RƏSMİ XRONİKA
İlham Əliyev Litva prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.
Prezident.az xəbər verir ki, məktubda deyilir:
“Litva Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir və biz bu münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk.
Keçən ay Sizinlə Davosda keçirdiyimiz görüşü və apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlərin genişlənməsi, əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar formalaşmışdır.
İnanıram ki, Azərbaycan-Litva münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığımız həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
Digər xəbərlərə də bax
MANŞET
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında 12 ölkə və təşkilat lideri ilə görüşüb.
Bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib.
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev cibutili həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd edilib:
“Hörmətli cənab Prezident,
Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan-Cibuti dostluq əlaqələri xoş ənənələrə əsaslanır. Bu gün ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişafı üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək xalqlarımızın mənafeləri naminə dövlətlərarası münasibətlərimizin genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.