Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Göynük kəndinin sakinləri ilə görüşüb – FOTO

Yanvarın 23-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Aşağı Göynük kəndinin sakinləri ilə görüşüb.

İcra Hakimiyyətindən ShekiMedia.az-a verilən məlumata görə, səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək yola saldığımız ildə ölkədə baş verən ən mühüm hadisələrdən, əldə olunmuş nailiyyətlərdən danışıb.

Sonra kənd sakinləri Abdurahmanov Kamil, İbrahimov Tofiq, Hacıyev Əşrəf və başqaları çıxış edərək Şin çayından kəndə sel düşməsi təhlükəsinin aradan qaldırılması üçün bənd tikilməsi, kənddaxili yolların təmir olunması, Aşağı Göynük kənd tam orta məktəbinin istilik sisteminin əsaslı təmiri və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

6fd14e068ce3dcaaf48c85765df026ea-e1737741622892 Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Göynük kəndinin sakinləri ilə görüşüb - FOTO

09db555905da0121a3de8f8afe4227e5-e1737741637725 Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Göynük kəndinin sakinləri ilə görüşüb - FOTO

89cba1dabcf00b955f5ea7fd3745695c-e1737741646871 Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Göynük kəndinin sakinləri ilə görüşüb - FOTO

0248f2e751fc2674b06206e70e60c3c0-e1737741660579 Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Göynük kəndinin sakinləri ilə görüşüb - FOTO

eb35540af9480a09e439c339091a2ee4-e1737741677330 Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Göynük kəndinin sakinləri ilə görüşüb - FOTO