Zəyəm kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Zəyəm kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilib.
İcra Hakimiyyətindən ShekiMedia.az-a verilən məlumata görə, rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndin elektrik enerjisi təchizatının yaxşıladırılmasına, qeydiyyat nişanı olmayan nəqliyyat vasitələrinin kənddaxilində istifadə olunmasına icazə verilməsinə, tam orta məktəbinin duru yanacaqla işləyən sisteminin qazla işləyən yanacaq sisteminə dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.