“Portu” ona tapşırıldı
Portuqaliyanın “Portu” komandasının yeni baş məşqçisi məlum olub.
Bu vəzifəyə Martin Anselmi gətirilib. Son olaraq Meksika təmsilçisi “Kruz Azul”a rəhbərlik etmiş 39 yaşlı argentinalı mütəxəssislə 2027-ci ilin yayınadək sözləşmə imzalanıb.
“Portu” klubu bu keçid üçün meksikalılara 3 milyon dollar təzminat ödəyib.
Qeyd edək ki, “Portu”ya son olaraq Vitor Bruno başçılıq edib. (Unikal)