Şəki -Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Eksternat qaydasında aralıq imtahanı keçirilib – FOTO

Şəki -Zaqatala Regional Təhsil İdarəsi tərəfindən əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanı keçirilib.
İdarədən ShekiMedia.az-a verilən məlumata görə, imtahanda 378 nəfər müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxs iştirak edib, onlara 11 fəndən suallar təqdim edilib və 3 saat vaxt ayrılıb.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Əlavə olaraq qeyd edək ki, eksternat qaydasında aralıq imtahanının nəticələri növbəti həftə elan ediləcəkdir.
475108816_616312497759240_3047158391886718870_n-e1737906451214 Şəki -Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Eksternat qaydasında aralıq imtahanı keçirilib - FOTO 475120303_616312567759233_8063028686685450832_n-e1737906461571 Şəki -Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Eksternat qaydasında aralıq imtahanı keçirilib - FOTO 475278074_616312117759278_5035611317735472794_n Şəki -Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Eksternat qaydasında aralıq imtahanı keçirilib - FOTO 17378976474434026319_1200x630-e1737906481115 Şəki -Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Eksternat qaydasında aralıq imtahanı keçirilib - FOTO