Azərbaycan Basketbol Liqasında “Şəki” “Ordu”nu məğlub edib – FOTO

Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulub.

Sonuncu oyunda “Şəki” “Ordu”nu qəbul edib.

Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 87:74.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran “Şəki” B qrupunda liderdir. 20 xala malik qonaqlar üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Abşeron” “Sərhədçi”ni (86:79), “Sabah” “Neftçi”ni (75:65), “Sumqayıt” “Lənkəran”ı (93:90), “Gəncə” “Quba”nı (96:78), NTD isə “Naxçıvan”ı (90:70) məğlub edib.

a7a99eac-165a-3099-84be-b83cbb913c92_850-e1737905671505 Azərbaycan Basketbol Liqasında “Şəki" "Ordu"nu məğlub edib - FOTO

a5ede2fd-a7f6-33ac-addf-f5887d396259-e1737905717323 Azərbaycan Basketbol Liqasında “Şəki" "Ordu"nu məğlub edib - FOTO

70748f2f-7b1a-3135-b27f-313fcd171932-e1737905705862 Azərbaycan Basketbol Liqasında “Şəki" "Ordu"nu məğlub edib - FOTO