Azərbaycan Basketbol Liqasının XII turunda “Gəncə” qələbə qazanıb
Azərbaycan Basketbol Liqasının XII turunda “Gəncə” “Quba” üzərində qələbə qazanıb.
Gəncə İdman Sarayında keçirilən B qrupunun matçında meydan sahibləri üstün olub – 96:78.
Qeyd edək ki, XII turun daha əvvəl keçirilən görüşlərində “Abşeron” “Sərhədçi”ni 86:79, “Sabah” “Neftçi”ni 75:65, “Sumqayıt” “Lənkəran”ı 93:90, NTD “Naxçıvan”ı 95:70 hesabı ilə məğlub edib. Tura yanvarın 26-da “Şəki” – “Ordu” matçı ilə yekun vurulacaq.