REGİON
AYNA regionlarda sahibkarlar üçün bir sıra xidmətləri yeni ünvanda göstərir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) regionlarda sahibkarlıq subyektlərinə bir sıra xidmətləri yeni ünvanda göstərməyə başlayıb.
Nazirlikdən ShekiMedia.az-a verilən məlumata görə, artıq İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznes Agentliyinin (KOBİA) Xaçmaz və Yevlax KOB evlərində iriqabaritli yüklərin daşınması üçün icazələr, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsinə başlanılıb.
Həmçinin Yevlax və Xaçmaz şəhərlərində daşıyıcılar “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi və buraxılış kartları”nı təqdim edərək “İcazə” blanklarını KOB evlərində AYNA-nın əməkdaşlarından təhvil ala bilərlər. Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı” da KOB evlərində təqdim olunur.
Bu ilin yanvar ayından etibarən AYNA-nın göstərdiyi bir sıra xidmətlər ilk olaraq “Bakı KOB evi”ndə təşkil edilir.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub
Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də məhkum olunmuşlar – Saleh Əliyev, Şahid Ballıyev və Elton Paşayev müəyyən olunaraq saxlanılıblar.
Onlar maskalı şəkildə zərərçəkənin həyətyanı sahəsinə daxil olaraq heyvanları oğurladıqlarını və müxtəlif şəxslərə sataraq əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.