Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Kəldək kəndində səyyar qəbul keçirib

Fevralın 4-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baş Kəldək kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər rayon ərazisində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Pirməmmədov Nurməmməd, Mirzəyev Barəddin, Nəbiyev Bəhərçin və başqaları çıxış edərək Baş Kəldək kəndinə təbii qazın verilməsi, Şəki-Oğuz şossesindən kəndə qədər olan yolun asfaltlaşdırılması, elektrik xəttlərinin SİP kabellə əvəzlənməsi və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.