Mikayıl Cabbarov Ömər Bolatla görüşdü
“Ankaraya səfərimiz çərçivəsində Türkiyənin ticarət naziri, həmkarım Ömər Bolatla görüşməkdən məmnun olduq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib:
“Azərbaycan – Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsi və investisiyaların təşviqi üzrə ortaq hədəflərə çatmaq üçün mövcud imkanları müzakirə etdik. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirik”.