XARİCİ XƏBƏRLƏR
Zəlzələ bölgələrinə ikinci əl geyim və mallar niyə qəbul edilmir? – FOTO
AFAD və Qızıl Aypara tərəfindən Türkiyədə baş verən zəlzələdə zərərçəkənlər üçün vətəndaşlardan soyuq hava şəraiti ilə əlaqədar geyim ianələri istənilib. Ancaq Zonguldak Bələdiyyə Başçısı Ömər Səlim Alan və Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınıkın insanlara ikinci əl mallarla bağlı müraciəti sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Belə ki, Ömər Səlim Alan müraciətində deyib:
“Bizim kömək edənlərdən xüsusi xahişimiz var. Bu, həqiqətən vacibdir. Buradakı dostlarımızın daha koordinasiyalı və daha sürətli işləməsini istəyiriksə, lütfən, ikinci əl paltar gətirməyin. Bundan başqa ərzaq yardımı da qəbul edirik. İkinci əl soba da ola bilər, amma ikinci əl paltar əsla. Çünki işimiz uzanır. Bu, həqiqətən vaxt itkisidir”.
Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık da eyni müraciəti edib.
“Bizə adyal və qızdırıcılar lazımdır. Çadırlar üçün qızdırıcıya ehtiyacımız olacaq. Palto, ayaqqabı, paltar lazımdır. Ancaq ikinci əl deyil, istifadə olunmamış”, – deyə o bildirib.
“Liste List” bu müraciətlə bağlı araşdırma aparıb.
Məlum olub ki, ikinci əl paltarları göndərənlərin hamısı, təəssüf ki, təmiz göndərmir. Belə vəziyyətdə qoturluq, göbələk kimi bəzi xəstəliklər, xüsusilə zəlzələ zamanı yaralanan insanlar üçün problem yarada bilər.
Kanal bununla bağlı görüntülər də yayıb.
“Hətta belə böyük bir fəlakət zamanı bəzi bədxahlar göstərildiyi kimi çirkli paltarlar göndərirlər. Sosial şəbəkələrdəki paylaşımlarda insanların “kömək” adı altında ianələri təəssüf doğurur. İkinci əl paltarlarla məşğul olmaq vaxt apardığından onu qəbul etməmək daha məntiqli görünür”, – deyə kanaldan vurğulanıb.
Digər xəbərlərə də bax
-
Ərdoğan NATO-nun baş katibilə Rusiyada baş verənləri müzakirə edib
-
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49,5 min nəfəri keçib
-
Adanada 4,4 maqnitudalı zəlzələ olub
-
FHN-in Türkiyəyə humanitar yardım aparmış vasitələrinin növbəti hissəsi Bakıya qayıdır
-
Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırdılar – FOTOLAR
-
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 45 min nəfəri ötüb
MANŞET
Rusiya milyonlarla dollar dələduzluqda ittiham olunan keçmiş deputat Roman Qoldmanı İnterpol xətti ilə tutmaq istəyir
Rusiya 12 milyon dollarlıq dələduzluqda ittiham olunan sabiq deputat Roman Qoldmanı “qırmızı xətt”lə axtarışa verib.
Bununla bağlı İnterpolun saytında məlumat yerləşdirilib.
Bildirilib ki, 48 yaşlı Roman Qoldman xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir.
Rusiya məhkəmələri tərəfindən Roman Qoldmanın barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılaraq təhvil verilməsi üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, Roman Qoldman Krasnoyarsk parlamentinin keçmiş deputatı olub. O həmçinin “Goldman Group”un rəhbəridir.
Rusiya mediasındakı xəbərlərə əsasən yerli məhkəmələr tərəfindən şirkətə məxsus 383 obyekt, o cümlədən Qoldmanın özünə məxsus əmlak da daxil olmaqla, 828 milyon rubl müsadirə edilib.
XARİCİ XƏBƏRLƏR
İran mühafizəkarları prezident seçkilərinin ikinci turunda Cəlilini dəstəkləyib
İranın ən böyük mühafizəkar siyasi hərəkatlarından biri olan İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası və daha əvvəl namizədliklərini geri götürmüş vitse-prezident Əmirhüseyn Qazizadə Haşimi ilə Tehran meri Əlirza Zəkani seçkilərin ikinci turunda onların həmfikirləri – İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili üçün səsverməyə çağırıblar.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Cəlilinin namizədliyini “İslam İnqilabının İzləyiciləri Şəbəkəsi” mühafizəkar hərəkatı da dəstəkləyib.
İranda prezident seçkilərinin birinci turunda üçüncü yeri tutan və yarışdan kənarda qalan İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf birinci turun rəsmi nəticələrinin açıqlanmasından bir saat sonra ikinci turda Cəliliyə səs verməyə çağırıb.
İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası mühafizəkar namizədi açıq şəkildə dəstəklədiklərinə görə Qalibaf, Qazizadə Haşimi və Zəkaniyə təşəkkür edib.
Qeyd edək ki, İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub. Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.
XARİCİ XƏBƏRLƏR
Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib
Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış 86 yaşında vəfat edib.
ShekiMedia.az “Haber Global”a istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada ölüb.
Y.Yakış 2002-2003-cü illərdə ölkənin xarici işlər naziri vəzifəsini icra edib.
O, bir sıra digər diplomatik vəzifələrdə də işləyib.