ELM VƏ TƏHSİL
FHN Akademiyasında elmi-praktiki konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” mövzusunda elmi-praktiki konfrans keçirilib.
FHN-dən verilən məlumata görə, konfransda nazirliyin Aparatı və strukturuna daxil olan qurumlarının məsul əməkdaşları iştirak edib.
Əvvəlcə, konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, kitabxana və ali təhsil müəssisəsinin 15 illik fəaliyyətini əks etdirən Muzeylə tanış olublar.
Konfransı giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı yolunda gördüyü misilsiz xidmətlərdən bəhs edib. Elmi-praktiki konfransın əhəmiyyətindən danışan B.Salayev bildirib ki, Ümummilli Lider Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq hər bir vətəndaşın həyat təhlükəsizliyinin təmin olunması, şəxsi və ictimai əmlakın qorunması, ümumiyyətlə, baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində mühüm qərarlar qəbul edib, genişmiqyaslı tədbirlər həyata keçirib. Ulu Öndər əhalinin və ərazilərin fövqəladə hadisələrdən etibarlı qorunması üçün yeni dövlət qurumunun yaradılmasının zəruriliyini görüb, bu istiqamətdə müdrik ideyalar irəli sürüb.
Akademiya rəisi qeyd edib ki, FHN fəaliyyətini dahi rəhbərin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” müdrik kəlamı üzərində qurub və bu kəlam fövqəladə hallar orqanlarında çalışan hər bir əməkdaş üçün bir şüar olub.
B.Salayev bildirib ki, bu gün FHN-in tərkibində olan qurumlar yeni inkişaf mərhələsinə qədəm qoymaqla peşə və döyüş hazırlığını daim yüksək səviyyədə saxlayır, bütün sahələrdə təhlükəsizliyin təmin olunması, profilaktik tədbirlərin həyata keçirilməsi, qəza-xilasetmə işlərinin aparılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, vətəndaşların təhlükəsizliyinin təminatı sahəsində də ölkəmizdə məqsədyönlü işlər görülür.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışan FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin idarə rəisi Azadi Quliyev çıxışında Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı və davamlı islahatlar nəticəsində Azərbaycan dövlətinin bu gün tarixinin ən yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. İdarə rəisi qürur hissi ilə diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlamış əks-hücum əməliyyatını parlaq Qələbə ilə başa vurub. 44 günlük Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitib, Azərbaycan son 200 illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxıb, işğal olunmuş torpaqlarını geri qaytarıb.
Daha sonra digər konfrans iştirakçılarının məruzələri dinlənilib və suallar cavablandırılıb.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Azərbaycanda ali təhsil alan qadınların sayı artıb
Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Onlardan 100 min 529-u dövlət, 18 min 31-i isə özəl müəssisələrdə ali təhsil alıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Rəsmi nəşrdə bildirilir ki, bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib.
ELM VƏ TƏHSİL
Kolleclərdə oxuyanlar daha çox hansı ixtisasları seçiblər? – statistika
2023-2024-cü tədris ilində ölkəmizdə fəaliyyət göstərən 59 dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində (kollec) 65 min 640 tələbə oxuyub. Onların 59 min 314-ü əyani, 6326-sı qiyabi təhsil alıb. 2005-ci ildə isə orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 57 min 896, ötən il isə 64 min 623 nəfər olub. Bu, illər keçdikcə kolleclərdə oxuyan tələbələrin sayının artdığını göstərir.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas təhsil müəssisələrində tələbələr daha çox texniki və texnoloji ixtisaslara (18 min 517 nəfər) üstünlük veriblər. İkinci yerdə səhiyyə, rifah və xidmət ixtisas qrupları (14 min 378), üçüncü yerdə iqtisadiyyat və idarəetmə ixtisasları qrupu (11 min 524) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 2051 nəfər seçib.
ELM VƏ TƏHSİL
Ali məktəblərə yüksək balla daxil olan gənclərlə görüş keçirilib
13 sentyabr 2024-cü il tarixdə ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adı qazanmış gənclərlə görüş keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. “Təhsil millətin gələcəyidir” -deyən Ümummilli lider Heydər Əliyev respublikamızın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu bildirmiş və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə təhsilin inkişafına yüksək qayğı göstərmişdir. Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyasının əsas məqsədi ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsidir.
RİH başçısı diqqətə çatdırdı ki, Ümummilli liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu gün ölkəmizdə təhsilə olan diqqət və qayğı da göz qabağındadır. Təhsil işçilərinin əməkhaqqlarının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir. Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək” layihələrinin gerçəkləşməsi kimi vacib tədbirlər təhsilin inkişafı istiqamətində atılan önəmli addımlardır.
Tədbirdə çıxış edənlər də ali məktəblərə qəbul olunan gəncləri təbrik etmiş, tələbəlik həyatında müvəffəqiyyətlər arzulamışlar.
Çıxış edən məzunlar onlara göstərilən etimadları doğruldacaqlarına söz verərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Azərbaycanda ali təhsil alan qadınların sayı artıb
FHN: Ötən sutka ərzində 59 halda yanğına çıxış olub
Kolleclərdə oxuyanlar daha çox hansı ixtisasları seçiblər? – statistika
DİN: Ötən gün 1 avtomat, 1 qumbara və 4 tüfəng könüllü təhvil verilib
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
Gimnastlarımız gümüş medal qazandılar
Ağdamın Kəngərli kəndində 278 fərdi evin xarici tamamlama işləri başa çatdırılıb
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Ağdamın Xıdırlı kəndində 719 fərdi ev tikilir
BÜRCLƏR – 21.09.2024
Şəkidə antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarı ziyarət olunub – FOTO
RİH başçısının Qaxbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Oraban kəndinin sakinləri ilə görüşüb
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Layısqı kəndinin sakinləri ilə görüşüb – FOTO
Ali məktəblərə yüksək balla daxil olan gənclərlə görüş keçirilib
“Dövlət İdarəçiliyində Süni İntellekt” mövzusunda vebinar keçirilib
Bölgələrdə küləkli hava iki gün davam edəcək – XƏBƏRDARLIQ
Sabahın HAVA PROQNOZU – 13.09.2024
Türkiyə və Özbəkistan XİN başçıları regional məsələləri müzakirə ediblər
ANAMA: Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib
RİH başçısının Çinarlı kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
Bakı Şəhər Halqası Azərbaycan Qran-prisi üçün son hazırlıqlarını tamamlayır
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
Bakıda obyektdə yanğın olub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.09.2024)
Kəlbəcərdə yük avtomobili aşıb, ölən və xəsarət alan var
Şuşada COP29-a həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
Yol polisi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib
Azərbaycan təmsilçiləri Moskvada keçirilən beynəlxalq yarışda 8 medal qazanıblar – FOTOLAR
Bəzi rayonlara yağış yağıb, külək güclənib – FAKTİKİ HAVA
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Bu gün ilin ilk Super Ayı müşahidə olunacaq
Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır
Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Bakıda obyektdə yanğın olub
Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
İşğaldan azad olunan ərazilərdə yanğın olub, iki helikopter cəlb olunub
FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub – VİDEO
Qubada qanunsuz tikintinin qarşısı alınıb
FHN: Lənkəran və Astarada bəzi evləri su basıb, 11 nəfər təxliyə edilib
Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO
Düşmənin qorxulu yuxusu – “Yarasa” – VİDEO
Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya xəbərdarlığı – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO
FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib
“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO
Qəbul imtahanında 700 bal toplayan Şəki sakini: “İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim” – VİDEO
Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb
Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb – VİDEO
Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO
Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ
Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub
Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb
“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir – VİDEO
Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb – VİDEO
“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib – VİDEO
Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır – Yeni GÖRÜNTÜLƏR
Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb – VİDEO
Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO
“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur – VİDEO
MN: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir
MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO
Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO
Xalq artisti Habil Əliyevin doğum günüdür – VİDEO
Saatlıq əməkhaqqı necə hesablanacaq? – VİDEO
Hərbi vəzifəlilər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər – VİDEO
Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: “Liseyə daxil olarkən hər kəsi yuxu basır” – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
Müstəqillik Günü ərəfəsində hərbi hissələrin birində “Açıq qapı” günü keçirilib – VİDEO
Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb – VİDEO
Azərbaycan və Moldova DİN-ləri əməkdaşlığa dair saziş imzalayıblar
TREND
-
CƏMİYYƏT16 saat
BÜRCLƏR – 21.09.2024
-
İDMAN8 saat
Gimnastlarımız gümüş medal qazandılar
-
MANŞET10 saat
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
-
CƏMİYYƏT8 saat
Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
-
CƏMİYYƏT6 saat
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
-
XƏBƏRLƏR6 saat
DİN: Ötən gün 1 avtomat, 1 qumbara və 4 tüfəng könüllü təhvil verilib
-
İQTİSADİYYAT13 saat
Ağdamın Xıdırlı kəndində 719 fərdi ev tikilir
-
XƏBƏRLƏR6 saat
FHN: Ötən sutka ərzində 59 halda yanğına çıxış olub