Zaqatalada evdən pul və qızıl oğurlayan şəxs tutuldu – FOTO

Zaqatalada evdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Zaqatala rayonunun Fındıqlı kəndində yerləşən evlərin birindən 3200 manat və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 32 yaşlı Taleh Xəlilov saxlanılıb. O, oğurladığı qızılları satdığını bildirib.

Məhkəmənin qərarı ilə Taleh Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib.

Zaqatala rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

67977f77845e267977f77845e3173798181567977f77845e067977f77845e1 Zaqatalada evdən pul və qızıl oğurlayan şəxs tutuldu - FOTO