Zaqatalada meyiti tapılan gəncin FOTOLARI

Ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirən Zaqatala rayon Axaxdərə kənd sakini 1993-cü il təvəllüdlü Hüseyn Məmmədovun fotoşəkili yayılıb.

Xatırladaq ki, H.Məmmədovun meyiti Car kənd inzibati ərazisinə daxil olan Əlibəy zirvəsində aşkarlanıb.

zU432Vu8ZC0Nxw0CB2EiaaL5AKz3gBP4itfXJfZE:640 Zaqatalada meyiti tapılan gəncin FOTOLARI

zoZjRkkQ1lbSZhOoYdEjzypoxYSG3hAeVwucKpJt:640 Zaqatalada meyiti tapılan gəncin FOTOLARI

Zaqatala rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

 Rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada 32 yaşlı qazinin dağda meyiti tapılıb.

Hadisə dünən qeydə alınıb.

Zaqatala rayonunun Axaxdərə kənd sakini, 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti dünən axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonunun Car kənd inzibati ərazisinə daxil olan Əlibəy zirvəsində aşkarlanıb.

İlkin ehtimala görə, onu ayı parçalayıb.

Qeyd edək ki, H.Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.