Şəkidə Gənclər günü münasibətilə dəyirmi masa təşkil olunub

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti ilə  Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə  dəyirmi masa təşkil olunub.

Şəki Dövlət Regional Kollecində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki şəhəri üzrə gənclər və idman sektorunun nümayəndələri, kollecin rəhbər şəxsləri, ziyalılar  və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edənlər gənclərə göstərilən dövlət qayğısından, rayon gənclərinin ictimai-siyasi həyatdakı rolundan, müxtəlif sahələrdə əldə etdikləri uğurlardan danışıblar.

Qeyd olunub ki, gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır.

Vurğulanıb ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Gənc nəslin təşəbbüsləri, onların əməyi hər yerdə görünməkdədir.  Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

Sonra tədbirdə “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda videoçarx nümayiş olunub.