Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kimdir? – DOSYE

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla əmək və əhalinin sosial südafiəsi naziri vəzifəsindən azad edilən Sahil Babayev maliyyə naziri təyin olunub.

Bu gün isə yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Dövlət başçısının sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Anar Əliyev rəhbərlik edəcəkr. O bu təyinata qədər həmin nazirlikdə nazir müavini işləyirdi.
ShekiMedia.az yeni nazirin dosyesini təqdim edir:
Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Prezidentin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının üzvü təyin olunub.  2018-ci ilə qədər Şuranın üzvü olub.

2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri – Nazirlik Aparatının rəhbəri təyin edilib.

2025-сi il fevralın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib.

31 oktyabr 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Evlidir, iki övladı var.