MANŞET
Rusiyadakı Azərbaycan diasporu Türkiyəyə maddi və humanitar yardım göndərib – FOTOLAR
Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal iştirak edirlər.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Sverdlovsk vilayətində və Yekaterinburq şəhərində fəaliyyət göstərən “Ural-Azərbaycan” Sverdlovsk vilayəti milli-mədəni regional təşkilatı indiyədək 642 min manat (28 milyon rubl) dəyərində humanitar yardımı qardaş ölkənin zəlzələ bölgəsinə yola salıb.
Bundan başqa, “Ural-Azərbaycan” Sverdlovsk vilayəti milli-mədəni regional təşkilatı Kurqan və Tümen vilayətlərindəki Azərbaycan icmaları ilə birlikdə 86 400 manat məbləğində humanitar yardımı (72 biotualet) Türkiyəyə göndərib.
Stavropol vilayətinin Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyəti 81 min manat (3 milyon rubl) dəyərində humanitar yardımı Türkiyənin Novorossiysk şəhərindəki Baş konsulluğuna təhvil verib. Bu kampaniyada “Araz”ın Pyatiqorsk, Kislovodsk, Mineralnıye Vodı, Yessentuki, Georgiyevsk, Budyonovsk, Nevinnomıssk, Stavropol şəhərlərindəki təşkilatları, Qaraçay-Çərkəz, Kabardin-Balkar respublikalarındakı Azərbaycan diaspor təşkilatları üzvləri və Şimali Qafqazda yaşayan müxtəlif icmalar iştirak ediblər.
“Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı 81 300 manat (3,5 milyon rubl) dəyərində maddi və humanitar yardımı Türkiyənin Kazandakı Baş konsulluğuna təhvil verib
Tatarıstanın Leninoqorsk rayonunda və şəhərindəki Azərbaycan diasporunun da daxil olduğu “Türkiyəyə yardım” Azərbaycan təşəbbüs qrupu 1 milyon 650 min rubl nağd vəsaiti müvafiq hesaba köçürüb və toplanan humanitar yardımı Türkiyənin Kazan şəhərindəki Baş konsulluğuna təqdim edib.
Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi 55 min manat (2 milyon 345 min rubl) məbləğində maddi və humanitar yardımı Türkiyənin Tatarıstandakı Baş konsulluğu vasitəsilə qardaş ölkəyə çatdırıb.
“Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə azərbaycanlıların milli-mədəni muxtariyyəti” şəhər ictimai təşkilatı qardaş ölkəyə 45 min manat (1,5 milyon rubl) dəyərində maddi və humanitar yardım göstərib.
Sankt-Peterburq şəhərindəki Sofiyski meyvə-tərəvəz bazarında çalışan azərbaycanlı iş adamları 34 min manat dəyərində humanitar yardımı Türkiyənin Sankt-Peterburqdakı Baş konsulluğuna təhvil verib. Sankt-Peterburqdakı Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi 3200 manat (140 min rubl) maddi vəsaiti Türkiyənin Sankt-Peterburqdakı Baş konsulluğunun hesabına köçürüb və zəlzələdən zərərçəkən 250 nəfər üçün humanitar yardım təhvil verib.
“Perm diyarı üzrə Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyəti” ictimai təşkilatı 35 min manat (1,5 milyon rubl) dəyərində çadır və qızdırıcı avadanlıqlardan ibarət humanitar yardımı Türkiyənin Kazandakı Baş konsulluğuna göndərib.
İndiyədək Yaroslavl vilayətindəki Azərbaycan icması 23 min manat (1 milyon rubl), Krasnoyarsk Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti 22 min manat (1 milyon rubl), “Azərbaycan” Çelyabinsk ictimai təşkilatı 11 600 manat (500 min rubl), “Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu” Regional İctimai Təşkilatı 9400 manat (400 000 rubl), Samara Vilayəti Azərbaycanlıları Liqası 7 600 manat (328 min rubl), “Rusiya Azərbaycan Qadınları” İctimai Təşkilatı 5 636 manat (244 min rubl), Kirov şəhərindəki ‘Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi Regional Təşkilatı 2330 manat (100 min rubl), Solikamskdakı Azərbaycan diasporu 2330 manat (100 min rubl), İvanovodakı Azərbaycan diasporu 2330 manat (100 min rubl), Komi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti 2330 manat (100 min rubl) məbləğində maddi və humanitar yardım göstərib.
Digər xəbərlərə də bax
-
Ərdoğan NATO-nun baş katibilə Rusiyada baş verənləri müzakirə edib
-
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49,5 min nəfəri keçib
-
Adanada 4,4 maqnitudalı zəlzələ olub
-
FHN-in Türkiyəyə humanitar yardım aparmış vasitələrinin növbəti hissəsi Bakıya qayıdır
-
Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırdılar – FOTOLAR
-
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 45 min nəfəri ötüb
ELM VƏ TƏHSİL
Kolleclərdə oxuyanlar daha çox hansı ixtisasları seçiblər? – statistika
2023-2024-cü tədris ilində ölkəmizdə fəaliyyət göstərən 59 dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində (kollec) 65 min 640 tələbə oxuyub. Onların 59 min 314-ü əyani, 6326-sı qiyabi təhsil alıb. 2005-ci ildə isə orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 57 min 896, ötən il isə 64 min 623 nəfər olub. Bu, illər keçdikcə kolleclərdə oxuyan tələbələrin sayının artdığını göstərir.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas təhsil müəssisələrində tələbələr daha çox texniki və texnoloji ixtisaslara (18 min 517 nəfər) üstünlük veriblər. İkinci yerdə səhiyyə, rifah və xidmət ixtisas qrupları (14 min 378), üçüncü yerdə iqtisadiyyat və idarəetmə ixtisasları qrupu (11 min 524) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 2051 nəfər seçib.
CƏMİYYƏT
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Bu barədə ShekiMedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
“Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”.
CƏMİYYƏT
DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.