MANŞET
Azərbaycanı ikiyə ayıran Türkmənçay müqaviləsinin imzalanmasından 195 il keçir
10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmış Türkmənçay sülh müqaviləsi İran ilə Rusiya imperiyası arasında bağlanıb.
Müqaviləyə əsasən, Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi.
İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hazırkı Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indiki Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.
Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalayıb. Gülüstan müqaviləsində olduğu kimi, bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanıb və bütün şərtlər Rusiya tərəfindən diktə edilib. Hətta general Paskeviç İran nümayəndələrinə bildirib ki, Rusiyanın təklif etdiyi şərtlərlə razılaşmazsa, rus ordusu Tehranı tutacaq.
Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını sonlandırıb.
Rusiya tərəfindən işğal olunan ərazilər 1918–1920-ci illər istisna olunmaqla bir də 1991-ci ildə müstəqil olub.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8, 9 və 10-u bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.
Belə ki, noyabrın 11-dən 14 noyabr tarixinədək vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı “ASAN xidmət” mərkəzləri istisna olmaqla digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.
Noyabrın 11, 12 və 13-ü hazır sənədlərini 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.
MANŞET
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlanıb
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın 7-də pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 06.11.2024
Azərbaycanda noyabrın 6-da hava şəraitinin bəzi yerlərdə yağmurlu keçəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.