“Mingəçevir” yeni baş məşqçisini təqdim edib

Azərbaycan I Liqa təmsilçisi “Mingəçevir” yeni baş məşqçisini açıqlayıb.

Klubun mətbut xidmətindən verilən məlumata görə, bölgə klubu PRO kateqoriyalı mütəxəssis Fizuli Məmmədovla müqavilə bağlayıb.

Təcrübəli çalışdırıcı ilə 2,5 +1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Mingəçevir” I Liqada 6 xalla sonuncu – onuncu sırada qərarlaşıb.