Oğurluqda və talamada şübhəli bilinən şəxslər saxlanılıblar

Səbail rayonu İstiqlaliyyət küçəsində bir nəfərin skuterinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı E.Vəliyev müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonu ərazisində yerləşən restorandan bir nəfərin 1070 manatını talamaqda şübhəli bilinən M.Quliyev polis əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.