XARİCİ XƏBƏRLƏR
Qaçırılaraq İrana aparılan Almaniya vətəndaşına edam hökmü verildi – FOTO
İran məhkəməsi ikili vətəndaşlığı olan Cəmşid Şarməhdə edam cəzası verib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, fevralın 21-də keçirilən məhkəmədə Şarməhdin vəkillə təmin olunmasına icazə verilməyib.
Məhkəmə onu “terror aktlarının hazırlanması və yönləndirilməsi” ilə məşğul olduğunu iddia edərək “ictimai asayişin ciddi şəkildə pozulmasına səbəb olan” hərəkətlərdə ittiham edib.
Qeyd edilir ki, 67 yaşlı Şarməhd Almaniya vətəndaşıdır. O, 2003-cü ildən Kaliforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Yaxın Şərqə səfər edərkən İran təhlükəsizlik qüvvələri tərəfindən qaçırılaraq İrana aparılıb.
Onun qızı Qəzalə Şarməhd irəli sürülən ittihamları saxta adlandırıb, atasının radio müxbiri olduğunu və sadəcə, xalqın narazılığını əks etdirdiyini deyib.
Digər xəbərlərə də bax
MANŞET
Rusiya milyonlarla dollar dələduzluqda ittiham olunan keçmiş deputat Roman Qoldmanı İnterpol xətti ilə tutmaq istəyir
Rusiya 12 milyon dollarlıq dələduzluqda ittiham olunan sabiq deputat Roman Qoldmanı “qırmızı xətt”lə axtarışa verib.
Bununla bağlı İnterpolun saytında məlumat yerləşdirilib.
Bildirilib ki, 48 yaşlı Roman Qoldman xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir.
Rusiya məhkəmələri tərəfindən Roman Qoldmanın barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılaraq təhvil verilməsi üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, Roman Qoldman Krasnoyarsk parlamentinin keçmiş deputatı olub. O həmçinin “Goldman Group”un rəhbəridir.
Rusiya mediasındakı xəbərlərə əsasən yerli məhkəmələr tərəfindən şirkətə məxsus 383 obyekt, o cümlədən Qoldmanın özünə məxsus əmlak da daxil olmaqla, 828 milyon rubl müsadirə edilib.
XARİCİ XƏBƏRLƏR
İran mühafizəkarları prezident seçkilərinin ikinci turunda Cəlilini dəstəkləyib
İranın ən böyük mühafizəkar siyasi hərəkatlarından biri olan İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası və daha əvvəl namizədliklərini geri götürmüş vitse-prezident Əmirhüseyn Qazizadə Haşimi ilə Tehran meri Əlirza Zəkani seçkilərin ikinci turunda onların həmfikirləri – İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili üçün səsverməyə çağırıblar.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Cəlilinin namizədliyini “İslam İnqilabının İzləyiciləri Şəbəkəsi” mühafizəkar hərəkatı da dəstəkləyib.
İranda prezident seçkilərinin birinci turunda üçüncü yeri tutan və yarışdan kənarda qalan İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf birinci turun rəsmi nəticələrinin açıqlanmasından bir saat sonra ikinci turda Cəliliyə səs verməyə çağırıb.
İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası mühafizəkar namizədi açıq şəkildə dəstəklədiklərinə görə Qalibaf, Qazizadə Haşimi və Zəkaniyə təşəkkür edib.
Qeyd edək ki, İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub. Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.
XARİCİ XƏBƏRLƏR
Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib
Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış 86 yaşında vəfat edib.
ShekiMedia.az “Haber Global”a istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada ölüb.
Y.Yakış 2002-2003-cü illərdə ölkənin xarici işlər naziri vəzifəsini icra edib.
O, bir sıra digər diplomatik vəzifələrdə də işləyib.