Bizə qoşulun

RƏSMİ XRONİKA

İlham Əliyev bir neçə qanunda dəyişiklik etdi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa  aşağıdakı məzmunda V fəsil əlavə edilib:

V f ə s i l

ƏHALİNİN ƏRZAQ TƏHLÜKƏSİZLİYİ

Maddə 28. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi

28.1. Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq əhalinin və hər bir vətəndaşın ərzaq təhlükəsizliyini təmin edir.

28.2. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Maddə 29. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri

29.1. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

29.1.1. qida məhsullarının istehsalının artırılması və ərzaq bazarının tənzimlənməsi sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

29.1.2. əhalinin ərzaq təhlükəsizliyinə dair məqsədli dövlət proqramları hazırlamaq və icrasını təmin etmək;

29.1.3. qida məhsulları üzrə dövlət ehtiyatları yaratmaq, onların formalaşdırılmasını, saxlanılmasını, istifadəsini və tənzimlənməsini təşkil etmək;

29.1.4. qida məhsullarının istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən ərzaq balansı hazırlamaq və əhalinin qida məhsulları ilə təminatını proqnozlaşdırmaq;

29.1.5. ərzaq böhranı və fövqəladə hadisələr zamanı əhalinin qida məhsulları ilə təchizatını tənzimləmək, o cümlədən normativ ərzaq bölgüsünü və digər xüsusi təminat rejimlərini müəyyən etmək;

29.1.6. ərzaq bazarının tənzimlənməsi və qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi aktlar qəbul etmək;

29.1.7. əhalinin qida məhsulları ilə təmin edilməsində dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətini əlaqələndirmək;

29.1.8. əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində digər vəzifələri həyata keçirmək.

Maddə 30. Dövlət ərzaq ehtiyatları

30.1. Dövlət ərzaq ehtiyatları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılır.

30.2. Dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsidir və aşağıdakı məqsədlər üçün istifadə edilir:

30.2.1. qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının qida məhsullarına olan ehtiyacını ödəmək;

30.2.2. iqtisadiyyatın sabitliyini təmin etmək məqsədilə qida sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək;

30.2.3. ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək.

30.3. Dövlət ərzaq ehtiyatlarının bu Qanunun 30.2.1-ci maddəsi ilə müəyyən edilmiş haldan başqa məqsədlər üçün istifadəsinə yol verilmir.

30.4. Dövlət ərzaq ehtiyatlarının tədarükü üçün illik büdcə proqnozlarında müvafiq vəsait həcmi nəzərdə tutulur.

30.5. Dövlət ərzaq ehtiyatlarına ərzaq tədarükü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarla (qurumlarla) istehsalçılar arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir.

30.6. Dövlət ərzaq ehtiyatları müvafiq icra hakimiyyəti orqanının müəyən etdiyi orqanın (qurumun) sərəncamında olur.

30.7. Dövlət ərzaq ehtiyatlarının həcmi, nomenklaturası, formalaşdırılması, saxlanılması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 31. Ərzaq bazarının dövlət tənzimlənməsi

31.1. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur.

31.2. Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına (tədarükünə) dair məlumatlar ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində müəyyən edilmiş formada həmin sistemə daxil edilməlidir.

31.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər 15 iş günü müddətində təqdim etməlidirlər.

31.4. Bu Qanunun 31.2-ci və 31.3-cü maddələrində müəyyən edilmiş məlumatları təqdim etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunurlar.

31.5. Ərzaq bazarının dövlət tənzimlənməsi iqtisadi yollarla həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:

31.5.1. qida məhsulları istehsalının stimullaşdırılması, minimum keyfiyyət göstəricilərinin normalaşdırılması və sertifikatlaşdırılması;

31.5.2. qida zəncirində fəaliyyətin uçotu və nizamlanması;

31.5.3. ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi və yerli istehsalçıların hüquq və mənafelərinin qorunması;

31.5.4. istehsalçıdan istehlakçılara çatdırılana qədər qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə nəzarət;

31.5.5. ərzaq proqramlarının hazırlanmasının və həyata keçirilməsinin xarici sərmayələr də cəlb edilməklə maliyyələşdirilməsi”.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda 18.66-1-ci maddə aşağıdakı redaksiyada verilib:

18.66-1. Qida təhlükəsizliyi sahəsində:

18.66-1.1. ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi – 25 manat;

18.66-1.2. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının verilməsi – 25 manat;

18.66-1.3. qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsi – 150 manat”.

Həmin qanunun 18.67-1-ci maddə ləğv edilib.

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa 14.6-cı maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“İdxalçı ölkələr tələb etdiyi hallarda ixrac olunan heyvan mənşəli qida məhsullarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər”.

Dövlət başçısı “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 789-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MANŞET

Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında 12 ölkə və təşkilat lideri ilə görüşüb.

Bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib.

     
Davamına bax

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.

     
Davamına bax

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev cibutili həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd edilib:

“Hörmətli cənab Prezident,

Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan-Cibuti dostluq əlaqələri xoş ənənələrə əsaslanır. Bu gün ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişafı üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək xalqlarımızın mənafeləri naminə dövlətlərarası münasibətlərimizin genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

     
Davamına bax

Facebook

ELM VƏ TƏHSİL2 gün

Azərbaycanda ali təhsil alan qadınların sayı artıb

XƏBƏRLƏR2 gün

FHN: Ötən sutka ərzində 59 halda yanğına çıxış olub

ELM VƏ TƏHSİL2 gün

Kolleclərdə oxuyanlar daha çox hansı ixtisasları seçiblər? – statistika

XƏBƏRLƏR2 gün

DİN: Ötən gün 1 avtomat, 1 qumbara və 4 tüfəng könüllü təhvil verilib

CƏMİYYƏT2 gün

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

CƏMİYYƏT2 gün

DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub

MANŞET2 gün

Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək

CƏMİYYƏT2 gün

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

CƏMİYYƏT2 gün

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

İDMAN2 gün

Gimnastlarımız gümüş medal qazandılar

İQTİSADİYYAT2 gün

Ağdamın Kəngərli kəndində 278 fərdi evin xarici tamamlama işləri başa çatdırılıb

MANŞET2 gün

Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

İQTİSADİYYAT2 gün

Ağdamın Xıdırlı kəndində 719 fərdi ev tikilir

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 21.09.2024

CƏMİYYƏT3 gün

Şəkidə antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarı ziyarət olunub – FOTO

QAX3 gün

RİH başçısının Qaxbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib

ŞƏKİ3 gün

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Oraban kəndinin sakinləri ilə görüşüb

ŞƏKİ5 gün

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Layısqı kəndinin sakinləri ilə görüşüb – FOTO

ELM VƏ TƏHSİL1 həftə

Ali məktəblərə yüksək balla daxil olan gənclərlə görüş keçirilib

ŞƏKİ1 həftə

“Dövlət İdarəçiliyində Süni İntellekt” mövzusunda vebinar keçirilib

CƏMİYYƏT2 həftə

Bölgələrdə küləkli hava iki gün davam edəcək – XƏBƏRDARLIQ

CƏMİYYƏT2 həftə

Sabahın HAVA PROQNOZU – 13.09.2024

XƏBƏRLƏR2 həftə

Türkiyə və Özbəkistan XİN başçıları regional məsələləri müzakirə ediblər

XƏBƏRLƏR2 həftə

ANAMA: Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib

QAX2 həftə

RİH başçısının Çinarlı kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir

İDMAN2 həftə

Bakı Şəhər Halqası Azərbaycan Qran-prisi üçün son hazırlıqlarını tamamlayır

HƏRBİ2 həftə

Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib

XƏBƏRLƏR2 həftə

Bakıda obyektdə yanğın olub

HƏRBİ2 həftə

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub

İQTİSADİYYAT2 həftə

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.09.2024)

XƏBƏRLƏR2 həftə

Kəlbəcərdə yük avtomobili aşıb, ölən və xəsarət alan var

XƏBƏRLƏR1 ay

Şuşada COP29-a həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

XƏBƏRLƏR1 ay

Yol polisi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib

İDMAN1 ay

Azərbaycan təmsilçiləri Moskvada keçirilən beynəlxalq yarışda 8 medal qazanıblar – FOTOLAR

MANŞET1 ay

Bəzi rayonlara yağış yağıb, külək güclənib – FAKTİKİ HAVA

HƏRBİ1 ay

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

MANŞET1 ay

Bu gün ilin ilk Super Ayı müşahidə olunacaq

ELM VƏ TƏHSİL1 ay

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır

CƏMİYYƏT1 ay

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib

HƏRBİ1 ay

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür

XƏBƏRLƏR2 həftə

Bakıda obyektdə yanğın olub

CƏMİYYƏT1 ay

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

CƏMİYYƏT2 ay

İşğaldan azad olunan ərazilərdə yanğın olub, iki helikopter cəlb olunub

CƏMİYYƏT3 ay

FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub – VİDEO

XƏBƏRLƏR3 ay

Qubada qanunsuz tikintinin qarşısı alınıb

XƏBƏRLƏR3 ay

FHN: Lənkəran və Astarada bəzi evləri su basıb, 11 nəfər təxliyə edilib

HƏRBİ3 ay

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

HƏRBİ3 ay

Düşmənin qorxulu yuxusu – “Yarasa” – VİDEO

CƏMİYYƏT3 ay

Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya xəbərdarlığı – VİDEO

HƏRBİ3 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ELM VƏ TƏHSİL3 ay

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO

ŞƏKİ3 ay

FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

XƏBƏRLƏR3 ay

“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO

ELM VƏ TƏHSİL3 ay

Qəbul imtahanında 700 bal toplayan Şəki sakini: “İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim” – VİDEO

XƏBƏRLƏR3 ay

Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb

HƏRBİ3 ay

Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb – VİDEO

CƏMİYYƏT3 ay

Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ

CƏMİYYƏT3 ay

Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub

HƏRBİ4 ay

Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb

HƏRBİ4 ay

“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir – VİDEO

XƏBƏRLƏR4 ay

Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb – VİDEO

HƏRBİ4 ay

“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır – Yeni GÖRÜNTÜLƏR

CƏMİYYƏT4 ay

Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb – VİDEO

HƏRBİ4 ay

Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO

İQTİSADİYYAT4 ay

“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur – VİDEO

HƏRBİ4 ay

MN: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir

ANA SƏHİFƏ4 ay

MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO

HƏRBİ4 ay

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

HƏRBİ4 ay

Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO

MƏDƏNİYYƏT4 ay

Xalq artisti Habil Əliyevin doğum günüdür – VİDEO

CƏMİYYƏT4 ay

Saatlıq əməkhaqqı necə hesablanacaq? – VİDEO

HƏRBİ4 ay

Hərbi vəzifəlilər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: “Liseyə daxil olarkən hər kəsi yuxu basır” – VİDEO

HƏRBİ4 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

HƏRBİ4 ay

Müstəqillik Günü ərəfəsində hərbi hissələrin birində “Açıq qapı” günü keçirilib – VİDEO

HƏRBİ4 ay

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb – VİDEO

SİYASƏT4 ay

Azərbaycan və Moldova DİN-ləri əməkdaşlığa dair saziş imzalayıblar

TREND