Ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda əksər ərazilərə qar yağır.
Xidmətdən bildirilib ki, ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.
Xidmət rəsmisi Gülnarə Abbasovanın sözlərinə görə, hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 santimetrdir.