Oğuz məktəblisi fənn olimpiadalarının rayon turunda maksimum nəticə əldə edib

Oğuz şəhəri Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin XI sinif şagirdi Gülər Ənsərli respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində tarix fənnindən təqdim olunmuş bütün suallara düzgün cavab verərək, maksimum nəticə əldə edib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən ShekiMedia.az-a verilən məlumata görə, fənn olimpiadalarının rayon (şəhər) mərhələsində regional idarənin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə ümumilikdə 4913 şagird biliyini sınayıb və onlardan 1145 nəfəri olimpiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb.