SİYASƏT
Azərbaycan QHT-ləri Ermənistandakı mədəni irsimizin araşdırılması məqsədilə UNESCO-ya müraciət ünvanlayıblar
Sentyabrın 13-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycan Respublikasında fəaliyyət göstərən elm, təhsil və mədəniyyət yönümlü QHT-lərin UNESCO-ya müraciəti ilə bağlı tədbiri keçirilib.
Tədbirdə çıxış edən Agentliyin Müşahidə Şurasının üzvü İlqar Orucov Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın işğal altında saxladığı Qarabağ bölgəsi şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır. Ermənistanın uzun illərdir apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın Ermənistan ərazisində yüz illərlə tarixə malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi ilə üzləşib, bir çox mədəni irs nümunələri məhv edilib. İndiki Ermənistan ərazisində əsrlər boyu yaşayan azərbaycanlıların XX əsr ərzində deportasiyası nəticəsində hazırda bu ölkədə bir nəfər də azərbaycanlı belə qalmayıb. Ermənistan tərəfindən həyata keçirilmiş mədəni soyqırımı azərbaycanlıların etnik təmizlənməsi ilə müşayiət olunub.
Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri bildiriblər ki, erməni vandalları xalqımıza məxsus tarixi-etnik torpaqlardakı izləri silməklə kifayətlənməyib, eyni zamanda, qədim türk mənşəli Azərbaycan toponimlərinə qarşı da barbarcasına davranıblar.
Tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatlarının UNESCO-ya müraciəti qəbul edilib.
Müraciətdə bildirilib ki, Azərbaycan xalqının Ermənistan ərazisindəki irsinə qarşı bu ölkə tərəfindən mədəni soyqırımı həyata keçirilib.
İndiki Ermənistanın ərazisində yerləşən tarixi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılara qarşı 200 ildən çox müddətdə davam edən deportasiya siyasəti nəticəsində hazırda bu ölkədə bir nəfər də azərbaycanlı qalmayıb. Təkcə 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı doğma yurdundan qovularaq qaçqına çevrilib.
Beləliklə, Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir. Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir.
Qeyd olunub ki, bütün bunlar Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını göstərir. Bütün bu qanunsuz əməllərin, onillərlə davam edən vandallığın cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur. Dünya ictimaiyyəti belə addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır.
Bu məqsədlə beynəlxalq hüquqda mövcud cəza mexanizmləri tətbiq edilməlidir.
Ermənistanın Azərbaycan xalqına və tarixi-mədəni abidələrinə qarşı bu münasibətinə baxmayaraq, dövlətimiz və eləcə də xalqımız ölkə ərazisində olan erməni abidələrinə qarşı daim diqqət göstərir və həmin abidələr dövlət tərəfindən qorunur. Nümunə olaraq Bakı şəhərinin mərkəzində yerləşən Müqəddəs Qriqori kilsəsini göstərə bilərik.
QHT nümayəndələri UNESCO rəhbərindən Azərbaycan xalqının Ermənistan ərazisində yerləşən çoxəsrlik mədəni və tarixi irsinin mövcud vəziyyətinin qiymətləndirilməsi üçün təşkilat tərəfindən Ermənistana faktaraşdırıcı ekspert qrupunun göndərilməsini xahiş ediblər.
Digər xəbərlərə də bax
MANŞET
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Mehriban Əliyevanın rəsmi “Instagram” hesabındakı paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc, səadət və uzun ömür arzulayıram! Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına dözüm və səbir versin. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”
MƏDƏNİYYƏT
Haaqada yeni fəaliyyətə başlamış Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Haaqa şəhərində yeni fəaliyyətə başlamış Azərbaycan məktəbinin şagirdləri və müəllimləri Novruz bayramını qeyd edib.
Bu barədə diplomat sosial şəbəkədə yazıb.
“Bu gün Niderland-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri İlhan Aşkının təşəbbüsü, Azərbaycanın Niderlanddakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi dəstəyi ilə Haaqada yeni fəaliyyətə başlamış Azərbaycan məktəbinin şagirdləri və müəllimləri ilə qədim Novruz bayramını qeyd etmək çox qürurverici idi”, – diplomatik missiyanın başçısı nəql edib.
SİYASƏT
Azərbaycan və Mərakeş arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub
Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Mərakeş Parlamentinin Müşavirlər Palatasının sədri Enaam Mayara ilə görüşüb.
Səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Mərakeş arasında parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın ötən ilin dekabrında Mərakeşə səfərinin əhəmiyyəti qeyd edilib və iki ölkə arasında mövcud olan dostluq münasibətləri xüsusilə vurğulanıb.
Səfir Mərakeş parlamenti palatasının sədrinə Azərbaycan tərəfinin ölkəyə səfər və mayda Azərbaycanda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək dəvətini çatdırıb. Görüşdə bu səfərin ölkələr arasında parlament əməkdaşlığının daha da dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüş zamanı Şuralar Palatasında Mərakeş-Azərbaycan dostluq qrupunun yaradılması, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıq kimi məsələlər də müzakirə olunub. Bundan əlavə, E.Mayaranın həm də Mərakeş Həmkarlar İttifaqının prezidenti olduğunu nəzərə alaraq, iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin qurulması və mümkün əməkdaşlıq perspektivləri barədə də fikir mübadiləsi aparılıb.