəsənət işləri idarəsinin rəisi A.Nepesov yoldaş, Türkmənistan teatrlarının artistlərindən M.Artıkov və A. Nəzərov yoldaşlar fəxri qaravulda durdular.

Azərbaycan SSR Nazirlər Soveti, Azərbaycan Mərkəzi Komitəsi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti, SSRİ Nazirlər Soveti yanında İncəsənət işləri komitəsi, Azərbaycan KP Bakı Komitəsi, Bakı Soveti, M.C.Bağırov yoldaş, T.Quluev yoldaş, mərhumun qohumları və yaxın adamları, Azərbaycan SSR Elmlər Akademiyası, Azərbaycan Sovet Bəstəkarlar İttifaqı, Azərbaycan dövlət konservatoriyası, M.F.Axundov adına Opera və Balet Teatrı, Azerneft, Azerneftkəşfiyyat və Azərbaycan neft zavodları birlikləri, Kirovabad, Naxçıvan və Stepanakert zəhmətkeşləri, bir çox müəssisə, teatr, məktəb, əsgəri hissə və başqaları tərəfindən göndərilən əklillər tabutun qoyulduğu postamentin ətrafına düzülmüşdü.

Səməd Vurğun Üzeyir Hacıbəyovun dəfnində çıxış edir

Sosialist Əməyi Qəhrəmanları, Sovet İttifaqı Qəhrəmanları, Stalin mükafatı laureatları, elm, texnika, ədəbiyyat və incəsənət xadimləri, fəhlə və qulluqçular, zabitlər və tələbələr, partiya, sovet, komsomol və həmkarlar ittifaqı işçiləri bir-birini tez-tez əvəz edərək tabutun yanında fəxri qaravulda durdular.

Üzeyir Hacıbəyov adına Azərbaycan dövlət simfonik orkestri, Çaykovski və Şopenin hüznlü matəm havalarını çalır, mərhum bəstəkarın ölməz əsərlərindən milyonlarla adamın dəfələrlə eşitdiyi melodiyaları da ifa edirdi.

Saat 13.30 dəqiqədə salona daha adam buraxılmadı. Tabutun yanında mərhumun dostları, qohumları və yaxın adamları qaldı.

Son matəm növbələrində M.C.Bağırov, T.Quluev, H.Seyidov, Q.Məmmədov, Azərbaycan KP BK katibləri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri, Azərbaycan SSR nazirləri, SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatları, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvləri və başqaları durdular.

Saat 14-də Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Mirzə İbrahimov yoldaş matəm mitinqini açdı. O, Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan KP MK adından nitq söyləyərək dedi:

– Sovet Mədəniyyətinin görkəmli xadimi, Azərbaycan opera sənətinin banisi, gözəl insan və vətəndaş Üzeyir Hacıbəyovun qəlbi döyünməkdən qaldı. Azərbaycan xalqı onun şəxsində bütün həyatını, böyük və tükənməz istedadını, müasir Azərbaycan musiqi mədəniyyətinin yaradılması və inkişaf etdirilməsi işinə sərf edən coşqun ilhamlı bir sənətkarı itirmişdir. Üzeyir Hacıbəyovun ölümü, sovet musiqi mədəniyyətinin görkəmli xadimlərindən birini itirən bütün sovet incəsənəti üçün böyük itkidir.

Bəstəkarın heykəli

Üzeyir Hacıbəyov əsl vətənpərvər sovet sənətkarı timsalı idi. O, bütün həyatı və yaradıcılığı ilə xalqa bağlı olub, var qüvvəsi, bilik və istedadı ilə xalqa xidmət etmişdir. Azərbaycan xalqının şəkilcə milli və məzmunca sosialist mədəniyyətinin inkişaf etdirilməsi uğrunda mübarizədə Üzeyir Hacıbəyovun xidmətləri böyükdür. O, Azərbaycan opera sənətinin əsasını qoymuş, Azərbaycan dövlət konservatoriyasının banisi və rəhbəri olmuş, Azərbaycan xalq musiqisinə dair birinci elmi əsəri yazmışdır. Qədirbilən xalqımız öz sədaqətli oğlunu əzizləyir və ona yüksək qiymət verirdi. Xalq onu SSRİ Ali Sovetinin deputatı seçmişdi. Partiya və hökumət ona SSRİ xalq artisti adını vermişdilər. Üzeyir Hacıbəyov dəfələrlə orden və medallarla təltif edilmiş və iki dəfə Stalin mükafatı almışdı. O, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü idi.

İbrahimov yoldaş dedi:

– Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan KP Mərkəzi Komitəsi Üzeyir Hacıbəyovun vəfatı münasibətilə respublikanın bütün zəhmətkeşləri ilə birlikdə ürəkdən kədərlənirlər. Gözəl sənətkar, görkəmli alim və səmimi insan olan bəstəkar Hacıbəyovun xatirəsi sovet adamlarının qəlbində həmişə yaşayacaqdır.

Stalin mükafatı laureatı Qara Qarayev respublikanın bəstəkarları adından çıxış edərək dedi:

– Dolğun həyat sürən, yaradıcılıq atəşi ilə coşan, sovet adamlarının yüksək amalı uğrunda, əsl sənət həqiqəti uğrunda barışmaz olan Üzeyir Hacıbəyovu heç bir zaman unutmayacağıq. Bütün həyat və fəaliyyəti xalqa misilsiz xidmət nümunəsi olan bu alovlu bolşevik sənətkar həmişə yadımızda qalacaqdır.

Mircəfər Bağırov bəstəkarın dəfnində

Üzeyir Hacıbəyov Azərbaycanın bir sıra bəstəkarlarının tərbiyəçisi olmuşdur. Zəmanəmizin bu gözəl bəstəkarının coşqun musiqisinin təsirini biz öz yaradıcılığımızda həmişə hiss etmişdik, edirik və edəcəyik. Unudulmaz dost və müəllimimizlə vidalaşarkən vəd edirik ki, hamımızın sevdiyi Üzeyir Hacıbəyov bütün həyatını böyük və nəcib bir işə həsr etdiyi kimi, biz də onun yolu ilə gedəcəyik.

Əziz müəllim və ustadımız, rahat yat, sənin yandırdığın məşəl sönməyəcək və daha artıq şölələnəcəkdir, çünki sovet xalqının mənəvi qüvvəsi tükənməz və imkanları hədsizdir.

Azərbaycan SSR xalq artisti A.A.Drozdov, Üzeyir Hacıbəyovun çoxcəhətli yaradıcılığından danışıb göstərdi ki, ən müxtəlif millətlərdən olan adamlar onun musiqisini eyni dərəcədə başa düşürlər. Üzeyir Hacıbəyov Azərbaycan milli incəsənətinin rus musiqi mədəniyyətilə və qardaş xalqların mədəniyyətilə sıx əlaqə şəraitində inkişaf etdirməyə çalışırdı.

Azərbaycan SSR Elmlər Akademiyası adından akademiyanın prezidenti, professor Y.Məmmədəliyev nitq söyləyərək dedi:

– Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü olan Üzeyir Hacıbəyovun elmi əsərləri Azərbaycan mədəniyyəti xəzinəsinə böyük töhfədir. Hacıbəyov Azərbaycan xalqının musiqi mədəniyyətinin tarixini və nəzəriyyəsini öyrənmək üçün böyük əhəmiyyətə malik olan elmi-tədqiqat əsərlərinin müəllifidir. Üzeyir Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları” adlı qiymətli böyük əsəri xalqımızın musiqi mədəniyyətini zənginləşdirməklə bərabər, onu daha artıq inkişaf etdirmək üçün yollar göstərmişdir.

Üzeyir Hacıbəyovun dəfni 1948-ci il

Əziz bəstəkarla vidalaşmaq üçün minlərlə zəhmətkeşin buraya gəlməsi gözəl sənətkarın el tərəfindən nə qədər sevildiyinə ən yaxşı sübutdur.

Üzeyir Hacıbəyovun ölməz əsərləri, onun xalq və bolşeviklər partiyasına sədaqətlə xidməti, saf və nəcib qəlbi Sovet Azərbaycanının elm və incəsənət xadimlərini həmişə ruhlandıran timsal olacaqdır.

Mitinqdə Azərbaycan Nazirlər Soveti yanında İncəsənət işləri idarəsinin rəisi H.Sultanova və Azərbaycan SSR xalq artisti A.Avanesyan yoldaşlar da çıxış etdilər.

Mitinq qurtardı. Üzeyir Hacıbəyov tərəfindən yazılmış Azərbaycan SSR himinin təntənəli səsi ucaldı.

M.C.Bağırov, T.Quluev, H.Seyidov, Q.Məmmədov, A.Aqababov, A.Malyutin, M.İbrahimov və T.Yaqubov yoldaşlar tabutu qaldırıb Elmlər Akademiyası binasından çıxardılar.

Üzeyir Hacıbəyovun tabutu çıxarılan zaman akademiya binasının qarşısına, küçələrə əziz bəstəkarla vidalaşmaq üçün on minlərlə bakılı toplanmışdı.

Matəm dəstəsi hüzn doğuran marşın sədaları altında Kommunist küçəsi ilə üzü yuxarı qalxmağa başladı. Qabaqda, Üzeyir Hacıbəyovun qara parça ilə haşiyələnmiş böyük şəkli aparılırdı. Musiqi məktəblərinin tələbələri xeyli çox əklili, habelə Üzeyir Hacıbəyovun təltif edildiyi Lenin ordeninin, Qırmızı Əmək Bayrağı ordeninin, medalların və Stalin mükafatı laureatı nişanlarının sancıldığı qırmızı balışları öz əllərində tutmuşdular.

Qəbiristanda, fəxri adamlar məqbərəsində, təzəcə qazılmış qəbrin yanında izdihamlı matəm mitinqi oldu. Bakı şəhər Soveti icraiyyə komitəsinin sədri A.Buzdakov yoldaş neft Bakısının zəhmətkeşləri adından söylədiyi nitqində dedi:

– Ölüm Azərbaycan xalqının ən ləyaqətli oğullarından birini, görkəmli bəstəkarı, bolşevik sənətkar Üzeyir Hacıbəyovu sıralarımızdan qopardı. Bu ağır itki Bakı zəhmətkeşlərini və bütün Azərbaycanı kədərləndirir.

Şuşada Üzeyir Hacıbəyov festivalı

Bakılılar Üzeyir Hacıbəyovu yaxşı tanıyır və çox sevirlər. Çünki bəstəkarın bütün şüurlu həyatı Bakıda, şanlı Stalin ənənələri şəhərində keçmişdir. Əsası Üzeyir Hacıbəyov tərəfindən qoyulan Azərbaycan opera sənəti burada meydana çıxmış, bəstəkarın ölməz əsərləri, o cümlədən Azərbaycan opera sənətinin incisi olan “Koroğlu” operası burda yaradılmışdır.

Neft şəhərinin zəhmətkeşləri Üzeyir Hacıbəyovu yalnız bir bəstəkar kimi deyil, həmçinin görkəmli musiqi nəzəriyyəçisi, gözəl müəllim və respublikanın bütün mədəni həyatında yaxından iştirak edən fəal ictimai xadim kimi tanıyır və sevirlər. Onun xatirəsi Sovet Azərbaycanı paytaxtı zəhmətkeşlərinin qəlbində daim yaşayacaqdır.

Azərbaycan SSR xalq artisi, M.F.Axundov adına Dövlət Opera və Balet Teatrının direktoru İ.Hidayətzadə ölməz “Koroğlu” operasının müəllifi Üzeyir Hacıbəyovun vəfatı münasibətilə teatr işçilərinin – operanın quruluşu üzərində bəstəkarla birlikdə çalışmış yaradıcı kollektivin son dərəcə kədərləndiyindən danışdı.

Türkmənistan SSR Nazirlər Soveti yanında İncəsənət işləri idarəsinin rəisi A.Nepesov yoldaş Türkmənistan işçiləri adından qardaş Azərbaycan xalqına başsağlığı verdi. Nepesov yoldaş qeyd etdi ki, Üzeyir Hacıbəyovun yaradıcılığı, onu sovet musiqi mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri hesab edən bütün sovet ittifaqı xalqlarına yaxın və əzizdir.

Stalin mükafatı laureatı Səməd Vurğun Azərbaycan ziyalıları adından həyəcanlı nitq söyləyərək dedi:

– Öz gözəl əsərləri ilə bütün sovet xalqının məhəbbətini qazanan dahi sənətkar Üzeyir Hacıbəyovun vəfatını Azərbaycan ziyalıları və zəhmətkeşləri böyük hüznlə qarşılayırlar. Üzeyir Hacıbəyovun sənətkarlığı misilsizdir, onun böyük istedadı sənətkarın adını əbədi yaşadacaqdır. Xalq tərəfindən tanınmaq və Lenin-Stalin partiyasının etimadını qazanmaq isə sənətkar üçün böyük şərəfdir.

Xalq Üzeyir Hacıbəyovu ona görə sevir ki, o, öz unudulmaz əsərlərində xalqın ən yaxşı duyğu, düşüncə və arzularını ifadə etmiş, xalq üçün yaşamış və yaratmışdır. Üzeyir Hacıbəyov yalnız görkəmli bəstəkar və alim deyil, həmçinin sovetlər ölkəsinin böyük vətəndaşı idi. Sosializmin möhtəşəm nailiyyətləri Üzeyir Hacıbəyovun tükənməz ilham mənbəyi idi. O, öz əsərlərində sovet adamlarının azad və xoşbəxt həyatının poeziya və romantikasını tərənnüm etmişdir. O, öz yurdunun alovlu vətənpərvəri, böyük Stalin dövrünün müğənnisi idi.

Azərbaycan bəstəkarları, şairləri, ifaçıları və rəssamları tərəfindən yaradılacaq yeni mahnılar, simfoniyalar, operalar və poemalar kommunizmin qalib yürüşünü tərənnüm edən yeni sənət əsərləri bizim unudulmaz və çox sevimli Üzeyir Hacıbəyova ən yaxşı abidə olacaqdır.

Mərhumun qəbri üstündə general mayor N.Vişnevski, respublikanın xalq artisti Mirzağa Əliyev və professor Q.Q.Şaroev də nitq söylədilər.

Mitinq qurtardı. Son vidalaşma dəqiqələri gəlib çatdı. Tabut yavaş-yavaş qəbrə endirildi, qəbrin üstünə tökülən çiçəklər böyük bir təpə şəklini aldı.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

Xankəndidə DYP xidmətə başlayıb

Xankəndi şəhərində DYP əməkdaşları da xidmətə başlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir. Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır. Səngərsiz Vətəndə xidmətimizdən qürur duyuruq”, – E.Hacıyev qeyd edib.

     
Davamına bax

CƏMİYYƏT

Fotoqrafların növbəti səfəri Zaqatala Dövlət Təbiət Qoruğuna təşkil olunub – FOTOLAR

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə təşkil olunan “Fotoqrafların qış turu” layihəsi çərçivəsində fotoqraflar 24-25 fevral tarixlərində Zaqatala Dövlət Təbiət Qoruğuna səfər edib.
ShekiMedia.az xəbər verir ki, Səfər çərçivəsində fotoqraflar qoruğun flora və fauna aləmini, ecazkar təbiət görüntülərini əks etdirən foto və videoları lentə alıblar.
Xatırladaq ki, Ümumdünya Milli Parklar və Qoruqlar günü ilə əlaqədar start verilən layihə çərçivəsində bugünədək Abşeron, Ağgöl, Altıağac və Qızılağac milli parklarında, Zaqatala Dövlət Təbiət Qoruğunda çəkilişlər həyata keçirilib.
Qeyd edək ki, fotoqrafların səfərləri digər milli parklar və qoruqlarda da davam edəcək.

     
Davamına bax

CƏMİYYƏT

Şəkidə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb – FOTOREPORTAJ

Bu gün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrindən 33 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 132 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

Şəki şəhərində yerləşən Şəhidlər xiyabanı kütləvi şəkildə ziyarət olunub. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra da xalq şəhidlərini ziyarət etməyə davam edib.

ShekiMedia.az anım mərasimindən fotoları təqdim edir:

Fotolar: Tərlan YUSİF

 

 

 

     
Davamına bax

Facebook

XƏBƏRLƏR1 həftə

BÜRCLƏR – 17.04.2024

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 09.04.2024

MANŞET3 həftə

Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək

CƏMİYYƏT3 həftə

Sabahın HAVA PROQNOZU – 07.04.2024

HƏRBİ3 həftə

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

ŞƏKİ3 həftə

Şəkidə 16 yaşlı qız itkin düşüb

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 06.04.2024

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 05.04.2024

CƏMİYYƏT3 həftə

Kəlbəcərdə zəlzələ olub

ANA SƏHİFƏ3 həftə

Sabahın HAVA PROQNOZU – 05.04.2024

XƏBƏRLƏR3 həftə

Xankəndidə 8 silah və sursatlar aşkarlanıb

CƏMİYYƏT3 həftə

Azad edilmiş ərazilərdə peşə hazırlığı kursları təşkil olunur

XƏBƏRLƏR3 həftə

MN: Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa hazırdır

RƏSMİ XRONİKA3 həftə

Azərbaycan və Konqo prezidentlərinin təkbətək görüşü olub

CƏMİYYƏT3 həftə

FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib

İDMAN3 həftə

Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda mübarizə aparıb

XƏBƏRLƏR3 həftə

İşğaldan azad edilmiş ərazilərdə elektromobillər üçün infrastruktur yaradıla bilər

İQTİSADİYYAT3 həftə

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.04.2024)

CƏMİYYƏT3 həftə

Güclü külək axşama doğru zəifləyəcək – PROQNOZ

MANŞET3 həftə

XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 04.04.2024

SİYASƏT3 həftə

“Azərpoçt”la Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

İDMAN3 həftə

Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda iştirak edib

CƏMİYYƏT3 həftə

AQTA-nın heyvan bazarlarında apardığı monitorinqlər zamanı nöqsanlar aşkarlanıb

CƏMİYYƏT3 həftə

Bu gün 5 rayonun qaz təchizatında fasilə yaranacaq

XƏBƏRLƏR3 həftə

Xankəndidə 16 silah və sursat aşkarlanıb

İQTİSADİYYAT3 həftə

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.04.2024)

XƏBƏRLƏR3 həftə

Ötən gün vətəndaşlardan 9 silah götürülüb

XƏBƏRLƏR3 həftə

DİN: Axtarışda olan 48 nəfər saxlanılıb

XARİCİ XƏBƏRLƏR3 həftə

Tayvanda zəlzələdə azı 4 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb

XƏBƏRLƏR3 həftə

Xocavənddə yol qəzasında xəsarət alanlardan bəzilərinin kimliyi məlum olub

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 03.04.2024

ELM VƏ TƏHSİL4 həftə

16 nəfərin buraxılış imtahanının nəticəsi ləğv edilib, 14 nəfər ən yüksək nəticə göstərib

ELM VƏ TƏHSİL4 həftə

Buraxılış imtahanının nəticələri elan olunub

MANŞET4 həftə

Tərtərdə mina partlaması nəticəsində 3 nəfər xəsarət alıb

CƏMİYYƏT4 həftə

Taksi fəaliyyətinə buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün tələb olunan sənədlər açıqlanıb

İQTİSADİYYAT4 həftə

Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyasının 4-cü iclası olub

CƏMİYYƏT4 həftə

Qaxda Aşağı Malax-Qaşqaçay-Armudlu yolu yenidən qurulub – FOTOLAR

RƏSMİ XRONİKA4 həftə

Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib

XƏBƏRLƏR4 həftə

Ötən ay 3 aptekdə nöqsan aşkarlanıb

HƏRBİ3 həftə

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ4 həftə

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR4 həftə

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ1 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT1 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ1 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ1 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET1 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT1 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR1 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ3 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

XƏBƏRLƏR4 ay

FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO

XƏBƏRLƏR4 ay

Yeni il tətilinin son günündə avtovağzallarda vəziyyət necədir? – VİDEO

XƏBƏRLƏR4 ay

Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Təhsil naziri: “Məktəblərdə yeni fənnlər tədris ediləcək” – VİDEO

HƏRBİ4 ay

HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib

CƏMİYYƏT5 ay

Zaqatalada çaqqal hücumuna məruz qalan şagirdlərin və kənd sakinlərinin adları açıqlanıb – VİDEO

RƏSMİ XRONİKA5 ay

Heydər Əliyevin anım günüdür – VİDEO

XƏBƏRLƏR5 ay

Taksi sürücülərinə saxta əskinaslar verib qalığını tələb edən şəxs saxlanılıb

TREND