CƏMİYYƏT
Bayram günlərinin hava proqnozu açıqlanıb
Bayram günlərində Azərbaycan ərazisində gözlənilən hava şərati açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 21-24-də Bakıda və Abşeron yarımadasında bayram günlərində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Aprelin 21-də günün ikinci yarısında qısamüddətə şimal küləyinin güclənəcəyi gözlənilir. 22-24-də isə mülayim cənub küləyi əsəcək. Aprelin 21-i şimal küləyinin güclənməsi ilə əlaqədar havanın bir qədər sərinləşəcəyi, sonrakı günlərdə isə havanın maksimal temperaturunun 14-19°, 21, 23, 24-də 20-25 ° isti olacağı gözlənilir.
Naxçıvan bölgəsində aprelin 21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 22-si gündüzdən 24-ü axşamadək yağıntılarda fasilə olacağı, hava şəraitinin sabitləşəcəyi gözlənilir. 24-ü axşam hava şəraitinin yenidən dəyişəcəyi, arabir yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 15-20°, bəzi yerlərdə 23-25° isti olacaq.
Qarabağ və Şərqi Zəngəzur bölgəsində aprelin 21-22-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 23-24-də gündüz hava şəraitinin nisbətən sabitləşəcəyi, yağıntılarda fasilə olacağı gözlənilir. 24-də axşam hava şəraitinin bəzi rayonlarda yenidən yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın maksimal temperaturu 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq.
Gəncə-Qazax zonasında aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 23-24-də gündüz hava şəraitinin nisbətən sabit olacağı, lakin əsasən axşam saatlarından bəzi yerlərdə yenidən qısamüddətli yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın maksimal temperaturu 18-23, bəzi yerlərdə 25°-dək isti olacaq.
Balakən-Şəki bölgəsində aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 22-si gündüz yağıntılar tədricən kəsiləcək, hava şəraiti mülayimləşəcək, 23-24-də gündüz əsasən yağmursuz keçəcək. Lakin 24-ü yenidən axşam saatlarında hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.
Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın maksimal temperaturu 15-20° isti olacaq.
Quba-Qusar bölgəsində aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 22-si gündüz yağıntılar tədricən kəsiləcək, hava şəraiti mülayimləşəcək, 23-24-də gündüz əsasən yağmursuz keçəcək. Lakin 24-ü axşam yenidən hava şəraitinin qısamüddətli dəyişəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın maksimal temperaturu 13-18° isti olacaq.
Mərkəzi Aran bölgəsində bayram günlərində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i gündüzdən 22-si gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın maksimal temperaturu 20-25° isti, bəzi yerlərdə 25°-dək isti olacaq.
Lənkəran-Astara bölgəsində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i gündüzdən 22-si gündüzədək havanın dəyişəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın maksimal temperaturu 18-23° isti olacaq.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Bu barədə ShekiMedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
“Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”.
CƏMİYYƏT
DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
CƏMİYYƏT
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Sentyabrın 21-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.