Fərdi tədris planlarının tətbiqi ilə bağlı görüş keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Fərdi tədris planının forması”nın təsdiq edilməsi barədə müvafiq əmrinin icrasına dair görüş keçirib.
Görüşdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, İdarənin müdir müavini Bəhruz Nəbili və struktur bölmə rəhbərləri, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunduğu müəssisələrin direktor müavinləri və korreksiyaedici pedaqoqlar iştirak ediblər.
Tədbirdə ümumi təhsil pilləsində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların təhsilinin planlaşdırılması, həyata keçirilməsi və təlim nəticələrinin qiymətləndirilməsinin təmin edilməsi məqsədi ilə təsdiq edilmiş “Fərdi tədris planının forması”nın tətbiqi, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə edilib.
Həmçinin inklüziv təhsilin keyfiyyətinin yüksəldilməsi və fərdi yanaşmanın daha səmərəli şəkildə həyata keçirilməsi üçün zəruri təkliflər irəli sürülüb və müvafiq tövsiyələr verilib.
Sonda direktor müavinlərinin təklifləri dinlənilib və müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
475234311_617091501014673_8287763173312795091_n-e1738005750992 Fərdi tədris planlarının tətbiqi ilə bağlı görüş keçirilib
475234315_617091551014668_2221888193476308108_n-e1738005763135 Fərdi tədris planlarının tətbiqi ilə bağlı görüş keçirilib
475247353_617091597681330_6479000039326138580_n-e1738005776378 Fərdi tədris planlarının tətbiqi ilə bağlı görüş keçirilib